Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasına rəsmi səfər edib
10.04.2014 [09:21]
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da İran İslam Respublikasına rəsmi səfərə gəlib.
Azərbaycanın və İranın dövlət bayraqları ilə bəzədilmiş Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.
* * *
Aprelin 9-da İran İslam Respublikasına rəsmi səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Prezident sarayının qarşısındakı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və İranın dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.
Prezidentlər birgə foto çəkdiriblər.
İran nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olunub.
* * *
Dünən rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə geniş tərkibdə danışıqları olub.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyəti qeyd edilib. Prezident İlham Əliyevin və Prezident Həsən Ruhaninin Davosda keçirilən görüşündə ölkələrimiz arasında açıq, səmimi münasibətlərin inkişaf etdirilməsi yolları ətrafında aparılan fikir mübadiləsi məmnunluqla xatırlanıb.
Söhbət zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Bu imkanların reallaşdırılması, əməkdaşlığın daha da dərinləşməsinə mane ola biləcək əngəllərin aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Sonra Prezident İlham Əliyevin və Prezident Həsən Ruhaninin təkbətək görüşü olub.
* * *
Aprelin 9-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın idman və gənclər naziri Mahmud Qudərzi “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və İranın yol və şəhərin inkişafı naziri Abbas Axundi “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərin İnkişafı Nazirliyi arasında meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu”nu imzalayıblar.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın energetika naziri Həmid Çitçian “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş”i imzalayıblar.
* * *
Dünən sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı: “Hörmətli cənab Prezident.
İlk növbədə dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm.
Qardaş İran torpağında olmağımdan çox məmnunam. Əminəm ki, mənim səfərim İran-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım olacaqdır. Fürsətdən istifadə edərək, cənab Prezident, Sizi münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Onu da qeyd etməliyəm ki, bu səfər mənim İrana üçüncü rəsmi səfərimdir. Səfərlərin sayı özlüyündə bir göstəricidir. Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf etsin və buna nail olmaq üçün indi çox gözəl imkanlar vardır.
Biz ilin əvvəlində cənab Prezident Ruhani ilə Davosda görüşmüşük. Bu gün isə İranda bizim siyasi dialoqumuz davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimiyyətlə müzakirə etdik. Biz beynəlxalq təşkilatlarda çox uğurlu fəaliyyət göstəririk. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı təşkilatlarında bizim fəaliyyətimiz çox uğurludur.
Bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir. Bu münaqişə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə, beynəlxalq hüquqa əsaslanır və bu mövqeyə görə biz Sizə minnətdarıq.
Bildiyiniz kimi, uzun illər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri işğal altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişlər. Bu gün işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Münaqişənin tezliklə və beynəlxalq hüquq əsasında həll edilməsi region üçün də böyük fayda olardı.
Bu gün biz digər sahələrdə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. İqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində gözəl imkanlar vardır. Energetika sahəsində əməkdaşlıq uğurludur və bu gün imzalanan “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi sazişi bu əməkdaşlığı daha da gücləndirəcəkdir. Neft-qaz sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar vardır. Eyni zamanda, hərbi sahədə əməkdaşlığın dərinləşməsi üçün biz əlavə yollar axtaracağıq. Bu gün, eyni zamanda, yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları sahəsində mümkün olan əməkdaşlıq haqqında da fikirlərimiz birmənalıdır və üst-üstə düşür.
Əlbəttə, humanitar və mədəniyyət sahəsində əməkdaşlıq xüsusi məna daşıyır. Bizim tariximiz, mədəniyyətimiz, tarixi irsimiz xalqlarımız üçün çox qiymətlidir, dəyərlidir. Xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar. Bizim xalqlarımızı dərin tarixi və mədəni köklər bağlayır. İran-Azərbaycan əlaqələri bu gün bu möhkəm zəmin üzərində qurulur. Əminəm ki, biz qarşımıza qoyduğumuz bütün məqsədlərə çatacağıq və birgə səylərlə İran-Azərbaycan əlaqələrini daha da yüksək pilləyə qaldıracağıq.
Diqqətinizə görə çox sağ olun”.
* * *
İran Prezidenti Həsən Ruhaninin bəyanatı: “Mehriban və bağışlayan Allahın adı ilə.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə və Onun rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfərinə görə minnətdarlığımı bildirirəm.
Mənim cənab Prezidentlə ilk görüşüm Davos Forumu çərçivəsində olmuşdur. Həmin görüş çərçivəsində biz münasibətlərimizin gələcəyi üçün çox mühüm qərarlar qəbul etdik. Bu gün keçirdiyimiz həm geniş tərkibdə, həm də təkbətək görüşlərdə ölkələrimizin münasibətləri ilə əlaqədar bütün sahələri əhatə edən hərtərəfli müzakirələr apardıq. Bu gün əziz İran xalqına bəyan etmək istəyirəm ki, bizim dost ölkələrimiz arasında əlaqələrin bütün səviyyədə inkişaf etməsi üçün heç bir maneə yoxdur. Azərbaycan Respublikası və İran İslam Respublikası iki yaxın qonşu, dost, qardaş və həmməzhəb ölkələrdir. Ölkələrimiz arasındakı səmimi münasibətlər xalqlarımızın xeyrinədir. Həmçinin, ölkələrimiz arasındakı bu münasibətlər regionda sülhün, əmin-amanlığın və təhlükəsizliyin xeyrinədir.
Biz iki ölkə arasında neft, neft-kimya, elektroenergetika, su və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün eyni fikirdəyik. Bu gün imzalanmış sənədlərdən əlavə, bugünkü görüşümüz və apardığımız danışıqlar nəticəsində biz gələcəkdə əlaqələrimizin daha da dərinləşməsi və hərtərəfli inkişafı üçün geniş müstəvi yaratdıq. Biz iki ölkə xalqlarının mədəni əlaqələrinin inkişaf etdirilməsi üçün belə razılığa gəldik ki, xalqlarımızın əlaqələrinin daha da yaxşılaşdırılması üçün lazımlı, gərəkli addımlar atılsın. O cümlədən bizim İslama və məzhəbə baxışlarımız eynidir. Hər ikimiz İslam dinindən radikal hərəkətlərdə vasitə kimi istifadə olunmasına mənfi yanaşırıq. Bizim regionumuzda sabitliyin qorunması üçün mötədillik və terrorizmlə mübarizədən başqa bir yolumuz yoxdur. Həmçinin, biz ölkələrimiz arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan danışıqlar və bu sahədə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Hər iki tərəf bu qənaətdədir ki, bu məsələdə yekun qərarın qəbul olunması üçün bizi uzaq yol gözləmir.
Biz beynəlxalq platformada əməkdaşlıqla bağlı oxşar fikirdəyik. Azərbaycan Respublikasının möhtərəm Prezidenti danışıqlarda İran İslam Respublikasının sülhməramlı nüvə texnologiyasından istifadə hüququnu dəstəklədiyini bəyan etdi. Biz onun tərəfindəyik ki, regiondakı bütün münaqişələr, o cümlədən Qarabağ münaqişəsi beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində öz həllini tapsın. Bizim mövqeyimiz belədir ki, regiondakı coğrafi sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Biz gərək bütün səylərimizi birləşdirək ki, belə oxşar məsələlər danışıqlar və sülh yolu ilə həll olunsun.
Mən cənab Prezidentin məni Azərbaycan Respublikasına dəvətini çox böyük məmnuniyyətlə qəbul edirəm. Əminəm ki, yaxın münasib vaxtlarda dost və qardaş Azərbaycan Respublikasını ziyarət edəcəyəm.
Həm İran xalqına, həm də Azərbaycan xalqına inkişaf, səadət və tərəqqi arzulayıram.
Sağ olun”.
* * *
Aprelin 9-da İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.
* * *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi ilə görüşüb.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycan və İran prezidentlərinin apardığı müzakirələrin hökumətlərarası komissiyanın işinə töhfə verəcəyi vurğulanıb. Səfər zamanı aparılan müzakirələrin əlaqələrimizin daha da genişlənməsində mühüm rol oynayacağı bildirilib.
* * *
Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub.
Seyid Əli Xamenei xalqımızın Ümummilli lideri Heydər Əliyev ilə görüşlərini və bu görüşlər zamanı səmimi söhbətləri məmnunluqla xatırlayıb. O, Azərbaycan Prezidentinin səfərinin ölkələrimiz arasındakı əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini vurğulayıb. Seyid Əli Xamenei əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib, xalqlarımız, dövlətlərimiz arasındakı yaxınlığın və ümumi köklərin münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini qeyd edib. İranın Ali Rəhbəri ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin tərəfdarı olduğunu bildirib. Seyid Əli Xamenei Azərbaycan Prezidentinin böyük təcrübəyə malik olduğunu vurğulayıb və Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında tarixi, mədəni, dini köklərin əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib. Dövlətimizin başçısı Azərbaycan ilə İranın beynəlxalq səviyyədə bir-birini dəstəklədiklərini vurğulayıb, iqtisadi əlaqələrimizin genişləndirilməsi işində yaradılmış müştərək komissiyanın mühüm rol oynayacağını diqqətə çatdırıb. Azərbaycan Prezidenti ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bundan sonra da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı Ermənistanın təcavüzü nəticəsində meydana gəlmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinin vacib olduğunu bildirib. Prezident İlham Əliyev münasibətlərimizin inkişafı üçün ölkələrimizin siyasi iradəyə malik olduğunu vurğulayaraq əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini söyləyib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri aprelin 9-da başa çatıb.
Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola salıblar.
Xəbər lenti
Hamısına baxHadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51

