Regionun təhlükəsizlik və sabitlik dəhlizi...
14.07.2010 [08:13]
4 il əvvəl müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan neft strategiyasının həyata keçirilməsində ən təntənəli, dünya əhəmiyyətli hadisələrdən biri baş verdi. Belə ki, 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi və Avrasiya regionunda yeni enerji siyasətinin əsası qoyuldu.
Azərbaycanın Xəzər dənizindəki sektorundan çıxarılan neftin Gürcüstan və Türkiyə vasitəsilə dünya bazarlarına nəqlini nəzərdə tutan bu layihə heç də asanlıqla başa gəlməyib. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi və istifadəyə verilməsi böyük zəhmət hesabına reallaşıb. Azərbaycanın yeni enerji strategiyasının başlıca komponenti olan BTC-nin gerçəyə çevrilməsi ümummilli lider Heydər Əliyevin əzmkarlığı nəticəsində mümkün olub. Ulu öndər respublikamızın neft-qaz və digər enerji resursları ilə təmin olunmasını, bu ehtiyatların dünya bazarlarına nəqli yolu ilə ölkəmizin iqtisadi və siyasi təhlükəsizliyinin möhkəmlənməsini, eləcə də Azərbaycanın regionda mövqeyinin güclənməsini başlıca strateji istiqamətlərdən hesab edirdi. Onun hazırladığı enerji konsepsiyası respublikamızda bütün iqtisadi sahələrin inkişafı üçün əhəmiyyətli zəmin yaratdı, eyni zamanda, əhalinin infrastruktur və kommunal xidmət növləri ilə təminatında həlledici rol oynadı.
Təbii ki, respublikamızın dünya iqtisadiyyatına inteqrasiya olunması, ən nəhəng şirkətlərlə sıx təmasların yaradılması və dünyanın aparıcı dövlətləri ilə tərəfdaşlıq münasibətlərinin qurulması heç də asan başa gəlməyib və bir daha qeyd edək ki, bütün bunlar məhz Ulu öndər Heydər Əliyevin gərgin işi və qətiyyəti sayəsində mümkün oldu. Hər kəsə məlum olduğu kimi, AXC-Müsavat hakimiyyətinin ölkəmizə qarşı yaratdığı inamsızlıq sindromu əcnəbi iş adamlarında Azərbaycanın qeyri-sabit və iş fəaliyyəti üçün əlverişsiz respublika təsəvvürü formalaşdırmışdı. Xarici şirkətlər risk edərək ölkəmizdə layihə həyata keçirmək istəmirdi. Neft şirkətlərində yaranmış bu cür psixoloji baryeri dağıtmaq, Azərbaycanda əlverişli investisiya mühitinin yaradılmasını sübut etmək, yatırılan bütün sərmayələrin qorunmasına təminat vermək asan iş deyildi. Amma bunu Heydər Əliyev kimi dahi şəxsiyyət, unikal idarəetmə qabiliyyətinə malik dövlət xadimi bacardı. ümummilli lider dünyanın ən nəhəng neft və qaz kompaniyalarını inandırdı ki, Azərbaycana sərmayə qoymaqla ən yaxın zamanda bütün investorlar böyük fayda əldə edə biləcəklər. Ulu öndər Heydər Əliyevə olan inam xarici sərmayəçilər üçün ən etibarlı təminat idi.
Respublikamızın müstəqilliyinin əsaslarının möhkəmlənməsində strateji əhəmiyyət daşıyan və Azərbaycanın regionda söz sahibinə çevrilməsinə səbəb olan “Əsrin müqaviləsi”nin imzalanması məhz Heydər Əliyevin siyasi qətiyyətinin nəticəsi idi. Ulu öndər deyirdi: “Bu xəyal deyil, əfsanə deyil, üç dəniz - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi birləşəcəkdir”.
“Əsrin müqaviləsi”nin məntiqi davamı olan Şərq-Qərb enerji dəhlizinin yaradılması, yəni, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi də həmin dövrdə ölkəmizin milli enerji konsepsiyasının başlıca hədəfi idi. Neft müqavilələrinin imzalanması hələ hər şey demək deyildi, neftin dünya bazarına nəqli üçün boru kəmərinin çəkilməsini qətiləşdirmək vacib idi. Bu da çox ağır zəhmətlər hesabına meydana gəldi. çünki Ulu öndərin təklif etdiyi Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişinə həmin dövrdə mane olaraq ixrac marşrutunun reallaşmasını istəməyənlər var idi. Amma ümummilli liderin qətiyyəti və gərgin fəaliyyəti nəticəsində 1999-cu ilin noyabrında ATƏT-in İstanbul sammiti çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin və ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası sazişin imzalanması bu məsələnin də həllinə nöqtə qoydu və Azərbaycanın region üçün aparıcı dövlətə çevrilməsini şərtləndirmiş oldu.
Ulu öndər BTC-nin açılış mərasimində iştirak edə bilməsə də, Onun siyasi varisi, layiqli davamçısı Prezident İlham Əliyev Şərq-Qərb enerji dəhlizinin istifadəyə verilməsini gerçəkləşdirdi. Cənab Prezident İlham Əliyevin açılış mərasimində qeyd etdiyi kimi, ümummilli lider Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, bütün region dövlətlərinin xoş gələcəyi üçün dərin əsaslar yaratdı: “Bu, strateji əhəmiyyət daşıyan, ölkələrimizin müqəddəratını təmin edən, xoşbəxt gələcəyini təmin edən layihədir. Heydər Əliyev bu layihələrin təşəbbüskarı, onların memarı olmuşdur. Mən bu gün çox təəssüf edirəm ki, o, bu günləri görmədi. Amma inanıram ki, Onun ruhu bu gün bizimlədir. Bizimlə bərabər Onun ruhu bu gün şaddır. Azərbaycan, Gürcüstan və Türkiyənin işbirliyi, qardaşlığı, əməkdaşlığı bundan sonra da möhkəmlənəcək və bizim bölgəyə sülh, sabitlik gətirəcəkdir”.
Dünyanın iqtisadi xəritəsində ən strateji enerji marşrutlarından biri kimi yer alan BTC bütün bölgənin simasının dəyişməsinə, sülh və təhlükəsizlik dəhlizi şəbəkəsinin möhkəmlənməsinə, davamlı inkişafa və dünya dövlətləri arasında sıx inteqrasiyanın dərinləşməsinə əsaslar yaratdı. BTC-nin reallaşması Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və sabitliyin təminatında əhəmiyyətli faktor rolunu oynamaqla yanaşı, bölgənin təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edən siyasi-iqtisadi hadisə oldu. BTC-nin istifadəyə verilməsi Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə yol açmaqla bərabər, yeni enerji dəhlizləri üçün açar rolunu oynadı. BTC Azərbaycana xarici sərmayələrin axınına və investorların ölkəmizə inamının tamamilə möhkəmlənməsinə baza yaratdı.
Dünyada ən rentabelli layihələrdən biri olan BTC-nin nəql gücünün və strateji gücünün artması digər ölkələrin də bu kəmərə qoşulmasına əlverişli zəmin yaratmış oldu. Qazaxıstan hökuməti 2008-ci ilin sonunda öz neftinin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan enerji dəhlizi vasitəsilə dünya bazarlarına nəql edilməsinə qərar verdi. “Tengiz” yatağından çıxarılan neft BTC ilə ixrac olunmağa başladı. Beləliklə, Şərq-Qərb enerji dəhlizinin (BTC) yeni komponenti olan Aktaunun ixrac marşrutuna cəlb edilməsi ilə kəmər Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu adını daşımağa başladı və layihə yeni tarixi mərhələyə keçid aldı.
Qazaxıstanın mövcud qərarı həm də layihənin miqyas baxımından əhatəsinin genişlənməsinə və Azərbaycanın yeni neft strategiyasının mühüm keyfiyyət komponentlərilə və iqtisadi-siyasi çalarlarla zənginləşməsinə səbəb oldu. Təbii ki, BTC-nin nəql imkanlarının artması kəmərin genişləndirilməsi zərurətini də ortaya çıxardı. Xatırladaq ki, hazırda BTC-nin gündəlik ixrac gücü 1 milyon barelə bərabərdir. Buna görə də, kəmərə əlavə neft vurulması kəmərin genişləndirilməsini tələb edir. Buna görə də, layihənin səhmdarları kəmərin əlavə 500-600 min barel nefti qəbul edə bilməsi üçün BTC-nin genişləndirilməsinə başlayıb və bu proses davam edir. Kəmərin genişləndirilməsindən sonra Bakı-Tbilisi-Ceyhan kəmərinin buraxma gücü sutkada 1 milyon bareldən 1,2 milyon barelədək artacaq. Layihənin tərəfdaşları bununla kifayətlənməyib kəmərin buraxma gücünün gündəlik 1,6 milyon barelədək artırılmasına dair yeni proqram da həyata keçirmək niyyətindədir.
Onu da qeyd edək ki, BTC istifadəyə veriləndən indiyədək təxminən 887 milyon bareldən çox (118.8 milyon ton) neft Ceyhan limanından müxtəlif dövlətlərə yola salınıb. Bu, 1100-dən çox tanker deməkdir.
Prezident İlham Əliyev Ulu öndərin müəllifi olduğu enerji layihələrini yeni tərəqqi erasının tələblərinə uyğun inkişaf etdirərək enerji konsepsiyasının əlavə komponentlərlə zənginləşməsinə nail olub. Yeni neft və qaz layihələrinə sanksiya verilməsi və yataqlarda neft hasilatına başlanması Azərbaycanın neft sənayesində yeni mərhələnin başlandığını göstərir. Proqnozlara görə, Azərbaycan 2013-2014-cü illərdə gündəlik 1,2 milyon bareldən çox neft ixrac edəcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

