Həssas dönəmlərdə nəzərlər Bakıya, İlham Əliyevə yönəlir
29.04.2022 [09:49]
Mübariz ABDULLAYEV
Hər zaman, hər yerdə Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan, ölkəmizi inamla inkişaf etdirən Prezident İlham Əliyev milli səviyyədə əvəzolunmaz Lider kimi qəbul edilir. Aparılan çoxsaylı sosioloji sorğuların nəticələri təsdiqləyir ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti Ona inanaraq yüksək etimad göstərir.
Azərbaycan cəmiyyətində belə yüksək nüfuz qazanan Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq miqyasda da qlobal liderlik keyfiyyətləri nümayiş etdirən siyasətçi kimi tanınır - qəbul olunur. Yeri gəlmişkən, bu günlərdə ölkəmizdə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugen də Azərbaycan Prezidentinin ümumi mənafeyə hesablanan təşəbbüslərinin və liderlik keyfiyyətlərinin bütün dünyada yüksək dəyərləndirildiyini diqqətə çatdırıb: “Mən Sizin beynəlxalq diplomatiyada qlobal liderliyinizi yüksək qiymətləndirir və bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin davamlı inkişaf istiqamətində çox mühüm fəaliyyətiniz olduqca önəmlidir”.
Əlbəttə, İlham Əliyevin liderlik missiyası milli məzmunlu, qlobal əhəmiyyətli fəaliyyətlə assosiasiya olunur. Bu barədə istənilən qədər nümunə gətirmək olar. O, qlobal liderlik nümunəsini növbəti dəfə koronavirus pandemiyası şəraitində nümayiş etdirdi. 2019-cu ilin sonlarında Çində başlayan və qısa müddətdə 200-dən çox ölkəyə yayılan xəstəlik bütün dünya üçün ciddi təhdidlər yaratmışdı. Belə çətin dönəmdə Azərbaycan Prezidenti qətiyyətlə bəyan etdi ki, qlobal təhdidlər yaradan pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinə nail olmaq lazımdır. Dünya ölkələri, beynəlxalq təşkilatlar pandemiyaya qarşı mübarizədə koordinasiyalı fəaliyyət sərgiləməlidirlər. Beləliklə, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə getməyi bacardı . Ölkəmiz uğurla sədrlik etdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiyaya qarşı mübarizə mövzusuna həsr olunan Zirvə görüşlərinin keçirilməsinə nail oldu. Bundan başqa, dövlət başçımızın təşəbbüsü ilə 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirildi. Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü dünyanın bütün qitələrindən olan 130-dan çox ölkə tərəfindən dəstəklənmişdi. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Azərbaycan beynəlxalq miqyasda “peyvənd millətçiliyi”nə qarşı çıxdı. Dövlət başçımız müxtəlif beynəlxalq təşkilatların tribunalarından birmənalı şəkildə qeyd etdi ki, peyvəndlərin ölkələr arasında qeyri-bərabər bölüşdürülməsi yolverilməzdir. Öz növbəsində Azərbaycan peyvəndlərə əlçatanlığı olmayan bir neçə ölkəyə böyük miqdarda vaksinlər göndərdi.
İlham Əliyev qlobal miqyasda meydana çıxan çağırışları, yeni trendləri anında dəyərləndirir, ardıcıl şəkildə regional və qlobal əməkdaşlığın inkişaf etdirilməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına hədəflənən təşəbbüslərlə çıxış edir. Dövlətimizin başçısı dəfələrlə beynəlxalq birlik üçün mühüm məsələləri BMT-nin və digər nüfuzlu təşkilatların gündəminə çıxarmağı bacarıb. Prezident İlham Əliyevin səyləri sayəsində Azərbaycan Qoşulmama Hərəkatında (QH) sədrlik fəaliyyətini uğurla həyata keçirir. Təsadüfi deyildir ki, QH-nın üzvü olan dövlətlər Azərbaycan Prezidentinə böyük etimadın təzahürü olaraq ölkəmizin qurumda sədrlik müddətinin daha bir il uzadılmasını istəyiblər və buna razılıq alıblar. Hazırda QH Azərbaycanın sədrliyi ilə beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rol oynayır.
Azərbaycanın dövlət başçısının siyasəti milli maraqlara, ədalət prinsipinə və beynəlxalq hüquqa əsaslanır. Təbii ki, bu, Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun artmasını, qlobal siyasətdə öz yeri və dəst-xətti ilə seçilən Lider kimi qəbul olunmasını şərtləndirir.
Son illərdə Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi, müxtəlif ölkələrin, güc mərkəzlərinin danışıqlar apardığı məkana çevrilib. Azərbaycan bir növ barışdırıcı, əlaqələndirici, bütün tərəfləri bir araya gətirən missiya yerinə yetirir. Hazırda dünyada geosiyasi gərginliklər artıb. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsi beynəlxalq miqyasda sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradır. Belə həssas dönəmdə nəzərlər yenə də Bakıya, Prezident İlham Əliyevə yönəlib. Bəhs olunan müharibə fonunda tərəflər arasında dialoqun, qarşılıqlı etimadın və sülhün təmin olunmasında Azərbaycanın fəal rol oynaya biləcəyi xüsusi diqqətə çatdırılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Polşa Prezidenti Andjey Duda, NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, digər bir sıra ölkələrin, regional və beynəlxalq təşkilatların rəsmi şəxslərinin həm Cənubi Qafqazda postmüharibə reallıqları, həm də Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Prezident İlham Əliyev ilə müzakirələr aparması Azərbaycanın regionun geosiyasi gündəliyini formalaşdıran əsas qüvvələrdən biri olduğunu göstərir. Ən əsası, regional və beynəlxalq təhlükəsizlik məsələlərində Azərbaycanın Liderinin rəyinə önəm, mövqeyinə üstünlük verilir.
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

