Monteneqronun Baş naziri Milo Cukanoviç Azərbaycana rəsmi səfər edib
19.09.2014 [09:54]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Əvvəlcə Prezident İlham Əliyevin Baş nazir Milo Cukanoviçlə təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, infrastruktur, bank sektoru, turizm, təhsil və digər sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb.
Sonra görüş geniş tərkibdə davam etdirilib.
Dövlətimizin başçısı Azərbaycan ilə Monteneqro arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələri əhatə etməsindən və dinamik inkişafından məmnunluğunu ifadə edib. Əməkdaşlığımızın genişləndirilməsi məsələsinə toxunan Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu vurğulayıb. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlətimizin başçısı Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Baş nazir Milo Cukanoviç Azərbaycan Prezidentinin Monteneqroya olan dostluq münasibətinə görə minnətdarlığını bildirib. Ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Baş nazir bu inkişafın onda dərin təəssürat yaratdığını deyib və əldə olunan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib. Milo Cukanoviç öz növbəsində Azərbaycan ilə Moneneqro arasında ikitərəfli münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayıb.
* * *
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Monteneqronun Baş naziri Milo Cukanoviç sentyabrın 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
* * *
Monteneqronun Baş naziri Milo Cukanoviç sentyabrın 18-də Şəhidlər xiyabanında olub.
Baş nazir Milo Cukanoviç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
Hörmətli qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Monteneqronun Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
* * *
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə sentyabrın 18-də ölkəmizdə rəsmi səfərdə olan Monteneqronun Baş naziri Milo Cukanoviç ilə görüşüb.
Əvvəlcə Azərbaycanın və Monteneqro Baş nazirlərinin təkbətək görüşü olub.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Monteneqrolu həmkarını və nümayəndə heyətinin üzvlərini salamlayan Baş nazir Artur Rasizadə ölkələrimiz arasında əməkdaşlığın sürətlə inkişaf etdiyini deyib. Bildirilib ki, Azərbaycan və Monteneqro arasında siyasi sahədə əlaqələr yüksək səviyyədədir. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafında önəmli rol oynadığını deyən Baş nazir A.Rasizadə Azərbaycanın Monteneqro ilə münasibətləri yüksək qiymətləndirdiyini bildirib.
Artur Rasizadə ölkələrimiz arasında iqtisadi münasibətlərin də sürətlə inkişaf etdiyini diqqətə çatdırıb, Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətindən məmnunluğunu ifadə edib. Bildirilib ki, hər iki ölkənin iştirakı ilə irimiqyaslı layihələr icra olunur. Qarşıda duran əsas məsələ bu layihələrin uğurla həyata keçirilməsidir.
Baz nazir Artur Rasizadə humanitar və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir A.Rasizadə bildirib ki, erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində ölkəmizin 20 faiz torpağı işğala məruz qalıb. Təəssüflər olsun ki, 20 ildən çoxdur davam edən münaqişə hələ də öz həllini tapmayıb.
Baş nazir Milo Cukanoviç Azərbaycan ilə Monteneqro arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərinin olduğunu deyib. Milo Cukanoviç ölkələrimiz arasında son illərdə münasibətlərin sürətli inkişafının məmnunluq doğurduğunu qeyd edib, əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi bazanın olduğunu vurğulayıb.
Baş nazir M.Cukanoviç ölkələrimiz arasında yalnız siyasi münasibətlərin deyil, iqtisadi əlaqələrin də sürətlə inkişafının sevindirici hal olduğunu diqqətə çatdırıb. “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində “Cənub” Qaz dəhlizinin təməlinin qoyulmasının əhəmiyyətinə toxunan qonaq ölkəsinin bu layihədə iştirakının sevindirici hal olduğunu deyib. Monteneqronun Baş naziri, həmçinin Azərbaycanı bu cür önəmli enerji layihələrini həyata keçirməsi münasibətilə də təbrik edib.
Baş nazir M.Cukanoviç Azərbaycan hökumətinə ölkəsinə verdiyi hərtərəfli köməyə və göstərdiyi dostluq münasibətinə görə minnətdarlığını bildirib.
Sonda Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Monteneqro Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənədi Azərbaycan tərəfdən təhsil naziri Mikayıl Cabbarov, Monteneqro tərəfdən isə iqtisadiyyat naziri Vladimir Kavariç imzalayıblar.
* * *
Monteneqronun Baş naziri Milo Cukanoviç sentyabrın 18-də Heydər Əliyev Mərkəzində olub.
Baş nazir Milo Cukanoviçə Mərkəz haqqında məlumat verilib. Bildirilib ki, dünya memarlığının nadir incilərindən sayılan və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəzdə rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Monteneqronun Baş nazirində böyük maraq doğurub. Məlumat verilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilən Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Muzeydə 1969-cu ildən 2003-cü ilədək Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillər Baş nazir Milo Cukanoviçin marağına səbəb olub.
Monteneqronun Baş naziri Mərkəzdə “Azərbaycan inciləri” sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. “Mini Azərbaycan” sərgisi isə Bakıdakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Baş nazir Milo Cukanoviç Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32

