Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Saatlı və Ağcabədi rayonlarına səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Saatlı və Ağcabədi rayonlarına səfər edib

31.08.2013 [09:26]

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabada səfərini başa çatdıraraq Saatlı rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə Ümummilli lider Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevə məlumat verib ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında genişmiqyaslı abadlıq işləri görülüb, yeni yaşıllıq zolaqları salınıb, fəvvarələr quraşdırılıb. Ümumi sahəsi 5,6 hektar olan parkda rayon sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Saatlıda Bayraq Meydanı və Muzeyi ilə tanış olub. Bayraq Meydanı və muzeylə tanışlıqdan sonra Azərbaycan Prezidenti tapşırıq və tövsiyələrini verib.
Daha sonra Prezident İlham Əliyev Saatlı Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Olimpiya İdman Kompleksinin açılışından sonra Prezident İlham Əliyev Saatlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyətinin nümayəndələrini və idmançıları Olimpiya İdman Kompleksinin açılışı münasibətilə təbrik edən Prezident İlham Əliyev deyib: “Sizi ürəkdən salamlayıram. Saatlıda Olimpiya Mərkəzi açılır, gözəl hadisədir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Gözəl mərkəzdir və idmanla məşğul olmaq üçün bütün şərait vardır. Əminəm ki, gənclər bu mərkəzdən səmərəli şəkildə istifadə edəcəklər, uşaqlar gələcəklər. Burada əlbəttə ki, idman bölmələri təşkil edilməlidir və rayon sakinləri də gəlməlidirlər, burada idmanla məşğul olmaq üçün bütün imkanlar vardır.
İdman sağlamlıq, sağlam həyat tərzi deməkdir. Biz Azərbaycanda idmanın kütləviliyini də təmin edə bilmişik. Çünki uşaqlar, gənclər kütləvi şəkildə idman bölmələrinə gedirlər, məşğul olurlar və sonra da ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Bizim idmançılar böyük uğurlara imza atmışlar. Olimpiya Oyunlarında böyük nailiyyətlər qazanmışıq. Bu yaxınlarda keçirilən Universiadada Azərbaycan komanda hesabında 16-cı yerə layiq görülmüşdür. Bu, onu göstərir ki, gənc idmançılar, peşəkar idmançılar daim bizi sevindirir və Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
Əlbəttə, buna nail olmaq üçün şərait olmalıdır. Bu məqsədlə bölgələrdə Olimpiya İdman kompleksləri tikilir və bu gün Saatlıda biz bu kompleksin açılışını qeyd edirik. Doğrudan da, böyük hadisədir və hər dəfə Saatlıda olarkən biz hansısa bir obyektin açılışında iştirak edirik. Mən dəfələrlə Saatlı rayonunda olmuşam və görürəm ki, burada inkişaf var, abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, binalar tikilir. Bu, məni sevindirir. Çünki hər bir rayonun inkişafı ölkəmizin ümumi inkişafına bir töhfədir. Hər bir rayonun inkişafı burada sakinlərin yaşayış şəraitini yaxşılaşdırır, yeni imkanlar, yeni iş yerləri, yeni müəssisələr açılır. Saatlı rayonunun inkişafı ilə bağlı müvafiq sərəncamlar verilmişdir, vəsait ayrılmışdır. Yenə də vəsait ayrılacaqdır ki, burada işlər daha da sürətlə getsin.
İndi Bakı ilə Saatlı arasında olan yolun tikintisi başa çatır. Yaxın həftələrdə artıq qalan hissə də tikiləcəkdir və Saatlıdan Bakıya, digər bölgələrə rahat getmək mümkün olacaqdır. Bu yol bilirəm ki, sakinləri həmişə narahat edirdi və mən də dəfələrlə bu yolu gəlmişəm və görürəm ki, indi Sabirabada qədər çəkilən yol bütün standartlara cavab verir və artıq Saatlıya qədər qalan hissə də başa çatmaq üzrədir. Kənd yolları tikilir. Bu gün biz bir kənd yolunun açılışını qeyd etdik. Orada on minlərlə insan yaşayır və beləliklə, kənd yolları, magistral yollar, digər infrastruktur layihələri Saatlıda icra edilir.
Növbəti mərhələdə su layihəsi icra ediləcəkdir. Bilirəm ki, buna da böyük ehtiyac vardır. Əvvəlki illərdə bir neçə kənddə modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Ancaq Saatlı şəhərini davamlı içməli su ilə təmin etmək üçün bu ilin sonuna qədər işlər başlamalıdır. Hesab edirəm ki, bir il ərzində bu layihə də başa çatacaq və ondan sonra Saatlı şəhərini 24 saat keyfiyyətli içməli su ilə təmin etmək mümkün olacaqdır. Bu, böyük layihədir, böyük vəsait tələb edən layihədir. Ancaq Azərbaycan dövləti bunu edir və edəcəkdir. Çünki su həyat, sağlamlıq deməkdir və təmiz keyfiyyətli su sağlam həyat deməkdir.
Olimpiya Kompleksi, xəstəxana, içməli su layihəsi - bütün bunlar sosialyönümlü layihələrdir, insanların sağlamlığı üçün icra edilir, vəsait ayrılır. Dövlət İnvestisiya Proqramında vəsait nəzərdə tutulur ki, bölgələrdə sakinlər rahat yaşasınlar və bütün işlər ən yüksək standartlarda görülməlidir.
Saatlıda qazlaşdırma layihəsi daha sürətlə icra edilməlidir. Əfsuslar olsun ki, şəhər hələ tam şəkildə qazlaşdırılmayıb. Bu, dözülməz bir haldır. İndi bizim əksər şəhərlərimizdə qazlaşdırma yüz faiz təmin edilibdir. Tezliklə müvafiq qurumlar Saatlıda qazlaşdırma işlərini həll etməlidirlər. İlk növbədə, şəhər tam şəkildə qazlaşdırılmalıdır və Saatlının bütün kəndlərinə təbii qaz xətləri çəkilməlidir. Bu göstəriş verilmişdir və hesab edirəm ki, bu sözlərdən sonra müvafiq qurumlar bu işə daha da böyük məsuliyyətlə yanaşacaqlar, əsassız yubanmalara yol verilməyəcəkdir.
Beləliklə, bütün infrastruktur layihələrinin icrası nəticəsində tam yeni bir dövr başlanacaqdır. İnsanların rahatlığı, iş yerlərinin yaradılması üçün bütün lazımi addımlar atılır. Dövlət İnvestisiya Proqramında Saatlının inkişafı ilə bağlı müvafiq göstərişlər nəzərdə tutulubdur. Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Mənə indi verilən məlumata görə, sizdə məhsuldarlıq da, taxıl yığımı da çox yüksəkdir, respublika üzrə olan rəqəmdən qat-qat üstündür. Çox gözəl göstəricidir. Kənd təsərrüfatı, heyvandarlıq, digər sahələr burada inkişaf etməlidir və inkişaf edəcəkdir. Bununla paralel olaraq, bütün sosial infrastruktur layihələri tam şəkildə öz həllini tapmalıdır. Bu istiqamətdə atılmış addımlar təqdirəlayiqdir, - xəstəxana, Olimpiya Mərkəzi, yollar, digər infrastruktur layihələri, - ancaq bununla bərabər məktəblərdə də çox işlər görülməlidir. Saatlı rayonunda qəzalı məktəblər hələ var və onların da təmiri nəzərdə tutulur.
Bir sözlə, hər rayon üzrə, o cümlədən Saatlı üçün konkret tədbirlər planı vardır. İkinci dövlət regional inkişaf proqramı bu ilin sonunda başa çatır və üçüncü proqram gələn il qəbul ediləcəkdir. Bu günə qədər həllini tapmayan məsələlər üçüncü dövlət proqramına salınacaq və növbəti beş il ərzində tamamilə öz həllini tapacaqdır.
Sizi bir daha ürəkdən salamlayıram, belə gözəl Olimpiya Kompleksinin açılışı münasibətilə bir daha təbrik edirəm”.
Nərimankənd orta məktəbin məşqçi-müəllimi Xəyal Əhmədov rayon ictimaiyyətinin nümayəndələri və idmançılar adından çıxış edərək dövlətimizin başçısına minnətdarlıq edib.
Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında da iştirak edib.
Bildirilib ki, uzun müddət təmir işləri aparılmadığından yol istismara yararsız vəziyyətə düşüb. Azərbaycan Prezidentinin “Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 16 iyul tarixli Sərəncamına əsasən 44 min nəfərin yaşadığı 17 məntəqəni birləşdirən Qarayevkənd-Sımadakənd avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 3,5 milyon manat vəsait ayrılıb. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdırıb. Yenidən qurulan bu yol regionlara olan diqqəti nümayiş etdirir və ölkədə həyata keçirilən sosial siyasətin bütün bölgələri əhatə etdiyini göstərir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Saatlıya səfərini başa çatdıraraq Ağcabədi rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə Ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, Heydər Əliyev meydanı tamamilə yenidən qurulub. Burada abadlıq işləri aparılıb, 6,7 min kvadratmetr əraziyə dekorativ plitələr döşənib, qarşı hissədəki hasar milli memarlıq üslubunda tikilib. İşıqlandırma sistemi də müasir standartlara uyğun yenidən qurulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Bina ilə tanışlıq zamanı məlumat verilib ki, tikinti işlərinə 2012-ci ilin iyununda başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Binada Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatı, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb. Prezident İlham Əliyev otaqlarda yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri və tibb işçiləri ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədidə Gənclər Mərkəzinin açılışında da iştirak edib.
Azərbaycan Prezidentinə məlumat verilib ki, binanın tikintisinə ötən ilin iyulunda başlanılıb, bu ilin avqustunda başa çatdırılıb. Şəhərin ən gözəl binalarından olan Gənclər Mərkəzinin ümumi sahəsi üç min kvadratmetrdir.
Prezident İlham Əliyev Gənclər Mərkəzi ilə tanışlıqdan sonra tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Ağcabədidə “Aqat-aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib.
Məlumat verilib ki, “Aqat-aqro” heyvandarlıq kompleksi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinin bəhrəsidir. Ağcabədi rayonunun Ağabəyli kəndində yaradılan kompleksin ümumi sahəsi 50 hektardır. Kompleks üç min başlıq iribuynuzlu heyvandarlıq və iki min başlıq keçi təsərrüfatından ibarətdir. Ümumi dəyəri 21 milyon manat olan iribuynuzlu heyvandarlıq kompleksinin yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 milyon manat, dəyəri 5 milyon manat olan keçi təsərrüfatının yaradılmasına isə 3,5 milyon manat güzəştli kredit verilib. İribuynuzlu heyvandarlıq kompleksi müasir ferma avadanlığı - avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 40 baş inəyin sağılmasına imkan verən karusel tipli avadanlıq, soyutma sistemləri və s. ilə təchiz edilib.

Paylaş:
Baxılıb: 1051 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30