Prezident İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətini qəbul edib
30.03.2018 [10:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Memarlar İttifaqının prezidenti Bakıda gördükləri inkişaf və gözəlliyin onlarda dərin təəssürat hissi yaratdığını deyib və ilk növbədə, paytaxtımızın arxitekturasını uğurla himayə etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını və təbriklərini çatdırıb. Tomas Vonier bildirib ki, səfərin əsas məqsədi Beynəlxalq Memarlar İttifaqının Bakıda keçirilən büro iclasında iştirak etməkdir. O deyib ki, Beynəlxalq Memarlar İttifaqının bu tədbirin Bakıda təşkili ilə bağlı 134 üzv ölkə içərisindən Azərbaycanı seçməsi rəhbərlik etdiyi qurumun ölkəmizə verdiyi böyük önəmin göstəricisidir.
“Bakı çox gözəl şəhərdir”, - deyən Tomas Vonier həmkarlarının ilk dəfə burada olduqlarını və gördüklərindən heyran qaldıqlarını vurğulayıb. Bakı Bulvarının, şəhərdəki işıqlandırmanın xüsusi gözəlliyə malik olduğunu qeyd edən qonaq bütün bu inkişaf proseslərinin təcrübə mübadiləsi baxımından böyük maraq doğurduğunu deyib.
Dövlətimizin başçısı Bakının xeyli sayda tarixi abidələrə malik qədim bir şəhər olduğunu qeyd edərək bütün bunların milli sərvətimizin bir hissəsini təşkil etdiyini vurğulayıb. Prezident İlham Əliyev bu baxımdan, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin böyük memarlıq dəyərinə malik olduğunu bildirərək deyib ki, əsas məqsəd bu tarixi irsi qorumaqla bərabər, yeni inşa edilən müasir binaların şəhərin tarixi hissəsi ilə həmahəngliyini təmin etməkdən ibarət idi. Bu məqsədə demək olar ki, nail olduğumuzu qeyd edən Prezident İlham Əliyev, eyni zamanda, şəhər əhalisinin daha yaxşı həyat şəraitinin və istirahətinin təmin edilməsinin də əhəmiyyətini vurğulayıb, Bakıda ictimai zonaların yaradılması ilə bağlı böyük işlərin görüldüyünü deyib. Bakı Bulvarının inkişafına toxunan Prezident İlham Əliyev bu tarixi arxitektura nümunəsinin 100 il bundan öncə inşa edildiyi zaman uzunluğunun 3,5 kilometr olduğunu bildirərək hazırda bulvarın uzunluğunun 16 kilometrə çatdığını, əhalinin və qonaqların ən sevimli istirahət yerlərindən birinə çevrildiyini məmnunluqla vurğulayıb.
Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətinin ölkəmizə səfərinin önəmini qeyd edən Prezident İlham Əliyev qonaqların şəhərimizin inkişafı ilə bağlı rəylərinin öyrənilməsi, eyni zamanda, onların ölkəmizlə daha yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını bildirib.
Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonier Azərbaycan Prezidentinin birbaşa himayəsi altında Bakıda həyata keçirilən inkişaf proseslərinin bir nümunə olduğunu qeyd edib. Quruma üzv ölkələrdən olan memarların Bakıya səfəri zamanı çox şey öyrənə biləcəklərinə ümid etdiyini deyən Tomas Vonier paytaxtımızın bu baxımdan uğurlu məkan olduğunu bildirib. Bakının tarixi irsin müasirliklə uzlaşdırılmasının gözəl nümunəsi olduğunu deyən qonaq vurğulayıb ki, əfsuslar ki, bu cür gözəlliklərə malik olan şəhər haqqında dünyada bir o qədər də geniş məlumat yoxdur. Tomas Vonier rəhbərlik etdiyi qurumun “Əhəmiyyətli memarlıq və mədəni irsə malik şəhərlərdə turizmin təsiri” adlı beynəlxalq forumunun 2019-cu ildə Bakıda keçirilməsinin bu baxımdan əhəmiyyətli olacağını qeyd edib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

