"Ekologiya ili" başa çatır
23.12.2010 [10:21]
Başa vurmaqda olduğumuz il bir çox hadisələrlə yadda qaldı. O cümlədən, ekologiyanın, ətraf mühitin qorunması istiqamətində çox mühüm hadisələr baş verdi. Ən əsası, ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə “Ekologiya ili” elan olunması nəticəsində, bu il ətraf mühitin problemlərinin həlli istiqamətində həyata keçirilən böyük layihələrlə tarixə düşdü.
Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkəmizdə aparılan sosial iqtisadi islahatların tərkib hissəsidir. Heç kəsə sirr deyil ki, ölkə rəhbərliyinin daim ətraf mühitlə bağlı məsələləri diqqət mərkəzində saxlaması, bu sahədə vəziyyətin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan verib. Təbii ki, ekologiya sahəsini əhatə edən tədbirlər təkcə 2010-cu illə məhdudlaşmır. ölkəmizdə əvvəlki illərdə də ekoloji problemlərə böyük diqqət yetirilib, bu istiqamətdə iri layihələr uğurla həyata keçirilib. Həmin layihələr arasında hələ də icrası davam etdirilənlər var. Belə ki, ötən müddət ərzində Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq olunmuş “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair”, “Hidrometeorologiyanın İnkişaf Proqramı”, “Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair” proqramlarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilib. O cümlədən, ölkə Prezidentinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan modul tipli çirkab su təmizləyici qurğulardan ibarət “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin fəaliyyəti nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu ərazilərində bataqlaşmış sahələrin və çirkab gölməçələrin əksəriyyəti qurudularaq ekoloji tarazlıq bərpa olunub.
Bundan əlavə, Xəzər sahili boyu mərkəzi kanalizasiya sistemlərinə qoşulmayan tullantı sularının idarə olunması üçün modul tipli çirkab sutəmizləyici qurğuların qurulması nəticəsində 2007-2009-cu illər ərzində Abşeron yarımadasının 86-km-lik şimal sahilboyu ərazilərində, ümumilikdə sutkalıq gücü 6140 kub metr olan 16 ədəd çirkab sutəmizləmə stansiyası istismara verilib. Nəticədə, Xəzəryanı dövlətlər arasında ilk dəfə olaraq Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi yaradılıb. Xatırladaq ki, bu sistemin fəaliyyəti Abşeron yarımadasının qeyd olunan sahəsinin bundan sonra təmiz qalmasına şərait yaradır.
Ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində əsas hədəflərdən biri isə su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, əhalinin təmiz su ilə təmin olunmasıdır. Prezident İlham Əliyevin “İndi Kür və Araz çayları boyunca qurulan təmizləyici qurğular yüz minlərlə insanın təmiz su ilə təmin olunmasına xidmət göstərir. çirklənmiş göllərin, Xəzər dənizinin təmizlənməsi, kanalizasiya sisteminin qurulması - bütün bu işlər gələn il də nəzərdə tutulur. Biz elə etməliyik ki, Bakı və Abşeron yarımadasının bütün ekoloji problemlərini tezliklə həll edək, neftlə çirklənmiş gölməçələri qurudaq. Bir sözlə, bu sahə daim diqqət mərkəzində olmalıdır” fikri isə bu problemlərin həllinin də prioritet olduğunu göstərir.
ölkə başçısının “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində 2007-2009-cu illər ərzində 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Nəticədə, 224 min insan ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub. Hazırda 15 rayonun 64 min nəfərdən çox əhalisi olan 36 kəndində yerli şəraitdə etibarlığı və dözümlüyü ilə seçilən İsrail istehsalı olan modul tipli sutəmizləyici qurğuların gətirilməsi və quraşdırılması işləri başa çatmaq üzrədir. ETSN-dən aldığımız məlumata görə, bir sıra rayonlardan bu cür sutəmizləyici qurğuların quraşdırılması üçün əlavə müraciət edənlər də var. Məsələn, Kürdəmir rayonunun Söyüdlər, Şilyan, Qarasu, Bağman, Böyük Kəngərli, Cəyli, Şahbəyli, Bala Kəngərli, Ucarlı, Qarasaqqallı və Qarabucaq kəndlərində, eyniadlı qəsəbədə sutəmizləyici qurğuların quraşdırılması üçün müraciət olunub. Yevlax Şəhər İcra Hakimiyyətindən əlavə 4 kənddə də belə qurğulara ehtiyac olduğunu bildiriblər. Bu müraciətlər ilk növbədə həmin rayonların artıq sutəmizləyici qurğulardan istifadə edən kəndlərinin dövlətin həyata keçirdiyi bu layihədən uğurla yararlanmasının göstəricisidir. ETSN-ə ötən ay ərzində həm də İmişli rayonundan müraciət daxil olub. Həmin rayonun Nurulu kəndində, Beyləqan rayonunun isə Aşıqalılar kəndində də belə qurğulara ehtiyac olması ilə bağlı nazirliyə müraciətlər ünvanlanıb.
ölkə Prezidenti İlham Əliyevin 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü isə ilin hadisəsinə çevrilib. Nəticədə, Bakı və onun ətraf ərazilərində ETSN tərəfindən 2009-cu ilin payız-2010-cu ilin yaz mövsümlərində 1 005 000 ədəd ağac və kol bitkisi əkilib. Təkcə ötən həftə Bakı və onun ətraf ərazilərində 38,22 hektar sahədə 67 290 ədəd ağac və kol bitkisi əkilib. ümumilikdə, ölkə ərazisində bir həftə ərzində əkilən ağacların sayı 834 174 ədəd təşkil edib. ümumilikdə, 2009-cu ilin payız mövsümü başlayandan bugünədək Bakı və onun ətraf ərazilərində 1 839 174 ədəd ağac və kol bitkisi əkilib.Qeyd etməliyik ki, bu qədər ağacla ölkəmizi Meşə Mühafizəsi və Bərpası müəssisələri təmin edib. üstəlik, Dövlət meşə fondu torpaqlarında heç bir əlavə vəsait xərclənmədən, nazirliyin daxili imkanları hesabına 114 hektar sahədə 290 560 ədəd müxtəlif ağac əkilib. Prezidentin müvafiq Sərəncamının icrası istiqamətində ETSN, qurumun Meşə Mühafizəsi və Bərpası müəssisələri payız əkin mövsümünün proqnozunu artıqlaması ilə yerinə yetirməklə xüsusilə fərqlənib.
ümumiyyətlə, 2010-cu ilin payız əkin mövsümündən bugünədək ölkə ərazisində ümumilikdə 5 371 544 ədəd ağac və kol bitkisi əkilib.
Bir sözlə, dövlət başçısının Sərəncamı ilə ətraf mühitlə bağlı problemlərin həllinə yönəldilən mühüm və çox qiymətli sənəd olan “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən də, Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Kompleks Tədbirlər Planından irəli gələn ətraf mühitin qorunmasına yönəldilmiş Bakı Buxtasının, Bibi Heybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Aeroportun ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlər uğurla həyata keçirilir.
ölkədə qabaqcıl dünya təcrübəsi və yeni texnologiyaların tətbiqinə əsaslanaraq müasir ekoloji monitorinq sistemi yaradılıb, ətraf mühit komponentlərinin dəqiq analizi və qiymətləndirilməsi məqsədilə respublikanın müxtəlif bölgələrində, o cümlədən, ölkəyə daxil olan transsərhəd çayların üzərində ən müasir cihazlarla təmin olunmuş analitik tədqiqat laboratoriyaları təşkil edilib. Milli Hidrometeorologiya xidmətinin müasir tələblərə uyğun inkişafı üçün hidrometeoroloji müşahidə şəbəkəsi modernləşdirilıb, proqnoz sistemi müasir telekommunikasiya və informasiya texnologiyaları ilə təmin olunub.
Meteoroloji şəraitin və buzlaqların dəqiq müşahidəsi, flora və faunanın dərindən öyrənilməsi məqsədilə dağlıq ərazidə “Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi” yaradılıb. Kompleks Elm Mərkəzinin bazasında və Şahdağın zirvəsində avtomat meteoroloji stansiyalar quraşdırılıb, alternativ enerji hesabına onların fasiləsiz fəaliyyəti təmin edilib.
Uzun illər Sumqayıt şəhərinin ətraf mühitinin normadan artıq çirklənməsinə səbəb olan xlorun alınmasında əmələ gəlmiş 287 min ton civə tərkibli toksiki tullantılar Təhlükəli Tullantılar Poliqonuna daşınaraq tam şəkildə zərərsizləşdirilib.
Bir sözlə, bir ildə çox böyük işlərə imza atılıb. Bu imzanın müəllifi - Prezident İlham Əliyev isə bu uğurları şərh edərkən deyib: “Əlbəttə, biz “Ekologiya ili”nin elan edilməsi ilə bağlı bir məqsədi güdürdük ki, bu sahəyə həm ictimaiyyət, həm də dövlət qurumları tərəfindən diqqət daha da artsın və buna nail olduq. Biz bu gözəl təşəbbüsləri növbəti illərdə davam etdirməliyik”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59

