/ / Blokada şəraitinin ağırlığına mətanətlə sinə gərən Naxçıvan Muxtar Respublikası bu gün dinamik inkişafı və tərəqqisi ilə seçilir
Blokada şəraitinin ağırlığına mətanətlə sinə gərən Naxçıvan Muxtar Respublikası bu gün dinamik inkişafı və tərəqqisi ilə seçilir
06.10.2010 [09:31]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Uzun müddətdir ki, blokada şəraitinin ağırlığına mətanətlə sinə gərən Naxçıvan Muxtar Respublikası bu gün dinamik inkişafı, tərəqqisi ilə seçilir. Təsadüfi deyil ki, bütün ölkəmizdə olduğu kimi, Naxçıvanda da uğurlu sosial-iqtisadi inkişaf müşahidə edilir. Azərbaycanın iqtisadi nailiyyətlərinin təmin olunmasında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikasında sistemli şəkildə reallaşdırılan islahatlar ümumi iqtisadi fəallığı daha da gücləndirib, investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlib. 2010-cu ilin səkkiz ayında Muxtar Respublikada ümumi daxili məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 772 milyon manatdan çox olub. Sənaye sahəsində aparılan islahatlar bu ilin səkkiz ayında 213 milyon manatdan çox məhsul istehsalı ilə nəticələnib. Həmin dövrdə Muxtar Respublikada 300-ə yaxın müxtəlif təyinatlı obyekt, 10-dan çox inzibati bina tikilərək istifadəyə verilib, aqrar sahənin inkişafı diqqətdə saxlanılıb. Cari ildə əkilən taxıl zəmilərinin sahəsi əvvəlki dövrlə müqayisədə 362 hektar artırılıb. Bu ilin səkkiz ayında Naxçıvan Muxtar Respublikası 125,5 milyon ABŞ dollarından çox xarici ticarət əməliyyatları aparıb. Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi və yenidən qurulması prosesi sürətlə davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə bu sahədə həyata keçirilən tədbirlər Muxtar Respublikada aparılan təhsil və səhiyyə islahatlarına əsl töhfədir.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonuna gəlib. Rayon sakinləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinin açılışında iştirak edib.
ümummilli lider Heydər Əliyevin abidəsinin yerləşdiyi ərazidə geniş abadlıq-quruculuq işləri aparılıb. Abidənin ətrafında park salınıb və burada geniş yaşıllaşdırma işləri görülüb.
Dövlətimizin başçısı buraya toplaşan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyəti adından Bəyimcan Babayeva Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün də uğurla davam etdirildiyinə, rayonun gündən-günə sürətli inkişafına görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin abidəsinin açılışı münasibətilə mərasim iştirakçılarını təbrik edərək deyib ki, Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir.
Dövlətimizin başçısı İlham Əliyev söyləyib ki, bu gün müasir Azərbaycan Heydər Əliyevin əsəridir və bu gün Azərbaycan Onun yolu ilə uğurla inkişaf edir.
Prezident İlham Əliyev Şərur rayonunun Yengicə kənd orta məktəbinin yeni binasının açılışında iştirak edib.
Məktəbin müəllim kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Məlumat verilib ki, məktəbin 130 ildən çox yaşı olan köhnə binası sonuncu dəfə 1986-cı ildə təmir edilib. Uzun müddət yararsız vəziyyətdə olan təhsil ocağı üçün yeni binanın tikintisi uğurla başa çatıb. üçmərtəbəli yeni binada hazırda 306 şagird təhsil alır. Onların təlim və tərbiyəsi ilə 45 müəllim məşğul olur. Yeni binada 568 şagird yeri var. Otaqlar və fənn kabinetləri müasir standartlara cavab verən dərs ləvazimatları və avadanlığı ilə təchiz olunub. Səkkiz min nüsxəyə yaxın ədəbiyyat fondu olan kitabxanada Heydər Əliyev guşəsi yaradılıb. Kompyuter otaqlarında şagirdlərin informasiya texnologiyalarının sirlərinə yiyələnmələri üçün bütün texniki imkanlar mövcuddur. Sinif otaqlarının hər birində internetə qoşulmuş 19 kompyuter qoyulub. Məktəbdə dərslərin elektron formatda keçilməsi üçün elektron lövhə ilə təmin edilmiş iki kabinet fəaliyyət göstərir. Təhsil ocağında zəruri materiallarla təchiz olunmuş hərbi kabinet də var. Müxtəlif idman qurğularının quraşdırıldığı zalda mini futbol, basketbol, voleybol yarışları keçirmək mümkündür. Bir sözlə, üç korpusdan ibarət olan məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün zəruri infrastruktur yaradılıb.
Məktəblə tanışlıqdan sonra dövlətimizin başçısı müəllimlərlə görüşüb.
Məktəbin müəllimi Səkinə Cabbarlı bütün ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında aparılan yenidənqurma işlərinin dərin sevinc hissi doğurduğunu, burada yeni obyektlərin istifadəyə verildiyini, əhali üçün lazımi infrastrukturun yaradıldığını söyləyib. Bütün bunlara görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev yeni məktəb binasının açılışı münasibətilə yengicəliləri təbrik edərək deyib ki, Şərur rayonunda bütün sosial məsələlər həllini çox uğurla və keyfiyyətlə tapır: “Mən çox şadam ki, Muxtar Respublikanın rəhbərliyi bütün bu işləri çox böyük zövqlə və məhəbbətlə edir. Hər şey etmək olar, çünki indi Azərbaycanın iqtisadi imkanları genişlənir, maliyyə resurslarımız da, ciddi düşünülmüş proqramlarımız da vardır. Amma bununla bərabər, hər bir vətəndaş öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir. Naxçıvanda gözəl quruculuq, abadlıq işləri sürətlə gedir və bu məni çox sevindirir. Hər dəfə Naxçıvanda olanda mən bu yenilikləri, müasir yanaşmanı görürəm”.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Muxtar Respublikada əsas strateji magistrallardan biri olan Naxçıvan-Sədərək yolunun açılışında iştirak edib. İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, Azərbaycanı Türkiyə ilə birləşdirən yeganə quru yolu olan Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanıb. Dördzolaqlı yolun ümumi uzunluğu 82 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Bir hissəsi dövlətimizin başçısının ötən il Naxçıvana səfəri çərçivəsində istifadəyə verilən şosenin kənarlarında xüsusi suötürücüləri və arxlar çəkilib, magistralın üzərində bir neçə yolötürücü tikilib. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral Muxtar Respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin və inşaatçıların qarşısında çıxış edərək deyib ki, yol tikintisi inkişaf, insanların normal, rahat yaşaması üçün əsasdır: “Harada ki, yol tikilir, orada inkişaf vardır. Harada ki, yol tikilir, müəssisələr yaradılır, orada canlanma gedir. Ona görə bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda da bu gözəl proseslər sürətlə gedir və həll olunur. Gələcəkdə başqa yolların tikintisi də nəzərdə tutulur və lazımi vəsait ayrılacaqdır. Artıq burada yerli şirkətlər vardır ki, bu cür yolları çox keyfiyyətlə tikə bilirlər”.
Rayon ictimaiyyəti adından çıxış edən Vidadi Süleymanov dövlətimizin başçısının rəhbərliyi ilə Muxtar Respublikada bütün sahələrdə aparılan quruculuq işlərinin naxçıvanlıların ürəyincə olduğunu deyib.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və inşaatçılarla xatirə şəkli çəkdirib.
Sonra dövlətimizin başçısı yeni yolda avtomobili idarə edib.
Dünən Prezident İlham Əliyev Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışında da iştirak edib.
Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Məlumat verilib ki, Milli Qəhrəman Əli Camalovun adını daşıyan Maxta kənd orta məktəbinin binası əsaslı şəkildə yenidən qurulub. 1981-ci ildən fəaliyyət göstərən hazırkı bina bir müddət əvvəl qəzalı vəziyyətə düşmüşdü. üçmərtəbəli, 540 şagird yeri olan yeni binada 30 sinif otağı var. Bir-birinə örtülü keçidlə birləşdirilmiş üç korpusdan ibarət binada şagirdlərin təlim-tərbiyəsi üçün bütün şərait yaradılıb, otaqlar zəruri vəsaitlərlə təchiz olunub. Fənn kabinetlərində, laboratoriyalarda müasir standartlara cavab verən avadanlıq qurulub. Altı min nüsxə ədəbiyyatın saxlanıldığı kitabxanada ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən guşə yaradılıb. İdman zalı da müasir tələblərə cavab verir.
Məktəbin iki kompyuter sinfinin hər birində internetə çıxışı olan 19 kompyuter var. İki elektron lövhəli sinif otağı isə tədrisin müasir standartlar səviyyəsində aparılmasına imkan verəcək. Hərbi hazırlıq fənninin əyani vəsaitlərlə tədrisi də diqqətdən kənarda qalmayıb.
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev Müəllim Günü münasibətilə kollektivi təbrik edib.
Sonra müəllim Nübar Allahverdiyeva çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərək rayonuna gəlib. Sədərək rayonu Azərbaycanda yeganə inzibati ərazi vahididir ki, 3 dövlətlə həmsərhəddir. ötən əsrin 90-cı illərinin əvvəllərində sədərəklilər Ermənistanın aramsız hücumlarına qəhrəmanlıqla sinə gərmişlər. Son illərdə bu bölgədə gedən inkişaf prosesləri isə Sədərəyin Azərbaycan üçün nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha nümayiş etdirib. Təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən tədbirlər rayonun ümumi inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Sədərəkdə inşa olunan mərkəzi xəstəxana binası da bu reallıqdan qaynaqlanır. Prezident İlham Əliyev Sədərək rayon mərkəzi xəstəxanasının açılışında iştirak edib.
Səhiyyə ocağının kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
ümumi sahəsi 11700 kvadratmetr olan xəstəxana binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək inşa edilib. Zirzəmi qatı ilə birlikdə üç mərtəbədən ibarət olan xəstəxana 26 çarpayılıqdır. Müasir tibbi avadanlığın quraşdırıldığı səhiyyə ocağında 29 həkim, 34 tibb bacısı çalışır. Xəstəxanada üç şöbə - stasionar, poliklinika və təcili yardım şöbələri fəaliyyət göstərəcək. Burada, həmçinin, yoluxucu xəstəliklər, pediatriya, doğum və ginekologiya, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, əczaxana, burun-boğaz-qulaq kabineti, fizioterapiya, manipulyasiya, elektrokardioqrafiya və ultrasəslə müayinə otaqları, cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait var.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, səhiyyə islahatları Muxtar Respublikada uğurla aparılır.
Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşüb.
Həkim Roza Quliyeva kollektiv adından çıxış edərək Prezident İlham Əliyevin onlara göstərdiyi etimadı doğruldacaqlarını bildirib və Sədərək rayon mərkəzi xəstəxanasında əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstəriləcəyini söyləyib.
Prezident İlham Əliyev tibb işçilərini təbrik edərək deyib ki, son illər ərzində Naxçıvanda bir neçə gözəl, müasir tibb ocağı yaradılıb: “Xatırlayıram, dörd il bundan əvvəl Müalicə-Diaqnostika Mərkəzinin açılışı Naxçıvanda böyük bir hadisə idi. çünki ən müasir texnologiyalara malik, ən müasir avadanlıqla təchiz olunmuş və memarlıq baxımından gözəl əsərə bənzəyən bir müalicə-diaqnostika mərkəzi Naxçıvana çox lazım idi. Artıq bir neçə ildir ki, bu gözəl tibb ocağı işləyir və naxçıvanlıların sağlamlığının keşiyində dayanır. Ondan sonra Naxçıvanda böyük və müasir doğum evi yaradıldı. Ona da böyük ehtiyac var idi. çünki biz elə etməliyik ki, uşaqlar sağlam doğulsunlar və sağlam böyüsünlər”.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Sədərəkdəki 2 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib. Məktəbin pedaqoji kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Məlumat verilib ki, 594 şagird yeri olan 2 nömrəli Sədərək orta məktəbinin binası yeni inşa edilib. Dördmərtəbəli binanın tikintisinə bu ilin mayında başlanılıb. Burada 33 sinif otağı var. Fənn kabinetləri, o cümlədən hərbi hazırlıq otağı və idman zalı zəruri əyani vəsaitlərlə təmin olunub. Burada həm də şagirdlərin ixtiyarına iki elektron lövhəli sinif otağı da verilib. Məktəbdə internetə çıxışı olan 31 kompyuter var. Kitabxanada 10 min nüsxəyə yaxın ədəbiyyat mühafizə edilir.
Qeyd edilib ki, Muxtar Respublikanın bütün məktəbləri kompyuterlərlə təmin olunub. Məktəblərə 2 min 674 kompyuter verilib.
Məktəbin kollektivi adından çıxış edən müəllimə Elmira Dadaşova Azərbaycanın bugünkü inkişafında Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb.
Prezident İlham Əliyev məktəbin kollektivini təbrik edərək deyib ki, bizim siyasətimizin əsas istiqaməti bundan ibarətdir ki, Azərbaycanda insan kapitalına qoyulan sərmayə gündən-günə artsın.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərəkdəki “N” hərbi hissəsində olub. Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlətimizin başçısı ön xətdə yerləşən hərbi hissənin tabor mərkəzi ilə tanış olub. Məlumat verilib ki, 2008-ci ildə inşa olunmuş binada zabit, gizir və əsgər heyətinin xidmət aparması üçün hər cür şərait var. Binadakı əsgər yataqxanasında səliqə-sahman göz oxşayır. Heydərabad qəsəbəsində hərbi hissənin zabitləri üçün evlər tikilib.
Prezident İlham Əliyev əsgərlərin məşğələ prosesini izləyib.
Prezident İlham Əliyev müşahidə məntəqəsindən təmas xəttini seyr edib.
Prezident İlham Əliyev hərbi hissəyə təcili tibbi yardım maşını hədiyyə edi.
Prezident İlham Əliyev Sədərək rayonunda yeni salınan Heydərabad qəsəbəsinin açılışında iştirak edib. Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib.
Dövlətimizin başçısı qəsəbədə tikinti işlərinin gedişini əks etdirən fotostendə baxıb. Bildirilib ki, Sədərək rayonunun inzibati binalarının yerləşdiyi yeni qəsəbədə bütün infrastruktur yaradılıb. Qəsəbədə rayon sakinləri üçün yeni evlər də tikilib. İndiyədək Heydərabad qəsəbəsində onlarla ev inşa olunaraq sakinlərə paylanıb. Tikilən 16 yeni ev də sakinlərə təqdim olunacaq. Yeni evlərin hər birinin ümumi həyətyanı sahəsi min kvadratmetrdir. Bu sahə sakinlərin təsərrüfat işləri ilə məşğul olmaları üçün nəzərdə tutulub. İkimərtəbəli evlərə telefon, qaz, elektrik və su xətləri çəkilib. Ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolaqları salınıb, yollara asfalt döşənib.
Prezident İlham Əliyev qəsəbə sakinlərini təbrik edərək deyib ki, Heydərabad qəsəbəsinin Azərbaycan tarixində çox mühüm yeri var: “Siz düşmənlə üz-üzəsiniz, sərhəddəsiniz və vaxtilə buralar dağıdılmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçı siyasəti bu bölgələri də əhatə etmişdir. Məhz Ulu öndər Heydər Əliyevin fəaliyyəti və qətiyyəti, müdrikliyi nəticəsində Naxçıvan özünü qoruya bilmişdir”.
Rayon ictimaiyyəti adından çıxış edən müəllim Nazəndə Vəliyeva yeni salınan qəsəbəyə görə sakinlər adından minnətdarlığını bildirib.
Qəsəbə sakinləri ilə görüşdən sonra Prezident İlham Əliyev yeni mənzillərdəki şəraitlə tanış olub.
Sonra xatirə şəkli çəkdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak edib. Dövlətimizin başçısı tənzimləyici bəndə, su anbarına baxmış, stansiyanı işə salıb. Stansiyanın açılışı münasibətilə keçirilən mərasimdə Prezident İlham Əliyev çıxış edib. Prezident İlham Əliyev Naxçıvan şəhərində məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Regional İnformasiya Mərkəzinin açılışında da iştirak edib. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsmiş və mərkəzlə yaxından tanış olub.
Daha sonra Prezident İlham Əliyev Naxçıvan şəhərində Gəmiqaya daş məhsulları kompleksinin açılışında iştirak edib. Prezident İlham Əliyev kompleksin ərazisində xammal nümunələrinə baxıb, istehsal sahəsini gəzib, müəssisənin hazırladığı məhsulların nümunələri ilə tanış olub. Dövlətimizin başçısı Naxçıvan şəhərini içməli su ilə təmin edəcək supaylayıcı qurğunun istifadəyə verilməsi mərasimində də iştirak edib. Prezident İlham Əliyev şəhərdaxili su və kanalizasiya şəbəkələrinin, içməli su təchizatı sistemlərinin baş planlarına baxıb, qurğunu işə salıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19

