Azərbaycanda gedən inkişaf ölkədə həyata keçirilən uğurlu siyasətin parlaq nəticəsidir
22.05.2009 [10:01]
Prezident Mixeil Saakaşvili əvvəlcə parlamentin iclas zalı ilə tanış olub, deputatlar üçün yaradılmış iş şəraitini yüksək qiymətləndirib.
Ali qonaq parlament binasındakı Heydər Əliyev Xatirə zalına da baxıb. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, parlamentə sədrliyi dövründə qəbul olunmuş mühüm sənədlər Gürcüstanın dövlət başçısında maraq doğurub. Milli Məclisin sədri Oqtay Əsədov qonağa məlumat verib ki, Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkələrin qanunverici orqanları ilə əlaqələrin qurulmasında ulu öndərin xidmətləri böyükdür. Prezident Mixeil Saakaşvili xatirə kitabına ürək sözlərini yazıb. Sonra Gürcüstan dövlətinin başçısı Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşüb. Oqtay Əsədov deyib ki, Azərbaycan ilə Gürcüstan arasında qədim dostluq əlaqələri daim inkişaf edir və möhkəmlənir. Müstəqilliyimizi bərpa etdikdən sonra münasibətlərimizin yeni mərhələsi başlanıb. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər əməkdaşlığa yaxşı töhfə verib. Bunun nəticəsidir ki, bu gün Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar. Bölgədə həyata keçirilən regional layihələrin hər iki xalqın rifahının yaxşılaşmasına xidmət etdiyini vurğulayan Milli Məclisin sədri Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də reallaşmaqda olan Bakı-Axalkalaki-Qars dəmir yolunun rolunu və əhəmiyyətini xüsusi qeyd edib. O.Əsədov parlamentlərarası əməkdaşlıqdan da danışıb və qanunverici orqanlar arasında əlaqələrin inkişafında dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. Bildirilib ki, həm bu səfər, həm də nəzərdə tutulmuş digər səfərlər münasibətlərimizi daha da möhkəmləndirəcək.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili deyib ki, Azərbaycan ilə Gürcüstan arasında möhkəm təməl üzərində qurulmuş dostluq və qardaşlıq münasibətləri var. Gürcüstanın çətin günlərində Azərbaycan öz dost köməyini əsirgəməyib. Qonşu ölkənin dövlət başçısı Azərbaycanın qazandığı uğurlardan danışaraq, dost və qardaş gürcü xalqının bu nailiyyətə sevindiyini bildirib.
Paytaxt Bakını dünyanın möhtəşəm şəhərləri ilə müqayisə edən Mixeil Saakaşvili deyib ki, bütün bu inkişaf ölkədə həyata keçirilən düzgün, uğurlu siyasətin nəticəsidir. O, iki dövlət arasındakı əməkdaşlığın inkişafı üçün yaxşı potensial olduğunu vurğulayıb və Azərbaycan parlamentinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23

