Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dövlət-vətəndaş birliyi bütün problemlərin həllində əsas amildir

Dövlət-vətəndaş birliyi bütün problemlərin həllində əsas amildir

21.09.2010 [09:42]

Bu ilin may ayında baş vermiş təbii fəlakət nəticəsində uçan evlər yenidən tikilərək sakinlərin ixtiyarına verilir
Bu ilin aprel ayının sonunda və may ayının əvvəlində yağan leysan yağışları nəticəsində ölkəmizin ərazilərində çaylarda suyun artması səbəbilə baş verən sel və daşqının yaratdığı fəsadlar artıq tam olaraq aradan qaldırılır. Qeyd etmək lazımdır ki, sel və daşqınlar nəticəsində Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Zərdab rayonları və Şirvan şəhəri böyük ziyan çəkdi və bir sıra infrastruktur dağıldı. Sadalanan rayonların bir neçə kəndini su basması nəticəsində həmin kəndin əhalisi yaşadıqları ərazidən evakuasiya edildilər, evlər su altında qaldı. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın evi su basdı, 300-dən çox ev uçdu, 2 min ev qəzalı vəziyyətə düşdü və 50 min hektar əkin və örüş sahələri su altında qaldı.
Azərbaycan hökumətinin məsələyə vaxtında və operativ şəkildə müdaxiləsi isə fəlakətin faciəyə çevrilməsinin qarşısını aldı. Problemin həllinə cavabdehlik daşıyan aidiyyəti strukturlar fəlakətin qarşısını almaq üçün səfərbər olundular.
ölkənin güc strukturları və digər nazirliklər tərəfindən yaradılan qərargah 24 saatlıq iş rejiminə keçməklə problemin tez və itkisiz aradan qaldırılması üçün işə başladı. Qısa zaman kəsiyində uçmuş bəndlər yenidən möhkəmləndirildi, Kür ətrafı ərazilər nəzarətə götürüldü. Azərbaycan hökumətinin aidiyyəti strukturları istər kəndlərdəki əhalinin təhlükəsizliyinin təmin edilməsi, istərsə də problemin həlli ilə bağlı qətiyyətli addımlar atdılar. Prezident İlham Əliyev mayın 11-də daşqın nəticəsində Sabirabaddan Şirvan şəhərinə müvəqqəti olaraq köçürülən insanların məskunlaşdığı çadır şəhərciyinə gəldi və vəziyyətlə yerində tanış oldu. Dövlət başçısı seldən əziyyət çəkən rayon əhalisi ilə görüşərək problemin qısa zaman kəsiyində həll ediləcəyi bildirdi. Fəlakət zonasında müşavirə keçirən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan güclü dövlətdir və hər bir problemin öhdəsindən gəlməyə, öz vətəndaşlarını qorumağa qadirdir. Bu bəyanat prosesin inkişafı zamanı bir daha özünü sübuta yetirdi. Seldən, daşqından əziyyət çəkən Sabirabad rayonunun 9 kəndinin əhalisi həmsərhəd Şirvan şəhərində çadır şəhərciyində yerləşdirildi. Az bir zamanda burada insanların yaşaması üçün şərait yaradıldı. Bütün nazirliklər və aidiyyəti qurumlar həmin ərazidə öz qərargahını yaratdı. İstər FHN, istər Səhiyyə Nazirliyi, istərsə də digər qurumlar insanların çadır şəhərciyində normal yaşaması üçün bütün gücünü səfərbər etdi. Həmin insanlar hər gün isti yemək, paltar və digər gündəlik lazımi vasitələrlə təmin edildi. Nəzərə alsaq ki, problemin aradan qaldırılmasında Azərbaycan yalnız öz maliyyə imkanlarından istifadə etdi, ölkəmizdə aparılan iqtisadi-sosial siyasətin doğru yolda olduğu bir daha özünü büruzə verir.
Hələ mayın 7-də keçirilən müşavirə zamanı Prezident İlham Əliyev gələcəkdə belə fəlakətlərlə üzləşməmək üçün tədbirlərin görüləcəyi ilə yanaşı, evləri ziyan görmüş vətəndaşlara yardım ediləcəyini və evlərinin tikiləcəyini də bildirmişdi. Dövlət başçısı qeyd etmişdi ki, evləri uçan insanlara yeni evlər veriləcək: “Bu hadisənin fəsadları aradan qaldırıldıqdan sonra biz artıq hazır olmalıyıq ki, uçmuş o evlərin yerində onlar üçün evlər tikək. Mən hesab edirəm ki, biz buna da baxmalıyıq, hansı mənbədən, kim bunu edəcək, hansı müddətdə. Yaxud o vətəndaşlara pul şəklində kompensasiya verilməlidir ki, özləri tiksinlər. Mən əminəm ki, biz bu çətin vəziyyətdən şərəflə çıxacağıq. Azərbaycan dövləti güclü dövlətdir. Bizim çox güclü sosial siyasətimiz vardır”.
Bəli, cəmi iki ay keçməsinə baxmayaraq, artıq rayonlarda bu problemlər öz həllini tapır. Sel və daşqınlarda evləri uçmuş insanlar üçün yaraşıqlı, geniş, rahat evlər tikilib. Tikinti işlərinin artıq başa çatdığı ərazilərdən biri də Hacıqabul rayonunun Meyniman kəndidir. Məlumat üçün qeyd edək ki, Kür çayının öz məcrasından çıxması bu kəndin kənarındakı 85 metr uzunluğunda qoruyucu bəndi dağıtmışdı. Nəticədə, Meyniman kəndindəki 280 ev və 286 təsərrüfat, o cümlədən, 1350 nəfər əhalisi olan 1-ci Meyniman kəndindəki 150 həyət su altında qalmışdı. Daşqın zamanı Meyniman kəndində 35 ev tamamilə uçmuş, 64 ev qəzalı vəziyyətə düşmüşdü.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, digər kənd və qəsəbələrlə yanaşı, meynimanlıların da problemləri diqqətdə saxlanıldı. Uçmuş evlərin yerində 22 ev tikildi. Bu evlərdə zəruri infrastrukturun yaradılması, həyətyanı sahələrin normal vəziyyətə gətirilməsinə xüsusi diqqət yetirildi. Müasir üslubda tikilən evlərdən 15-i ikiotaqlı, 3-ü üçotaqlı, 4-ü isə dördotaqlıdır. Dağılmış evlərin ümumi sahəsi 1539 kvadratmetr olduğu halda, yeni evlər üzrə bu rəqəm 2150 kvadratmetrə bərabərdir. Hazırda kənddə yeni evlərin inşası davam edir. Bununla yanaşı, kənddəki 21 evdə bərpa-gücləndirmə işləri aparılır. 43 evdə cari təmir işləri aparılması üçün ziyan çəkmiş sakinlərdən 110 nəfərinə 109 min manatdan çox yardım verilib. Həmçinin, daşqın nəticəsində Meyniman kəndinin dağılmış infrastrukturunun yenidən qurulması istiqamətində də iş gedir. Kəndə yeni yol çəkilir.
Evlərin sakinlərə verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyev təqdim olunan evlərin dövlət tərəfindən tikildiyini bildirib. Dövlət başçısı təbii fəlakət nəticəsində cərəyan edən hadisələri yada salıb və Azərbaycan dövlətinin öz vətəndaşlarını qorumaq üçün bütün imkanlarını səfərbər etdiyini deyib: “Qarşıya birinci vəzifə qoyulmuşdu ki, xilasetmə işləri operativ şəkildə təşkil edilsin. çox şadam ki, bizim xilasedicilər böyük peşəkarlıqla işlədilər. Bir nəfər də itki, tələfat olmadı. İkinci vəzifə ondan ibarət idi ki, biz sizi bu çətin vəziyyətdən xilas etmək üçün müvəqqəti şəraitlə təmin edək. Bu işlər də təşkil olundu. Səhiyyə, təhsil məsələləri həll edildi, bəzi yerlərdə müvəqqəti çadır şəhərcikləri quruldu. Yəni, Azərbaycan dövləti əlindən gələni edirdi ki, təbii fəlakətdən əziyyət çəkmiş insanların yaşayış səviyyəsini maksimum dərəcədə yüngülləşdirək. Bu gün biz artıq görülən işlərin birinci mərhələsinə qədəm qoyuruq. Mən demişdim ki, qış gələnə qədər bütün evlər bərpa olunmalıdır. Bu, böyük bir işdir. Yəni, 3-4 min evin bir neçə ay ərzində tikintisi bizim üçün, dövlətimiz üçün böyük bir sınaqdır. Ancaq mən bu vəzifəni qarşıya qoydum. çünki qış gələnə qədər insanlar normal evlərlə təmin olunmalıdır”.
Qeyd olunduğu kimi, Azərbaycan dövlətinin vətəndaşlarının rifahı və rahatlığı üçün atdığı bu addım təqdirəlayiqdir. Həqiqətən də, qısa zaman müddətində dağılmış evlərin əksəriyyətinin yenidən tikilməsi əhəmiyyətli hadisədir. Əlbəttə ki, bu nailiyyəti əldə etmək üçün Azərbaycanda vətəndaşlarla dövlətin eyni mövqedən çıxış etməsinin böyük əhəmiyyəti oldu. Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz bu problemin öhdəsindən həmrəyliklə gələ bildik: “Sellər, yağışlar böyük bir təbii fəlakət idi. Ancaq Azərbaycan xalqı həmişə olduğu kimi, yenə də həmrəylik göstərdi. Bütün dövlət qurumları çox səmərəli və böyük peşəkarlıqla işlədi. özəl qurumlar da öz təşəbbüsü ilə, təmənnasız bu işlərə cəlb olundular. Yəni, bu, əsl ümumxalq işimiz olub. Mən çox şadam ki, biz həm birinci mərhələdə insanları xilas etmək üçün bütün tədbirləri lazımi səviyyədə gördük və bu gün evlərin tikintisinə nail olduq, həm də artıq təbii fəlakətlə üzləşmiş bütün bölgələrdə ev tikintisi gedir. Əminəm ki, siz bu evlərdə rahat və xoşbəxt yaşayacaqsınız”.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1014 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30