İlham Əliyev təsdiqlədi
27.04.2022 [09:53]
Azərbaycanın milli maraqlara əsaslanan siyasət həyata keçirdiyini, heç bir geosiyasi qüvvədən asılı olmadığını
Nurlan QƏLƏNDƏRLİ
Dünyanın geosiyasi gündəmi həm gərgin, həm də zəngindir. Çünki beynəlxalq münasibətlər sistemində mühüm dəyişikliklər baş verir - Avrasiyada yeni geosiyasi proseslər cərəyan edir. Belə bir vəziyyətdə və şəraitdə siyasi ekspertlər yeni dünya nizamının yaranmasından bəhs edirlər. Şərqi Avropada davam edən müharibə - Rusiya-Ukrayna savaşı fonunda bir sıra məsələlər xüsusi müzakirə predmetinə çevrilir. Bunlardan biri də ayrı-ayrı ölkələrin, regional güc mərkəzlərinin davranışlarıdır.
Fors-major situasiya: hansı dövlət necə...
Fors-major situasiya, əslində, dövlətlərin siyasi yetkinliklərini, hansı dəyərlər, prinsiplər və maraqları üstün tutduqlarını bir daha nümayiş etdirir. Bəzi ölkələr müharibəyə dəstək verir, öz strateji maraqlarını zərbə altına qoyurlar. Bir qisim dövlətlərin isə geosiyasi autsayder vəziyyətində olduqları, heç bir təsir imkanına, etibara malik olmadıqları təsdiqlənir. Öz iradəsinə uyğun davrana və müstəqil qərar qəbul edə bilməyən dövlətlərin də şahidi oluruq. Azərbaycana gəlincə...
Cənubi Qafqazda postmüharibə, Şərqi Avropada isə müharibə şəraitində...
Regional güc mərkəzi olan Azərbaycan Cənubi Qafqazda postmüharibə, Şərqi Avropada isə müharibə şəraitində nümayiş etdirir: beynəlxalq birliyin layiqli və məsuliyyətli üzvü olduğunu, müstəqil və milli maraqlara əsaslanan siyasət həyata keçirdiyini. Bu, Bakının heç bir geosiyasi qüvvədən asılı olmadığını bir daha təsdiqləyir. Paralel olaraq Azərbaycan sülh çağırışları edir, sabitlik və təhlükəsizliyin önəmini vurğulayır. Bütün bunlar Bakının ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına üstünlük verdiyini göstərir.
Bakının mövqeyi - milli maraqları, beynəlxalq hüquq normalarını əsas götürməsi - üstün tutması daha bir sıra məqamları aktuallaşdırır:
- İlham Əliyevin uğurlu xarici siyasəti və ya dərin strateji diplomatiya siyasəti Azərbaycanın gücünü artırır, nüfuzunu yüksəldir;
- Bu gün Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi - regional güc mərkəzi deyil. Bakı yeni reallıqlar fonunda dialoq və əməkdaşlıq məkanı, inam və etimad ünvanıdır. Mükəmməl geosiyasət bilicisi, təcrübəli siyasətçi və dövlət xadimi İlham Əliyevin strateji təmkinə, milli maraqlara əsaslanan, müasir geosiyasi çağırışlara adekvat cavab verən xarici siyasət kursu nəticəsində Azərbaycan hətta bir-biri ilə əks mövqelərdə dayanan qütblər - güc mərkəzləri ilə yaxşı münasibətlərə malikdir, dünyada etibarlı, perspektivli və bərabərhüquqlu tərəfdaş kimi tanınır - qəbul edilir. Bu səbəbdən Bakı Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm halqalarından biridir;
- Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi, hazırda da həm regionumuzda, həm də Avrasiyada sülh, sabitlik - təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur. Üstəlik, Şərqi Avropada III Dünya müharibəsi və “yeni dünya düzəninə keçid” kimi dəyərləndirilən Rusiya-Ukrayna savaşının davam etdiyi vaxtda və şəraitdə geosiyasi diqqət yenə də Cənubi Qafqazın diplomatiya paytaxtı olan Bakıya yönəlib. Bəhs olunan müharibə fonunda tərəflər arasında dialoqun, qarşılıqlı etimadın və sülhün təmin olunmasında Azərbaycanın fəal rol oynaya biləcəyi xüsusi diqqətə çatdırılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Polşa Prezidenti Andjey Duda, NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, digər bir sıra ölkələrin, regional və beynəlxalq təşkilatların rəsmi şəxslərinin həm Cənubi Qafqazda postmüharibə reallıqları, həm də Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Prezident İlham Əliyev ilə müzakirələr aparması Azərbaycanın regionun geosiyasi gündəliyini formalaşdıran əsas qüvvələrdən biri olduğunu göstərir - Bakının nüfuzunu - prestijini əks etdirir;
- Reallıqlar həm də onu təsdiqləyir ki, Azərbaycan ilə tərəfdaşlığın genişləndirilməsi güc mərkəzləri üçün strateji prioritetlərdən biridir. Bakıya regional və beynəlxalq təhlükəsizlik məsələsində inam - etimad mesajları, tərəfdaşlığı gücləndirmək çağırışları da bu səpkidə xüsusi əhəmiyyət daşıyır.
Ləyaqətli müharibə, ağıllı siyasət
İkinci Qarabağ müharibəsindən bəhs edərkən haqlı olaraq və qətiyyətlə vurğulanır ki, Azərbaycan ləyaqətli müharibə aparıb. Bəli, ölkəmiz, eyni zamanda, digər regionlarda müharibələrin baş verməsi - nəhəng güc mərkəzlərinin maraqlarının toqquşması zamanı da ləyaqətli və ağıllı siyasət həyata keçirir. Rusiya-Ukrayna savaşı fonunda yaranmış situasiyada Azərbaycanın davranışları bunu təsdiqləyir. İlham Əliyev ölkəmizin strateji mənafelərini maksimum qoruyur, ölkənin ikitərəfli, çoxtərəfli münasibətlərinə xələl gəlməsinə izin vermir, müstəqil və konstruktiv məzmunlu mövqe ortaya qoyur. Bu, bir daha İlham Əliyevin strateji oyun qaydalarını 4 qızıl qayda əsasında müəyyənləşdirdiyini göstərir: vaxt düzgün seçilir, avantüraya gedilmir, ölkə risk altına salınmır və mümkün dərəcədə maksimum uğura nail olunur!
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

