Parlament diplomatiyasının uğurları...
31.07.2025 [13:03]
Parlament Sədrlərinin VI Dünya Konfransı qanunvericilik orqanları arasında geniş əməkdaşlığın göstəricisidir
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, güclü ölkə kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir. Azərbaycanın fəal xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal mərkəzlərindən birinə çevirməkdədir.
Qeyd edək ki, ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin də xüsusi rolu var. Başqa sözlə, parlament diplomatiyası dövlətimizin xarici siyasət kursunda mühüm yer tutur. Bu baxımdan, Milli Məclisin beynəlxalq fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məlumdur ki, Milli Məclis bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur, eləcə də bir çox ölkələrin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. Əlbəttə, parlament çox mühüm hakimiyyət qoludur və onun işində beynəlxalq fəaliyyət xüsusi yer tutur. Parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
Xatırladaq ki, parlamentin son növbədənkənar sessiyası ərzində Milli Məclisin 19 deputatı 11 xarici ölkəyə 24 səfər həyata keçirib. Deputatlarımız 7 beynəlxalq təşkilatın tədbirlərində iştirak ediblər. Eləcə də, 18 xarici ölkənin və 6 beynəlxalq təşkilatın 30 nümayəndə heyəti, ümumən 144 nəfər xarici qonaq Milli Məclisdə olub. Bu dövrdə Milli Məclisin ev sahibliyi ilə Bakıda böyük beynəlxalq tədbir - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Baş Assambleyası təşkil edilib. Tədbirdə təşkilatın üzvü olan 10 ölkə parlamentinin və 8 beynəlxalq təşkilatın 115 nəfərə qədər təmsilçisi iştirak edib. Bundan başqa, Milli Məclisin sədri Azərbaycanda səfərdə olan 3 ölkənin parlament sədrləri və 9 ölkənin ombudsmanları ilə görüşlər keçirib. Həmçinin, sessiya dövründə parlamentin spikerinin 3 ölkəyə işgüzar səfərləri olub.
Yeri gəlmişkən, bugünlərdə Milli Məclisin sədri Sahibə Qafarova Cenevrə şəhərinə səfər edib. Səfər zamanı spiker bir sıra beynəlxalq tədbirlərdə iştirak edib, ikitərəfli görüşlər keçirib. Qeyd edək ki, iyulun 29-da Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında iştirak edib. Tədbirdə çıxış edən Milli Məclisin sədri konfransın parlamentlərarası əməkdaşlıq üçün gələcək gündəliyin müəyyən olunmasına kömək etdiyini bildirib. Spiker təəssüflə qeyd edib ki, son konfransdan bəri dünya bir sıra mənfi dəyişikliklərə məruz qalıb. Əvvəlki konfransda əsas diqqət COVID-19 və onunla necə mübarizə aparılması məsələlərinə yönəlmişdisə, bu gün qlobal problemlərin sayı, mürəkkəbliyi daha da artıb və bu da təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməsini zəruri edir. Onun sözlərinə görə, bir çox hallarda əlaqələndirilmiş cavabların olmaması problemlərin daha da pisləşməsinə səbəb olur: “Nəticədə bugünkü dünya daha da parçalanıb, gərginliklər artıb, tərəqqi daha da azalıb. Bu narahatedici reallığın kökündə çoxtərəfliliyin əsasını təşkil edən səmərəli beynəlxalq əməkdaşlığın və həmrəyliyin aşınması dayanır. Biz yalnız kollektiv fəaliyyət və birgə məsuliyyət yolu ilə qlobal təhlükələrin öhdəsindən gələ biləcəyimiz anlayışından uzaqlaşırıq”.
Milli Məclisin sədri çıxışında BMT-də islahatlar mövzusuna da toxunaraq bildirib ki, BMT-nin mərkəzində dayandığı güclü və inklüziv çoxtərəfli sistem bütün problemlərə real və uzunmüddətli həlləri təmin etmək imkanına malikdir. Bununla belə, BMT sistemində effektiv şəkildə islahatların aparılması ilə bağlı müzakirələr hələ də davam edir. Hər hansı islahat yalnız bəzi dövlətlərin deyil, bütün ölkə və xalqların səsinin eşidildiyi sistemin yaradılması ilə nəticələnməlidir. Beynəlxalq hüquq normaları və prinsipləri qorunmalı, ikili standartlar rədd edilməli, qəbul edilmiş qərarlar həyata keçirilməlidir. Yalnız bu şərtlər altında hamı üçün sülh, ədalət və rifahın təmin edilməsi məqsədlərinə nail olmaq mümkündür.
Parlament diplomatiyasının artan əhəmiyyətindən də danışan S.Qafarova qeyd edib ki, parlamentlərimizin çoxtərəfliliyə və əməkdaşlığa sadiq olduğunu görmək məmnunluq doğurur. Parlamentlərarası İttifaqın işində, o cümlədən bu konfransda fəal iştirak ortaq baxışımızı və qətiyyətimizi əks etdirir. Spiker Parlamentlərarası İttifaqın BMT ilə sıx əməkdaşlığını və parlamentlərin səsinin qlobal müzakirələrdə eşidilməsi üçün göstərilən səyləri yüksək qiymətləndirib, bununla belə, daha çox işlərin görülməli olduğunu bildirib. O qeyd edib ki, milli parlamentlər çoxtərəfli sistemin əsas iştirakçılarından birinə çevrilməlidir. Çünki istənilən uğursuzluq, ilk növbədə, xalqlarımıza təsir göstərir. Onların seçilmiş nümayəndələri olaraq, parlamentarilər çoxtərəfliliyin yenilənməsində birbaşa iştirak etməlidirlər.
S.Qafarova bildirib ki, hamı üçün sülh, ədalət və rifahın təmin edilməsi yalnız təsisatlar və razılaşmalarla məhdudlaşmır. Bunun kökündə insanlar arasında etimad, inam və qarşılıqlı anlaşmanın yaradılması dayanır. Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan “Bakı Prosesi”nin bir parçası olan “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” BMT tərəfindən mədəniyyətlərarası dialoqun əsas qlobal platformalarından biri kimi tanınıb. O qeyd edib ki, ötən ilin mayında keçirilən bu Forumun VI sessiyası çərçivəsində Azərbaycan parlamenti tərəfindən Parlamentlərarası Konfrans təşkil olunub. Bu da qeyd olunan sahədə aparılan müzakirələrdə parlament perspektivini təmin edib. Bunu nəzərə alaraq, Milli Məclisin sədri mədəniyyətlərarası dialoq mövzusunu Parlamentlərarası İttifaqın gələcək gündəliyinə və fəaliyyətinə daxil etməyi təklif edib.
Yeri gəlmişkən, S.Qafarova Cenevrədə Braziliyanın Deputatlar Palatasının sədri Huqo Motta ilə görüşüb. Görüşdə ölkələrimiz arasında coğrafi uzaqlığa baxmayaraq, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələrin daha da genişləndirilməsi üçün imkanlar mövcud olduğu qeyd edilib. 2023-cü ildə ölkələrarası diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün tamam olduğu xatırlanaraq, yüksəksəviyyəli əlaqələr fonunda parlamentlərimiz arasında da yaxşı münasibətlərin mövcud olduğu vurğulanıb.
Söhbət zamanı Parlament Sədrlərinin VI Dünya Konfransının qanunverici orqanlar arasında ortaq maraqlar üzrə fikir mübadiləsi aparmaq baxımından mühüm bir platforma olduğu qeyd edilib. Bildirilib ki, bu cür beynəlxalq tədbirlər çərçivəsində əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları arasında mövcud olan sıx təmaslardan məmnunluq ifadə edilib və bu əlaqələrin parlamentlərarası əməkdaşlığın genişlənməsinə zəmin yaratdığı vurğulanıb. Eyni zamanda, keçirilən görüşlərin və aparılan siyasi dialoqun parlamentlərarası münasibətlərin daha da dərinləşməsinə xidmət etdiyi bildirilib. Müasir dövrdə mövcud olan çağırışlara qarşı birgə mübarizədə parlamentlərarası əməkdaşlığın vacibliyi bir daha diqqətə çatdırılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18

