Azərbaycan güclü sənaye dövlətinə çevrilir
27.07.2010 [11:49]
Azərbaycan iqtisadiyyatının aparıcı və ən perspektivli sahələrindən birinə çevrilən sənaye sektorunda yüksək artım dinamikası müşayiət olunmaqdadır. 2010-cu ilin əvvəllərindən başlayaraq sənayenin bütün bölmələri üzrə məhsul istehsalında artım nəzərə çarpıb. Bu ilin yanvar-iyun aylarında istehsal olunmuş sənaye məhsulunun həcmi 14,2 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artım deməkdir.
Sənaye sektorunda istehsal olunan məhsulun 82 faizindən çoxu özəl bölmənin payına düşüb. Bu isə sənayeləşmənin yeni dövründə özəl biznes nümayəndələrinin daha böyük həcmdə investisiya qoyuluşlarından və yüksək artım meyilləri əldə etməsindən xəbər verir. Bu tendensiya, eyni zamanda, sənayenin ölkə iqtisadiyyatında daha dinamik inkişafa malik perspektiv sahə olduğunu şərtləndirir. Sənaye sektorunun inkişafı, ümumilikdə, respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar kursunun qarşıdakı illərdə davamlı xarakter almasına və ölkəmizin sıçrayışlı inkişafının daha da sürətlənməsinə əhəmiyyətli baza yaradır.
ölkəmizdə güclü sənaye potensialının mövcud olduğunu bildirən Prezident İlham Əliyev yaxın illərdə respublikamızın neft ölkəsi ilə yanaşı, dünya birliyində böyük sənaye dövləti kimi nüfuz qazanacağını diqqətə çatdırıb: “Sənaye potensialının inkişafında müsbət meyillər davam etmişdir. Biz sənaye potensialını iki yerə bölsək görərik ki, neft sektorunda artım 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Yəni bu, gördüyümüz işlərin bariz nümunəsidir. çünki bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bax, bugünkü reallıqları təmin edir. Bizim məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuşdur və biz bu məqsədə çatmışıq. Biz növbəti illərdə bu meyilləri gücləndirməliyik. Elə etməliyik ki, uzun illər, onilliklər bundan sonra Azərbaycan iqtisadiyyatı neft amilindən öz asılılığını maksimum dərəcədə azaltsın”.
Dövlətimizin başçısı Azərbaycanda son illər ərzində sürətlə aparılan sənayeləşmə siyasətinin öz bəhrəsini verdiyini xatırladıb. Nəhəng sənaye komplekslərinin imkanlarının səfərbər edilərək ən son texnologiyalarla təmin olunması sənayeləşmədə keyfiyyət dəyişikliklərinin də yaranmasına səbəb olmaqdadır. İri sənaye müəssisələrinin xammal bazasının daha da gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi nəticəsində ən son texnologiyalara əsaslanan rəqabət qabiliyyətli məhsul istehsalına nail olunmaqdadır. Respublikamızın əsas sənaye zonaları hesab olunan Sumqayıt, Gəncə, Gədəbəy, Naxçıvan, Daşkəsən və digər bölgələrdə həyata keçirilən irimiqyaslı layihələr bu sahədə dinamikliyi artırıb.
2010-cu ildə sənaye bölməsində ən mühüm layihələrin həyata keçirilməsi planlaşdırılır. Belə ki, bu il infrastruktur və investisiya siyasətinin başlıca istiqamətlərindən biri sənaye yönümlü müəssisələrin yaradılmasına dövlət dəstəyinin gücləndirilməsindən ibarətdir. 2010-cu ildə Gəncə və Sumqayıtda sənayeləşmənin yeni mərkəzlərinin yaradılması nəzərdə tutulur. Xüsusilə də, Sumqayıt şəhərinin hərtərəfli inkişaf etdirilməsi, onu müasir sənaye mərkəzi səviyyəsinə çatdırılması əsas prioritetlərdəndir. Bu məqsədlə Sumqayıtda ən azı 10 yeni müasir zavodun tikilməsi planlaşdırılır. “Azərikimya” Dövlət Şirkətinin tərkibində olan sənaye müəssisələrinin yenidən qurulması isə Sumqayıtın geniş sənaye regionuna çevrilməsini sürətləndirəcək. Bundan başqa, Sumqayıtdakı müəssisələrin bazasında sənaye şəhərciyinin yaradılması da tədbirlər planına daxildir.
Azərbaycanın digər sənaye şəhərlərinin inkişafı ilə bağlı hazırlanmış strateji plana uyğun olaraq burada ən mühüm kimya, maşınqayırma, metallurgiya, emal, tikinti, bir sözlə, geniş sənaye kompleksi yaradılacaq. Həmin bölgələrdə güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin yaxın illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışını şərtləndirmiş olur.
Sənaye bölməsi yaxın illərdə iqtisadiyyatın diversifikasiyası baxımından da mühüm əhəmiyyətə malikdir. Sənayeləşmə iqtisadiyyatın modernizasiyasına təkan verməklə yanaşı, yeni iş yerlərinin açılmasına və postindustrial cəmiyyətə keçid üçün yeni zəmin yaratmaqdadır. Eyni zamanda, yaxın illərdə innovativ iqtisadiyyatın təmin olunmasında və qeyri-neft sektorunun sıçrayışında sənaye bölməsi mühüm yer tutacaq.
Həyata keçirilən geniş miqyaslı proqramlar Azərbaycanın böyük sənaye dövlətinə çevrilməsinə səbəb olacaq. Sumqayıt, Gədəbəy, Naxçıvan, Daşkəsən, Gəncə və digər bölgələrdə qızıl və mədənçıxarma sənayesinin inkişafı Azərbaycanın regionda nəhəng sənaye mərkəzinə çevrilməsi üçün əlverişli imkanlar açır. XXI əsrin ikinci onilliyi respublikamız üçün sənayeləşmənin yeni mərhələsi hesab olunacaq və sənaye potensialı yaxın illərdə ölkə iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli yer tutacaq. Bu sahə üDM-in əsas valyuta tutumlu bölməsinə çevriləcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32

