Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Münxendə görüşüblər

Prezident İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Münxendə görüşüblər

24.11.2009 [11:44]

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 22-də Fransanın Münxendəki baş konsulunun iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın görüşü olub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakovun (Rusiya), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin iştirak etdikləri görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
*  *  *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərini başa çatdıraraq, dünən Bakıya qayıdıb. Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında  Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.

Paylaş:
Baxılıb: 1141 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30