Azərbaycanla Estoniya arasında güclü əməkdaşlıq potensialı mövcuddur
10.04.2010 [13:19]
Azərbaycanla Estoniya arasında siyasi-iqtisadi əlaqələr son illərdə daha dinamik xarakter almağa başlayıb. ötən illər ərzində tərəflər arasında sıx diplomatik münasibətlər qurulub, hökumətlərarası komissiyalar çərçivəsində qarşılıqlı iqtisadi əlaqələrə təkan verən layihələrin həyata keçirilməsi üçün addımlar atılıb. Estoniya prezidenti Toomas Hendrik İlvesin ötən il respublikamıza səfəri münasibətlərdəki dinamizmin intensivləşməsinə səbəb olub. Prezident İlham Əliyevin Estoniyaya rəsmi səfəri zamanı həmkarı Toomas Hendrik İlveslə keçirdiyi səmərəli görüşlər isə ölkələr arasında qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə əlverişli zəmin yaradıb.
Xatırladaq ki, bu, Azərbaycan Prezidentinin Estoniyaya ilk səfəri olub və dövlət başçımızın keçirdiyi səmərəli görüşlər, həmçinin, imzalanan sənədlər Baltik regionunun ən inkişaf etmiş ölkələrindən biri ilə siyasi-iqtisadi əlaqələrin dinamizmində yeni səhifə açmış olacaq. Siyasi, iqtisadi, sosial, humanitar, elmi, mədəni sahədə münasibətlərin ən yüksək mərhələyə qədəm qoymasına baza yaradacaq. Eyni zamanda, Prezident İlham Əliyevlə Toomas Hendrik İlvesin imzaladığı birgə Bəyannamə strateji tərəfdaşlığın bütün komponentlərini özündə əks etdirir. ümumiyyətlə, tərəflər müəyyən etdikləri hədəflərə nail olmaq üçün möhkəm iradəyə malikdirlər.
Dövlət başçılarının apardığı geniş müzakirələr zamanı hər iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi üçün yaxşı potensialın mövcudluğu bəyan olunub. Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər. Azərbaycanla Estoniya bir-biri ilə rəqabət aparan deyil, bir-birini tamamlayan ölkələrdir. Hər iki ölkə qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni yolları müzakirə ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, hər iki ölkə arasında münasibətlərin dinamikası və görüşlərin davamlı olması qarşılıqlı marağın bariz nümunəsidir.
Dünyanın enerji təminatında Azərbaycanın mövqeyinin möhkəmlənməsi Estoniya hökumətini daha dərin təməllərə əsaslanan əməkdaşlığa vadar edir. Estoniya özünün gələcək enerji təhlükəsizliyini Azərbaycanın timsalında görür və ölkəmizi ən yaxın strateji tərəfdaşı kimi qiymətləndirir. Baltikyanı ölkələri əhatə edən Odessa-Brodı-Qdansk marşrutunun reallaşmasına maraq göstərən əsas dövlətlərdən biri də məhz Estoniyadır. İndiyədək keçirilən beynəlxalq enerji sammitlərində hökumət başçısı səviyyəsində təmsil olunan rəsmi Tallin Azərbaycanın zəngin iqtisadi resurslarından faydalanmaq niyyətindədir. Onu da qeyd edək ki, səfər zamanı keçirilən görüşlərdə regional əməkdaşlığın dərinləşdirilməsi Azərbaycan və Estoniyanın dövlət başçılarının apardığı faydalı müzakirələr sırasında əsas yer tutub və hər iki tərəf enerji əməkdaşlığının genişləndirilməsi üçün qarşılıqlı anlaşma əldə etdiklərini bildiriblər. Bu isə Xəzər-Qara-Baltik dənizi enerji dəhlizinin gerçəkləşməsinə əlverişli zəmin yaratmış olur.
Azərbaycanın dövlət başçısı tərəflərin birgə iqtisadi layihələrdə iştirakının gücləndirilməsinin vacibliyini də diqqətə çatdırıb. Qeyd edək ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi onların mövcud iqtisadi potensialını əks etdirmir və bu sahədə təmasların gücləndirilməsi zəruri sayılır. Cənab İlham Əliyev bəyan edib ki, siyasi liderlərin inkişaf etdirdiyi yolu hər iki ölkənin biznes dairələri davam etdirəcəklər və bu, güclü iqtisadi əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək. İqtisadi sahədə əməkdaşlığın əsas istiqamətləri neft-qaz, energetika, maşınqayırma, kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi, məişət mallarının birgə istehsalı və digər bölmələri əhatə edir.
Rəsmi Tallin Azərbaycanın qeyri-neft sektorunun aparıcı sahəsi olan informasiya texnologiyaları sektorunun inkişafına dəstək göstərmək niyyətindədir. Estoniya İKT sahəsində yüksək inkişaf yolu keçib və NATO-nun ən yüksək kompüter standartları mərkəzinə çevrilən dövlətlərindən biridir. NATO-nun Kompüter Mərkəzi hazırda Estoniyada yerləşir. İnformasiya texnologiyaları bu ölkənin iqtisadiyyatının əsas təməllərindən biri sayılır. ölkənin milli gəlirinin böyük bir hissəsi məhz İKT məhsullarının satış dövriyyəsindən formalaşır. Bu gün Estoniyada vergi, polis, seçki məsələlərinin iş sistemi bütünlüklə kompüterləşdirilib. Estoniya vətəndaşları şəxsiyyət vəsiqələrində yerləşdirilmiş məlumat kartı vasitəsilə səs vermək, vergi ödənişlərini yerinə yetirmək, səhiyyə xidmətlərindən istifadə etmək və digər imkanlara malikdirlər. Bu sistem dünyada ən qabaqcıl texnologiya hesab olunur.
Azərbaycanda yüksək sürətli informasiya magistralının yaradılması və onun dünya informasiya magistralına birləşdirilməsi ilə bağlı planlar da Estoniya hökumətinin diqqət mərkəzindədir. Onu da qeyd edək ki, Prezident İlham Əliyev Estoniyaya səfəri zamanı “Microlink” şirkətindəki informasiya-kommunikasiya texnologiyaları Sərgi Mərkəzində olub və bu ölkənin İKT sahəsində fəaliyyət göstərən şirkətlərinin rəhbərləri ilə görüşüb. İKT-nin müxtəlif sahələrinə aid ən müasir tələblərə cavab verən innovasiya layihələri ilə tanış olan dövlətmizin başçısı bu sahədə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin vacibliyinə toxunub.
Azərbaycan və Estoniya ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, beynəlxalq təşkilatlar, xüsusilə də Avropa İttifaqı çərçivəsində münasibətlərin dinamik inkişafı üçün qarşılıqlı səyləri artırmaq niyyətindədir. Estoniya respublikamızı Dünya Ticarət Təşkilatına üzv olmasında dəstəkləyəcəyini bəyan edib və bunun üçün müvafiq addımlar atacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

