Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Serbiyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Serbiyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

07.03.2014 [09:25]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində ötən dövr ərzində böyük uğurlar əldə olunduğunu vurğulayıb. Qısa vaxt ərzində ölkələrimizin bir-birinə daha çox yaxınlaşdığını deyən Prezident İlham Əliyev əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. İkitərəfli münasibətlərimizin inkişafında səfir Zoran Vayoviçin fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı gələcək işlərində ona uğurlar arzulayıb.
Səfir Zoran Vayoviç son illər ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini məmnunluqla vurğulayıb. O bildirib ki, Azərbaycandakı diplomatik fəaliyyəti dövrü onun həyatının ən parlaq və unudulmaz hissələrindən biridir.

Paylaş:
Baxılıb: 873 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30