Azərbaycan ordusu istənilən vəzifəni uğurla icra edə bilər
25.07.2009 [11:20]
Müharibə şəraitində yaşayan Azərbaycan dövləti hər zaman öz ordusunun qüdrətini artırmaq üçün lazımi tədbirləri görür. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü uzun illərdir davam edir və ölkəmizin torpaqları bu dövlət tərəfindən işğal olunub. İşğal faktı artıq 15 ildir ki, davam edir. 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsi ermənilər tərəfindən davamlı olaraq pozulur.
Azərbaycan isə hər zaman münaqişənin sülh yolu ilə tənzimlənməsinə tərəfdar olduğunu nümayiş etdirib. Problemin tənzimlənməsi istiqamətində aparılan istər ikitərəfli, istərsə də çoxtərəfli danışıqlar prosesində Azərbaycan münaqişənin yalnız öz ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirib. Qeyri-konstruktiv mövqeyi ilə hər zaman danışıqlar prosesinə maneçilik törədən erməni tərəfi isə müəyyən manevrlərlə danışığın uzanmasını istəyir. Amma Azərbaycan öz torpaqlarını istənilən yolla işğaldan azad etməyə hazırdır. ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bunu deməyə əsas verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan geniş iclasında bu məsələ bir daha vurğulanıb. ölkə başçısı ordu quruculuğu məsələsinin daim dövlətin diqqətində olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycan ordusunun qarşıda duran istənilən vəzifəni uğurla icra edə biləcəyinə qətiyyətlə inandığını deyib: “Ordu quruculuğu məsələlərinə ənənəvi olaraq diqqətimizi əsirgəmirik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda, ilk növbədə, bu məsələlərə ən böyük diqqət göstərilməlidir. Keçən ay ordu günü ərəfəsində keçirilmiş genişmiqyaslı hərbi təlimlər bir daha bizim gücümüzü göstərdi. Keçən il biz hərbi parad keçirməklə öz hərbi texnikamızı nümayiş etdirdik, bu il öz döyüş qabiliyyətimizi nümayiş etdirdik. Mən çox şadam ki, bu gün Azərbaycan ordusunun vəziyyəti elədir ki, qarşıda duran istənilən vəzifəni uğurla icra edə bilər. Bizim bütün səylərimiz bir məqsədə xidmət edir - Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, işğalçı qüvvələr ölkəmizin zəbt edilmiş torpaqlarından çıxarılsın”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Prezident İlham Əliyev Azərbaycanın mövqeyinin birmənalı olduğunu söyləyib: “Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar davam edir, danışıqlarda bizim mövqeyimiz birmənalıdır, dəyişməzdir. Bizim mövqeyimiz bütün beynəlxalq normalara əsaslanır və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr və qərarlar əsasında qurulubdur və məsələ bu hüquqi müstəvidə öz həllini tapa bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, zəbt olunmuş bütün torpaqlar işğalçılardan azad edilməlidir. Dağlıq Qarabağdakı insanlar və oraya qayıdacaq azərbaycanlılar muxtariyyət şəraitində yaşamalıdırlar. Budur bizim prinsipial mövqeyimiz və bir daha demək istəyirəm ki, bu mövqe beynəlxalq hüquq normalarına əsaslanır. ümid edirəm ki, əgər Ermənistan tərəfi real vəziyyəti nəzərə alsa və Azərbaycanın artan imkanlarını - həm hərbi, həm iqtisadi, həm siyasi, həm də diplomatik uğurlarını - təhlil edərək nəzərə alsa, məsələ tezliklə öz həllini tapa bilər. Biz, əlbəttə, çox istəyirik və çalışırıq ki, nə qədər mümkünsə, məsələ tez öz həllini tapsın ki, bizim vətəndaşlarımız öz doğma torpaqlarına qayıda bilsinlər. Ancaq bu razılaşma birinci növbədə ədalətli olmalıdır, ikinci növbədə, beynəlxalq normalara əsaslanmalıdır və Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilməlidir. Hesab edirəm ki, danışıqlar masasında mövcud olan təkliflər bu məsələni dediyim şəkildə həll edə bilər”.
Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün hərbi istiqamətlə yanaşı, diplomatik müstəvidə də öz işini davam etdirməkdədir. Artıq bir neçə ildir ki, dünyanın aparıcı beynəlxalq təşkilatları, böyük dövlətləri münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirir, bu məsələ ilə əlaqədar qətnamələr qəbul edir. Bu isə ölkə başçısı İlham Əliyevin apardığı xarici siyasətin uğurudur. Prezident bundan sonra da analoji fəaliyyətin davam etdiriləcəyini bildirib: “Biz səmərəli işimizi davam etdirməliyik. Azərbaycan həm iqtisadi sahədə, həm də beynəlxalq müstəvidə öz mövqelərini möhkəmləndirməlidir. Biz artıq uzun illərdir ki, dünyada etibarlı tərəfdaş kimi qəbul edilirik, beynəlxalq təşkilatlarla əməkdaşlığımız uğurludur və qarşılıqlı maraqlar üzərində qurulubdur. Biz bütün ölkələrlə münasibətlərimizi qarşılıqlı maraqlar, qarşılıqlı hörmət, bir-birimizin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qururuq və əminəm ki, bu, beynəlxalq əlaqələrdə yeganə mümkün olan prinsipdir. Azərbaycanın gələcək inkişaf perspektivləri çox müsbətdir. Bir daha demək istəyirəm ki, biz öz işimizi sistemli, planlı şəkildə aparırıq və belə olan halda, əlbəttə ki, istənilən məsələ öz həllini tapa bilər”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58

