Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı kinorejissor Nikita Mixalkovu qəbul edib
02.04.2015 [09:38]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.
Nikita Mixalkov Azərbaycana səfərindən dərin məmnunluq hissi keçirdiyini bildirib. Bakıda misli görünməmiş inkişafın şahidi olduğunu vurğulayan kinorejissor filmlərindən birinin epizodunun Bakıda çəkildiyini məmnunluqla xatırlayıb. Ölkəmizdə gedən böyük inkişaf proseslərinə toxunan Nikita Mixalkov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə göstərdiyi müstəsna xidmətlərin önəmini vurğulayaraq Ulu öndərin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyin qurulması və möhkəmləndirilməsindəki rolunu xüsusi qeyd edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən, humanitar sahədə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovun Azərbaycana səfərinin ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyini bildirib. Dövlətimizin başçısı ölkəmizdə mədəniyyətin, o cümlədən, kinematoqrafiyanın inkişafına dövlət səviyyəsində qayğı göstərildiyini, Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunması istiqamətində ardıcıl işlər aparıldığını da qeyd edib.
Görüşdə ölkələrimiz arasında mədəniyyət, o cümlədən, kinematoqrafiya sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Nikita Mixalkov Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58

