Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Cibutinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Cibutinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

15.11.2013 [09:50]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Cibuti Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdi İbrahim Absiehin etimadnaməsini qəbul edib.
Səfir Abdi İbrahim Absieh fəxri qarovul dəstəsinin qarşısından keçib.
Abdi İbrahim Absieh etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Diplomat Abdi İbrahim Absieh Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Celinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib və bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu bildirib. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib.
Dövlətimizin başçısı Prezident İsmayıl Ömər Celinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Cibuti dövlətinin başçısına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1063 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31