Azərbaycan ərzaq təhlükəsizliyi ilə bağlı xüsusi strategiyaya malikdir
28.08.2010 [11:20]
Bu il dünya ölkələrinin əksəriyyətində kənd təsərrüfatı məhsullarının istehsalında azalma meyilləri qeydə alınıb. Amerika, Avropa və Asiya regionunda sel və daşqınların, digər təbii fəlakətlərin baş verməsi ümumilikdə aqrar sahəyə ciddi ziyan vurub və əsas qida məhsullarının istehsal səviyyəsi aşağı düşüb. Bir çox ölkələr zəruri ərzaq məhsullarına, xüsusilə də, bir nömrəli tələbat məhsulu olan taxıla tələbatın ödənilməsində ciddi sınaq qarşısında qalıb. ümumdünya Ərzaq Təşkilatı ərzaq təhlükəsizliyi ilə bağlı mühüm tədbirlərin görülməsində çətinliklə üzləşən həmin ölkələrə müvafiq köməkliklərin göstərilməsi üçün tədarükçü dövlətlərdən yardım istəyib.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında dərin əsaslar yaradan Azərbaycan hökuməti isə yerli istehsal və ehtiyat resurslar hesabına respublikamızın bütün növ kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəməyə qadirdir. Hələ dünya böhranı şəraitində əksər ölkələrin zəruri ərzaq mallarının istehlakında problemlərlə üzləşdiyi bir dövrdə belə, respublikamız kənd təsərrüfatının inkişafını sabit və dayanıqlı şəkildə qoruyub saxlaya bilib, bunun nəticəsində ölkəmiz ərzaq məhsulları ilə etibarlı şəkildə təmin olunub. Taxıl istehsalı ötən il bütün ölkələrdə azalsa da, Azərbaycanda rekord həddə, yəni 3 milyon tona çatıb. Böhran dövründə Azərbaycanın aqrar sektorunun bütün bölmələri inkişaf edib və bir çox malların istehsalında artım qeydə alınıb. Respublikamız istehsal olunan kənd təsərrüfatı məhsulları hesabına nəinki yerli tələbatı ödəyə bilib, həm də xarici dövlətlərə bir çox malların ixracını həyata keçirib.
Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, aqrar sektorda da inkişaf dinamikasının təmin edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində mümkün olub. Bölgələrdə aqrotexservislərin fəaliyyətə başlaması kənd mülkiyyətçilərinin texnika ilə təmin edilməsinə səbəb olub ki, bu da son nəticədə istehsalçının əkinə olan həvəsini daha da artırıb. Xatırladaq ki, 2005-ci ildən indiyədək “Aqrolizinq” SC tərəfindən fermerlərə 745 ədəd taxılyığan kombayn, 2250 ədəd traktor, 132 ədəd ekskavator, 5690 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı maşınları və qoşqular verilib. Bununla yanaşı, son 5 ildə dövlətin maliyyə imkanları hesabına ölkəmizdə 7 süd zavodu, 13 soyuducu kamera, 7 qarışıq yem zavodu yaradılıb. Eyni zamanda, bu illər ərzində respublikamıza 7 adda 294 ton pestisid, 237 min ton mineral gübrə, 770 baş damazlıq heyvan, 7189 ton yüksək reproduksiyalı buğda toxumu gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilib.
Yeri gəlmişkən, respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması birbaşa torpaq islahatlarının həyata keçirilməsi sayəsində mümkün olub. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə torpaq islahatı proqramının hazırlanması və torpaq islahatlarının həyata keçirilməsi ölkə vətəndaşlarının həqiqi torpaq sahibi olmasına və respublikamızda güclü mülkiyyətçilər sinfinin yaranmasına səbəb olub. Bu gün kənd təsərrüfatındakı dinamizmin əsas təməlləri də məhz uğurlu torpaq islahatlarının iqtisadi səmərəliliyinə əsaslanır.
Son illərdə kənd təsərrüfatı sektorunda aparılan davamlı islahatların daha da sürətlənməsi mülkiyyətçilərin əkinə marağını gücləndirib və bu, özünü bitkilərin əkinin strukturunda göstərib. Kənd təsərrüfatı mülkiyyətçilərinə ilbəil həm maddi yardımın göstərilməsi, həm də onların texnika ilə təminatının yaxşılaşdırılması qeyd olunan pozitiv dəyişikliklərin yaranmasına gətirib çıxarıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımların verilməsi, texnika və gübrə alınmasına görə güzəştlərin tətbiqi, digər stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi dənli bitkilərin, əsasən də, taxılın əkin sahəsinin çoxalmasına əhəmiyyətli dərəcədə zəmin yaradıb.
Belə ki, son 5 ildə bitkilərin əkininin strukturunda mühüm dəyişikliklər baş verib. Bu, daha çox dənli-paxlalı bitkilərin, xüsusilə də, buğdanın istehsalında müşahidə olunub. Belə ki, dənli bitkilərin əkin sahələrinin ümumi həcmi son illərdə iki dəfəyə yaxın artıb. 2000-ci ildə bu növ bitkilərin əkin sahəsi ümumi əkinçilikdə 51,7 faiz təşkil edirdisə, hazırda 84 faizə çatmaqdadır. Bir neçə il əvvəl taxıl əkini sahələrinin ümumi həcmi 600-700 min hektar təşkil edirdisə, hazırda bu rəqəm 1 milyon hektardan artıqdır. Yəni, hökumətin taxıl əkən mülkiyyətçilərə son illər ərzində davamlı olaraq yardım göstərməsi, onların maddi cəhətdən təmin etməsi bu sahəyə marağı artırıb və nəticədə ümumi əkin sahələrinin həcmi çoxalıb.
Onu da qeyd edək ki, son illərdə taxıl əkini ilə yanaşı, digər kənd təsərrüfatı məhsullarının da əkin sahələri artıb. 2009-cu ildə 66 min 200 hektar sahədə kartof, 79 min 900 hektar sahədə tərəvəz, 31 min 100 hektar sahədə bostan bitkiləri, 1200 hektar sahədə tütün əkilib. Bu isə həmin məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Məlum olduğu kimi, ölkənin ərzaq təhlükəsizliyinin başlıca istiqamətlərindən biri taxıl təminatının həll edilməsidir. Azərbaycan hökuməti respublikamızın ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün güclü və potensial iqtisadi imkanlara malikdir. Bu il təbii fəlakətlə əlaqədar bəzi məhsulların istehsalında azalma baş versə də bu, qıtlıq və bahalaşma üçün əsas vermir. Əsas strateji məhsul olan taxılın istehsalı hesabına tələbatı 80 faiz ödəmək mümkün olacaq. Dövlət Taxıl Fonduna məxsus anbarlarda, həm də taxılçılıq dəyirmanlarında indiyədək yığılmış ehtiyat taxıl və un tələbatı ödəməyə imkan verəcək. Respublikamızın bu məhsula olan tələbatına uyğun həcmdə ehtiyat resurslar yığılıb. Bu isə hökumətin çörəyin və digər ərzaq məhsullarının istehlakı ilə bağlı bütün zəruri tədbirləri gördüyünü təsdiqləyir. İqtisadi vasitələrlə tələbatın ödənilməsini təmin etməyi əsas məqsədi hesab edən hökumət daxili bazarın qorunması və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün lazımi addımlar atacaq.
Hökumət daxili bazarın qorunması, istehlakçıların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün möhkəm iradəyə, güclü idarəçilik təcrübəsinə və potensial iqtisadi resurslara malik olmaqla yanaşı, iqtisadiyyatın dinamikasının yüksəlməsinə zəmin yaradan davamlı islahatlar həyata keçirməyə qadirdir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41

