/ / Azərbaycan Prezidenti İlham Əliyev paytaxtda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev paytaxtda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişi ilə tanış olub
08.03.2014 [09:58]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də paytaxt Bakıda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişi ilə tanış olub.
Son illər paytaxtda və regionlarda yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür. Çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq görülür. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir.
Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər də ardıcıl olaraq davam etdirilir. Yeni yol qovşaqlarının, körpülərin, yeraltı və yerüstü keçidlərin inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə yönəldilib. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. İndi ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri belə bir reallığı da ortaya qoyur ki, son illərdə qazanılan nailiyyətlər Azərbaycanın potensialını tam üzə çıxarmaqla yanaşı, ölkəmizin gələcəyinə hesablanan addımların da düzgün istiqamətdə atıldığını təsdiqləyir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, paytaxtın yol-nəqliyyat infrastrukturunun daha müasir səviyyəyə çatdırılması istiqamətində məqsədyönlü və mühüm tədbirlər sırasına yeniləri də əlavə edilir.
Prezident İlham Əliyev əvvəlcə paytaxtın Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində yol ötürücüsünün tikintisi ilə tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, Ziya Bünyadov prospektinin yenidən qurulması layihəsinə görə 10 kilometrə yaxın uzunluğu olan 10 cərgəli avtomobil yolu ən müasir tələblər səviyyəsində salınır. Layihəyə əsasən burada müxtəlif səviyyəli 5 yol qovşağı, 4 yerüstü və 2 yeraltı piyada keçidi də inşa olunur. Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində birinci yol qovşağı tuneldən və tunel üzərində nəqliyyat vasitələrinin dairəvi hərəkətini və geriyə dönmələrini təmin edən yollardan ibarətdir. Tunelin ümumi uzunluğu 780, qapalı hissəsinin uzunluğu isə 300 metrdir. Altızolaqlı yolun eni 27 metrə yaxındır. Tunel nəqliyyat vasitələrinin Ziya Bünyadov prospekti boyunca Böyükşor və 20 Yanvar dairələri istiqamətində maneəsiz, intensiv hərəkətini təmin edəcək. Tunelin üstündə inşa olunmuş avtomobil yolları isə nəqliyyat vasitələrinin dairəvi, geriyə dönmə, Müzəffər Nərimanov küçəsi ilə Heydər Əliyev prospekti istiqamətinə və əksinə hərəkətini təmin edəcək. Yenidən qurulmuş Müzəffər Nərimanov küçəsi üzrə dördzolaqlı yolun ümumi uzunluğu 1740, eni 19 metrdir.
* * *
Sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində inşa olunan müxtəlif səviyyəli yol qovşağının yerləşdiyi əraziyə gəlib.
Burada görülən işlər barədə də dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, yol qovşağının girişlərlə birlikdə uzunluğu 600 metrdir. 328 metr uzunluğunda olan körpü iki istiqamətdə altızolaqlıdır. Körpünün yaxınlığında piyadaların hərəkətini asanlaşdırmaq məqsədilə yerüstü keçid də inşa olunub.
Qeyd edilib ki, şəhərin bu istiqamətində mövcud yol ensiz olduğu üçün hərəkətin intensivliyinə əngəl törədir və tıxaclara səbəb olurdu. Yeni yol və yol boyu inşa edilən körpülər hazır olduqdan sonra bu istiqamətdə avtomobillərin rahat və maneəsiz hərəkətini təmin edəcək, paytaxtın müxtəlif mikrorayonları, xüsusilə də Binəqədi rayonu istiqamətində nəqliyyatın intensiv hərəkətinə şərait yaradacaq.
* * *
Daha sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində - “Xutor” dairəsində inşa olunan müxtəlif səviyyəli yol qovşağında tikinti işlərinin gedişi ilə tanış olub.
Yol qovşağının texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verilib. Qovşaqda üç tunel, bir körpü, iki yeraltı piyada keçidinin inşa olunduğu qeyd edilib. Bildirilib ki, buradakı körpünün uzunluğu 630 metr olacaq. Layihəyə əsasən, qovşaqda yan və tunelüstü yollar inşa edilir. Bu qovşağın istifadəyə verilməsi ilə Ziya Bünyadov prospektindən hərəkət edən avtomobillər 20 Yanvar dairəsi və “Qələbə” meydanı istiqamətinə maneəsiz hərəkət edə biləcəklər. Bundan başqa, qovşaq 20 Yanvar dairəsi və “Qələbə” meydanından gələn nəqliyyat vasitələrinin əks istiqamətə - Ziya Bünyadov prospektinə çıxışını təmin edəcək. Qovşaqdakı körpüdən isə avtomobillər Əbdülvahab Salamzadə küçəsindən Rəşid Məmmədov küçəsinə və əks istiqamətə rahat hərəkət edə biləcək.
İnşası davam etdirilən yol qovşaqlarının və yol ötürücülərinin hamısında bütün kommunikasiya sistemləri, o cümlədən su, istilik, qaz, rabitə və yağıntı sularını axıdan xətlər dəyişdirilib, yeni drenaj sistemi yaradılıb. Yeni nəhəng yol qurğusunun istifadəyə verilməsi nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində paytaxtda aparılan mühüm işlərin davamlı xarakter aldığını bir daha təsdiqləyir. Belə layihələrin uğurla icra olunması bir daha sübut edir ki, ölkədə aparılan sosialyönümlü tədbirlərdə başlıca məqsəd əhalinin rahatlığını təmin etməkdir.
İnşaat işlərinin gedişi ilə yaxından tanış olan dövlətimizin başçısı müvafiq göstərişlərini verib.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

