Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib
02.09.2010 [10:06]
Dünən Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı təntənəli mərasimdə nitq söyləyib.
Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının yaradılması münasibətilə təbriklərini çatdırıb. Böyük bir sahəni əhatə edən Dövlət Bayrağı Meydanının əhəmiyyətindən danışan dövlətimizin başçısı deyib ki, dünyanın ən hündür bayraq dirəyi bu gün paytaxtın bütün nöqtələrindən görünür və gələcəkdə meydanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılacaq.
Azərbaycanın istənilən memarlıq nümunəsini yaratmağa imkanı olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, onun Sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin milli dövlətçiliyimizin qorunmasındakı xidmətlərini xatırladıb və Ulu öndərin üçrəngli bayrağımıza verdiyi dəyərdən danışıb. Bu gün müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyini, mühüm nailiyyətlər qazandığını deyən Prezident İlham Əliyev bildirib ki, ölkədə icra olunan nəhəng layihələr ölkəmizin beynəlxalq aləmdə özünə layiq yer tutmasına geniş imkanlar açıb. Azərbaycanın beynəlxalq aləmdə yüksək imicə malik ölkəyə çevrildiyini qeyd edən dövlətimizin başçısı əsas məqsədin respublikamızın daha da güclənməsinə, xalqımızın daha yaxşı yaşamasına yönəldiyini vurğulayıb. Azərbaycanın dünya birliyi üçün etibarlı tərəfdaşa çevrildiyini bildirən Prezident İlham Əliyev qazanılan nailiyyətlər əsasında gələcəkdə yeni layihələrin icra olunacağını, ölkəmizin heç bir xarici yardımdan asılı olmadığını və təhlükəsizliyini təmin etdiyini diqqətə çatdırıb.
ölkəmizin gözəl təbiətə malik olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, təbii ehtiyatlarımız gücümüzü daha da artırır. Prezident İlham Əliyev bir neçə ildən sonra Azərbaycanın beynəlxalq donor ölkəyə çevriləcəyini və bununla bağlı artıq konkret işlər görüldüyünü söyləyib.
Dövlətimizin başçısı deyib ki, regionda gedən proseslərdə Azərbaycan fəal, bəzi hallarda isə həlledici rol oynayır. Müstəqilliyin xalqımızın ən böyük sərvəti olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz olduğunu xüsusi vurğulayıb.
Azərbaycan xalqının öz taleyinin sahibi olduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, ölkəmizdə milli həmrəylik və vətənpərvərlik ruhu yüksək səviyyədədir.
Müstəqil ölkəmizin həyatında bu gün unudulmaz tarixi hadisənin baş verdiyini qeyd edən Azərbaycan Prezidenti dövlət bayrağının məna və mahiyyətinin yüksək tutulmasının əhəmiyyətini bir daha vurğulayıb.
Sonra dövlət bayrağı Azərbaycan əsgərlərinin çiyinlərində meydana gətirilib.
Prezident İlham Əliyev bayrağın ilgəyini qarmağa keçirib. Xüsusi qurğu dövlət bayrağını aramla səmaya - dirəyin zirvəsinə qaldırmağa başlayıb.
Azərbaycan Respublikasının dövlət bayrağının xalqımızın milli həmrəyliyinin yaradılması və möhkəmləndirilməsindəki rolundan, Dövlət Bayrağı Meydanının tikintisindən bəhs edən film nümayiş olunub.
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. İndən belə hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunacaq.
2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirib. ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.
İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırıb, onun görünüşünə əlavə çalarlar qatıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Dövlətimizin başçısı İlham Əliyev bayrağı açıb. Azərbaycan Respublikasının dövlət himni səslənib.
Toplardan yaylım atəşi açılıb.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Dövlət Bayrağı Meydanından keçib.
Daha sonra dövlət bayrağının ucaldılması şərəfinə Bakı səmasında möhtəşəm lazer-şou nümayiş olunub.
Təntənəli mərasim atəşfəşanlıqla başa çatıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

