Türk dünyasının ortaq məsuliyyəti
01.07.2026 [10:25]
Azərbaycanda “Türk Dünyası Həftəsi” böyük coşqu ilə davam edir
Bu günlərdə Azərbaycan bütün türk dünyası üçün əlamətdar olan bir tədbirə ev sahibliyi edir. Söhbət iyunun 29-da Heydər Əliyev Mərkəzində açılışı baş tutan Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”ndən gedir. “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir. Açılış mərasimində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinin tədbir iştirakçılarına müraciətləri oxunub.
Tədbirə türk respublikaları daxil olmaqla, ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr qatılıblar. “Türk Dünyası Həftəsi” çərçivəsində Şuşa, Xankəndi və Ağdam şəhərləri də daxil olmaqla müxtəlif məkanlarda çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli sərəncamına uyğun olaraq təşkil olunub. Dövlətimizin başçısı tədbir iştirakçılarına ünvanladığı müraciətində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı irəli sürdüyü təşəbbüsün reallaşmasının məmnunluq doğurduğunu bildirib. “Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Müstəsna əhəmiyyətə malik qurultay
Birinci Türkoloji Qurultay 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində baş tutub. Qurultayın işində keçmiş Sovet İttifaqı məkanında yaşayan türk xalqlarının təmsilçiləri ilə yanaşı, xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə - alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar iştirak edib. Qurultayda türk dillərinin yeddi böyük problemi müzakirə obyekti olub və aşağıdakı müvafiq qərarlara imza atılıb:
- Əlifba məsələsi;
- İmla-orfoqrafiya problemi;
- Termin məsələsi;
- Tədris-metodika məsələsi;
- Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri;
- Türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi;
- Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri.
Çox doğru olaraq Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələ kimi dəyərləndirilir. Qurultay həm elmi, həm də praktik səviyyədə birlik ideyasını təşviq edən ilk platforma olub. Bu baxımdan, İsmayıl bəy Qaspıralı tərəfindən irəli sürülən “dildə, fikirdə və əməldə birlik” prinsipi bu gün də aktuallığını qoruyan əsas istiqamətləndirici ideyalardan biridir. Türk dünyası tarixində ilk dəfə olaraq bu qurultay çərçivəsində Sibirdən Krıma, Anadoludan digər geniş coğrafiyalara qədər yaşayan türk xalqlarının nümayəndələri bir araya gəliblər. Onlar ortaq mədəniyyət, dil, tarix və gələcək ilə bağlı fikirlərini sərbəst şəkildə ifadə etmək imkanı qazanıblar. Eyni zamanda, qurultayda türkçülük ideyasının inkişafı və türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib.
Məkan olaraq Bakının seçilməsi təsadüfi deyil
Birinci Türkoloji Qurultayda qəbul edilən və türk dünyasının tərəqqisini hədəfləyən taleyüklü qərarlar türk xalqlarının məfkurə, elmi-mədəni həmrəyliyinin qorunub saxlanılmasında mühüm rol oynayıb. Təəssüf doğuran haldır ki, keçmiş sovet rejiminin sərt ideoloji qadağaları, türk dünyasını parçalamaq istəyən güc mərkəzlərinin ambisiyaları həmin qərarların həyata keçirilməsini əngəllədi, eyni zamanda, qurultay iştirakçılarının bir çoxu repressiyalara məruz qaldı. Lakin zaman hər şeyi yoluna qoydu və 70 il mövcudluqdan sonra keçmiş ittifaq süquqta uğradı. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində baş verən geosiyasi proseslər fonunda Cənubi Qafqazda və Mərkəzi Asiyada müstəqil türk dövlətləri dünya xəritəsinə daxil oldular. Bax bu yeni şəraitdə də Birinci Türkoloji Qurultayın qərarları türk xalqlarının yolunu yenidən işıqlandırdı.
Bəs türk xalqlarının tarixində mühüm mərhələ sayılan Birinci Türkoloji Qurultayın keçirilməsi üçün məkan olaraq niyə məhz Bakı seçilmişdi? Prezident İlham Əliyev bildirib ki, türk dünyasının ortaq mənəvi dəyərlərinin - dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi. Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu. Paytaxt Bakı şəhəri də hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı.
Türk həmrəyliyinin möhkəmlənməsində Azərbaycanın müstəsna rolu
Birinci Türkoloji Qurultayın irsini yaşatmaq, zənginləşdirmək və gələcək nəsillərə ötürmək bütün türk xalqlarının ortaq məsuliyyətidir. XXI əsr türk əsri adlandırılır. Biz indiki keşməkeşli dönəmdə türk əsrini birlikdə inşa etməliyik. Azərbaycan türk dünyasında həmrəyliyin möhkəmlənməsində tarixi rolunu bu gün də böyük məsuliyyətlə davam etdirir. Biz qürur duyuruq ki, artıq beynəlxalq təsisat kimi fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatının əsası Prezident İlham Əliyevin təşəbbüsü ilə Naxçıvanda qoyulub. Bundan sonra isə respublikamız qurumun institusional təsisat kimi formalaşmasında və funksionallığının artmasında mühüm rol oynayıb. TDT-nın qeyri-formal zirvə görüşlərinin keçirilməsi ənənəsinə də Azərbaycandan-Şuşadan başlanılıb. Eyni zamanda, 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışı öz əksini tapıb. Prezident İlham Əliyev 22 oktyabr 2025-ci il tarixində “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda xüsusi olaraq vurğulanır ki, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir.
Bu gün türk dövlətlərini bir çətir altında birləşdirən TDT nüfuzlu beynəlxalq təsisata çevrilməkdədir. Qurum böyük türk coğrafiyasının iqtisadi və siyasi gücünü getdikcə daha dolğun şəkildə təcəssüm etdirir. Onun beynəlxalq münasibətlər sistemində rolu da getdikcə artır. Tam əminliklə demək mümkündür ki, hazırda TDT-nın dünyada türk həmrəyliyinin möhkəmlənməsinə hesablanan layihələrinin təməlində məhz zamanında Birinci Türkoloji Qurultayda irəli sürülən mütərəqqi ideyalar dayanır. “Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik”. - deyə Prezident İlham Əliyev vurğulayıb.
Yeri gəlmişkən, tədbirdə Azərbaycanın dünyada türk həmrəyliyinin möhkəmlənməssinə verdiyi töhfələr xüsusi vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbir iştirakçılarına ünvanladığı müraciətində qeyd edib ki, 1926-cı ildə Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirildiyi kimi, onun 100 illiyinə həsr olunmuş tədbirin də Azərbaycan paytaxtında təşkil olunması təsadüfi deyil. Onun sözlərinə görə, Türk dünyasının birlik və həmrəyliyinin ən güclü müdafiəçilərindən olan Azərbaycan bu gün də türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxElm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

