Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl ilə görüşüb
02.11.2013 [11:04]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl ilə görüşüb.
Prezident İlham Əliyev deyib: “Sizi ürəkdən salamlayıram. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Çox şadam ki, bu günü Siz Azərbaycanda qeyd edirsiniz. Azərbaycan Sizin doğma vətəninizdir. Azərbaycanda Sizi çox sevirlər. Siz Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün qardaşınız Prezident Heydər Əliyev ilə çox böyük səylər göstərmisiniz, böyük işlər görmüsünüz. Deyə bilərəm ki, Türkiyə-Azərbaycan əlaqələrinin təməlini siz qoymusunuz. Bu möhkəm təməl üzərində bu gün bizim əlaqələr inkişaf edir. Siz Prezident Heydər Əliyev ilə bərabər Türkiyə-Azərbaycan əlaqələrini ən yüksək zirvəyə qaldırmısınız.
Mən yaxşı xatırlayıram ki, Azərbaycan üçün ən ağır dövrlərdə Siz daim xalqımızın yanında olmusunuz. Türkiyə və Naxçıvan arasındakı “Ümid” körpüsünü Heydər Əliyev ilə bərabər açmısınız, o körpünün memarı olmusunuz. Bütün bunlar Azərbaycan xalqının qəlbində unudulmaz xatirə kimi yaşayan gözəl anlar, məqamlardır. Sonrakı dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində də Siz Heydər Əliyev ilə birgə böyük səylər göstərmisiniz. Bu gün bu kəmər artıq böyük bir dəhlizin mövcudluğunu təmin edir.
Hörmətli cənab Prezident, bir daha Sizi Azərbaycanda ürəkdən salamlayıram. Bir daha qeyd etmək istəyirəm və çox şadam ki, Siz bu günü Azərbaycanda qeyd edirsiniz, biz birlikdə bunu qeyd edirik.
Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında xüsusi xidmətlərə görə Siz Azərbaycan dövlətinin yüksək ordeni olan “Şərəf” ordeni ilə təltif edilirsiniz. İcazə verin, mən bu yüksək mükafatı Sizə təqdim edim”.
Azərbaycan Prezidenti İlham Əliyev “Şərəf” ordenini Süleyman Dəmirələ təqdim edib.
Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl deyib: “Çox təşəkkür edirəm. Məni çox böyük məhəbbətlə qəbul etdiniz, öz təyyarənizi göndərdiniz və məni oradan buraya gətirdiniz. Bugünkü Türkiyə qəzetlərində bu böyük xəbər yer almışdır. Xüsusən böyük bir dostluğun nişanəsi olaraq yer almışdır.
Bizim hər bir hərəkətimiz iki qardaş ölkənin - bir böyük millətin - türk millətinin, Anadoluda, Azərbaycanda yaşayan türklərin - ayrılmaz bu böyük türklüyün dahi şəxsiyyətlərindən olan dəyərli qardaşım Heydər Əliyevin təməlini qoyduğu dostluğumuz və qardaşlığımız daim yaşayacaqdır. Mərhum Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı həyatda təsdiqini tapıb və bundan sonra da tapacaqdır.
Burada gördüyümüz inkişaf Sizin ciddi səylərinizin nəticəsidir. Sizin güclü rəhbərliyinizlə davam edən bu inkişaf bizi məmnun və xoşbəxt edir. Nəyi görürüksə bu, bizim öz Vətənimizdə imiş kimi bizi sevindirir. Ona görə yenidən buraya gəlməkdən duyduğum xoşbəxtliyi ifadə edirəm.
Həqiqətən ötən müddətdə ölkənizdə xoş yeniliklər olmuş, daha çox enerji sərf edilmiş, ölkə daha da gözəlləşmişdir. Bunun əvəzində Azərbaycan xalqı Sizi üçüncü dəfə Prezident görmək üçün səs vermişdir. Üçüncü dəfə Prezident seçilmək asan iş deyildir. Heç bir ölkədə asan bir iş deyildir. Ancaq bunun niyə belə olduğunu xalqın Sizə olan məhəbbətində görmək lazımdır. Xalqın 80 faizdən çoxunun Sizə dəstək verməsi bizi sevindirir”.
Prezident İlham Əliyev: “Sağ olun!”.
Süleyman Dəmirəl: “Bu uğurunuz bizi çox sevindirir, biz bundan iftixar hissi duyuruq. Bunu iki qardaş ölkənin - Türkiyə ilə Azərbaycanın birliyinə, qardaşlığına, bərabərliyinə dəstək verilməsi kimi qiymətləndiririk.
Sizi üçüncü dəfə Prezident seçilməyiniz münasibətilə bir daha təbrik edirəm”.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 11:49
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50

