Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin xüsusi müşavirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin xüsusi müşavirini qəbul edib

30.04.2014 [09:23]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri Takeo Hiratanı qəbul edib.
Yaponiya Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri Takeo Hirata Azərbaycana ötən səfərlərini və xalqımızın Ümummilli lideri Heydər Əliyev ilə görüşünü böyük ehtiramla xatırlayıb. O, ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.
Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 954 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31