/ / Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
24.07.2019 [09:40]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Muriel Peneveyre fəxri qarovul dəstəsinin qarşısından keçib.
Muriel Peneveyre etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev Azərbaycanla İsveçrə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və fəal dialoqun aparıldığını qeyd edib. Dövlətimizin başçısı İsveçrə Prezidenti ilə bu ilin yanvarında keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev İsveçrə Prezidentlərinin Azərbaycana səfərlərinin, Davos Forumu çərçivəsində yüksək səviyyəli mütəmadi görüşlərin əlaqələrimizin möhkəmləndirilməsinin yaxşı nümunəsi olduğunu deyib. Dövlətimizin başçısı iqtisadi əməkdaşlıq, qarşılıqlı investisiya qoyuluşu sahələrində əlaqələrin dinamik inkişaf etdiyini bildirib, İsveçrənin çoxlu sayda şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, mühüm layihələrin icrasında iştirak etdiklərini qeyd edib.
Azərbaycanda səfir təyin olunmasından şərəf duyduğunu bildirən Muriel Peneveyre səfirlik fəaliyyəti dövründə əlaqələrin genişləndirilməsi, o cümlədən ölkəmizin regionlarının daha yaxşı tanınması istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. O, bu yaxınlarda Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etdiyini məmnunluqla qeyd edərək Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Xəbər lenti
Hamısına baxElm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54

