Haaqada III Nüvə Təhlükəsizliyi Sammiti keçirilib
28.03.2014 [09:21]
Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edib
Martın 24-25-də Niderland Krallığının Haaqa şəhərində III Nüvə Təhlükəsizliyi Sammiti keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.
Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunur.
Bu Zirvə görüşünün mötəbər qonaqları Azərbaycanın sammitdə fəal iştirakını yüksək qiymətləndirirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada nüvə təhlükəsizliyinə töhfə verməsi beynəlxalq birik tərəfindən təqdir olunur.
Martın 24-də III Nüvə Təhlükəsizliyi Sammiti dünya liderlərinin rəsmi salamlanması ilə başlayıb.
Niderland Krallığının Baş naziri Mark Rütte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Nüvə Təhlükəsizliyi Sammiti “Nüvəsiz dünya” videoçarxının nümayişi ilə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi Zirvə görüşünü açıq elan edən Niderlandın Baş naziri Mark Rütte Sammit iştirakçılarını salamlayıb. 2010-cu ildə ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə baş tutan ilk sammitdən sonra dünyada nüvə təhlükəsizliyinin təmin olunması sahəsində bir çox mühüm işlərin görüldüyünü deyən Mark Rütte bu məsələdə diplomatik səylərin gücləndirilməsinin əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Nüvə təhlükəsizliyinin təmin olunması ilə bəşəriyyətin gələcəyinin təminat altına alındığını deyən Niderlandın Baş naziri bu sahədə hökumətlər arasında əməkdaşlığın faydalı olduğunu bildirib.
Bundan əvvəlki Sammitə ev sahibliyi edən Koreya Respublikasının Prezidenti Pak Kın He çıxışında müasir dünyada nüvə təhlükəsizliyinin təmin olunmasının zərurətə çevrildiyini deyərək ölkəsinin bu məsələdə öz dəstəyini əsirgəmədiyini vurğulayıb.
BMT-nin baş katibi Pan Gi Mun Sammitin əhəmiyyətindən danışarkən onun ehtimal olunan nüvə terrorizminin qarşısının alınmasında xüsusi əhəmiyyəti ilə seçildiyini bildirib. Nüvə təhlükəsizliyinin müasir dünyada qlobal xarakter daşıdığını deyən Pan Gi Mun BMT-nin bu sahədəki missiyasının səmərəli olduğunu vurğulayıb.
Sonra sammit öz işini plenar müzakirələrlə davam etdirib. Bu çərçivədə “Siyasətin ssenari əsasında müzakirəsi” mövzusunda iclas keçirilib.
* * *
Martın 24-də axşam Niderland Kralı Əlahəzrət Villem-Aleksandr tərəfindən Haaqada III Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə qəbul və şam yeməyi təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
* * *
Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammiti martın 25-də öz işini davam etdirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə çıxış edib.
Sammitin ikinci iş günü nüvə təhlükəsizliyi sahəsində milli və beynəlxalq tədbirlərin əhəmiyyətinə həsr olunub. Bu sahədə dünya ölkələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Dünya liderləri bu Zirvə görüşündə də nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsini gündəmdə saxlayıblar. Onlar nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu bildirərək, bu təhlükənin qarşısının alınması üçün tədbirlərin davam etdirilməsinin vacibliyini önə çəkiblər.
Sammitin plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Zirvə görüşü iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammiti qəbul etdiyinə və göstərdiyi qonaqpərvərliyə görə Niderland hökumətinə minnətdarlığını bildirib. Nüvə təhlükəsizliyi tədbirlərinin gücləndirilməsində Beynəlxalq Atom Enerjisi Agentliyinin mühüm rolundan danışan Azərbaycan dövlətinin başçısı ölkəmizin nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə bu Agentliklə fəal əməkdaşlıq etdiyini və Azərbaycanın iştirakçı dövlət olduğu Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının göstərdiyi səyləri dəstəklədiyini, bu yaxınlarda Azərbaycanın nüvə, kimyəvi və bioloji silahların və onların çatdırılma vasitələrinin yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesabatını Birləşmiş Millətlər Təşkilatına təqdim etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil edib.
Nüvə və radioaktiv təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər görülməsinin vacibliyinə toxunan Prezident İlham Əliyev Azərbaycanın nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərdiyini, bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemini formalaşdırdığını vurğulayıb.
Dövlətimizin başçısı bildirib ki, bu yaxınlarda qəbul edilmiş Azərbaycanın ilk “Dəniz Təhlükəsizliyi Strategiyası”nda nüvə və digər kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin, eləcə də aidiyyəti materialların yayılması dəniz təhlükəsizliyinə ən böyük hədələrdən biri kimi müəyyən edilir.
Prezident İlham Əliyev təəssüflə qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən davam edən işğalı və azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur.
Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır.
Daha sonra Azərbaycan Prezidenti Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışaraq deyib ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir. Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaq. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib, baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlib, olduqca təhlükəli texnologiyaya əsaslanır.
Azərbaycanın regionda təhlükəsizliyin və sabitliyin qorunmasında olduqca müsbət rol oynadığını deyən Prezident İlham Əliyev bildirib ki, biz regionda və bütün dünyada nüvə təhlükəsizliyinin gücləndirilməsinə aid məsələlər üzrə beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla apardığımız əməkdaşlığın davam etdirilməsi, nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən irəli gələn hədələrin azaldılması işinə sadiqik.
Çıxışının sonunda Azərbaycan dövlətinin başçısı Birləşmiş Millətlər Təşkilatı başda olmaqla beynəlxalq ictimaiyyətin davamlı səyləri ilə bütün çağırışların həll ediləcəyinə və daha təhlükəsiz dünya qurulacağına əminliyini ifadə edib.
Sonra zirvə görüşünün “Nüvə təhlükəsizliyi sammitinin gələcəyi” mövzusunda qeyri-rəsmi iclası olub.
Azərbaycan Prezidenti İlham Əliyev sammit çərçivəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron və İtaliyanın Baş naziri Matteo Rentsi ilə görüşüb.
Söhbət zamanı Azərbaycan ilə bu ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Zirvə görüşü zamanı Türkiyə Prezidenti Abdullah Güllə də görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin indiki vəziyyəti və perspektivi ilə bağlı müzakirələr aparılıb.
Zirvə görüşünün yekununda liderlər birgə foto çəkdiriblər.
Sonra dövlət və hökumət başçılarının şərəfinə işçi nahar verilib.
Zirvə görüşünün sonunda yekun Kommünike qəbul olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

