/ / Dövlət başçısı İlham Əliyev Bakıda bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışlarında iştirak edib
Dövlət başçısı İlham Əliyev Bakıda bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışlarında iştirak edib
25.01.2011 [09:32]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda yeni inşa olunmuş bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışlarında iştirak edib.
Prezident İlham Əliyev əvvəlcə paytaxtın Xəzər rayonunda avtomobillərin və piyadaların daha sıx olduğu ərazidə - Aeroport dairəsi-Zuğulba yolunun 4,4-cü kilometrliyində yeni inşa olunmuş yerüstü piyada keçidinin açılışında iştirak edib. Dövlətimizin başçısı keçidin açılışını bildirən lenti kəsib.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planına uyğun olaraq bu obyektdə tikinti işlərinə ötən ilin may ayında başlanıb.
Yeni yerüstü piyada keçidi ən müasir standartlara cavab verir. Tikintidə yüksək keyfiyyətli inşaat materiallarından və avadanlıqdan istifadə edilib. Keçidin ümumi uzunluğu 61 metr, eni 3,5 metr, yolun hərəkət hissəsindən hündürlüyü isə 5,1 metrdir. Bu da yoldan istifadə edən iri avtomobillərin rahat hərəkət etməsinə şərait yaradır.
Prezident İlham Əliyev yerüstü piyada keçidini gəzib. Bildirilib ki, keçidin metal konstruksiya hissələri yerli mütəxəssislər tərəfindən quraşdırılıb. Tikinti zamanı 800 kvadratmetrlik rəngli laminat şüşədən istifadə olunub. Bu şüşənin vurulması keçidə xüsusi gözəllik verməklə yanaşı, həm də onun maksimum işıqlı olmasına şərait yaradır. Bundan başqa, burada təbii havalandırma sistemi quraşdırılıb ki, bu da ilin bütün fəsillərində keçidin içərisində havanın daim tənzimlənməsinə imkan verəcək. Yerüstü piyada keçidinin işıqlandırılması da müasir səviyyədə qurulub. İşıqlandırma iki mənbədən avtomat qoşuculardan qidalanır. Biri fəaliyyətini dayandırdıqda dərhal ehtiyat mənbə işə düşür. Keçid inşa olunarkən əlil arabalarının hərəkəti üçün də ayrıca yol nəzərdə tutulub. Bir sözlə, burada piyadaların sərbəst keçidi üçün bütün lazımi şərait yaradılıb. Keçidin yaxınlığında 80 sot ərazi və Binə qəsəbəsinə gedən yolun ətrafı yaşıllaşdırılıb. Yerüstü keçidin bu ərazidə inşa olunması sakinlərin qəsəbələrə rahat getmələrinə imkan yaradır. Bu, həm də hərəkətin intensiv olduğu ərazidə yol hərəkəti qaydalarının pozulması hallarını da aradan qaldıracaq.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev sonra Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba qəsəbəsi avtomobil yolunda inşa edilmiş Binə yol qovşağının açılışında iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verib ki, qovşağın tikintisinə nazirliyin sifarişi ilə 2009-cu ilin sonunda başlanıb. Bildirilib ki, burada polad aşırımlı asma körpü inşa edilib. ümumi ağırlığı 4147 ton olan körpünün inşasında 662 ədəd burazdan istifadə edilib. Layihəyə əsasən körpünün istismar müddəti 100 ilə hesablanıb. Qurğunun inşası zamanı ən müasir standartlara cavab verən inşaat materialları, o cümlədən poladdan istifadə edilib.
Məlumat verilib ki, qovşaq yollarının ümumi uzunluğu 3700 metrdir. Yollara yüksək keyfiyyətli asfalt döşənib. Polad aşırımlı asma körpünün uzunluğu 95, eni isə 27,5 metrdir. Körpüdə hər birinin eni 9,25 metr olan dördzolaqlı, ikihissəli yol inşa edilib. Onun yerdən hündürlüyü 5,6 metrdir. Seysmik dayanıqlılığı 9 bal gücündə zəlzələyə hesablanmış körpünün tikintisi zamanı dünyanın aparıcı ölkələrinin təcrübəsi və texnologiyalarından istifadə olunub.
Qeyd edilib ki, asma körpü həm də piyada keçidi rolunu oynayır. Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba qəsəbəsi avtomobil yolunda nəqliyyatın hərəkətinin sıx olması əvvəllər piyadaların təhlükəsiz hərəkətinə maneələr yaradırdı. Bu körpüdə piyadalar üçün keçidin də nəzərə alınması artıq təhlükəni aradan qaldırıb. Burada yolun hər iki hissəsində piyadalar üçün pilləkənlər quraşdırılıb, körpünün üzərində hər iki tərəfdə eni 4 metr olan piyada yolu salınıb. Bu qovşaq Binə qəsəbəsindən Bakı şəhərinə və Mərdəkana, həmçinin, əks istiqamətə nəqliyyat vasitələrinin hərəkətinin maneəsiz tənzimlənməsində mühüm rol oynayır. Dövlətimizin başçısı qovşağın açılışını bildirən lenti kəsib.
İnşaatçıları təbrik edən Prezident İlham Əliyev deyib: “Sizi təbrik edirəm. Sizə təşəkkürümü bildirirəm. Bu gözəl körpünü yaratmısınız. Bu körpü həm şəhərə yaraşıq verir, həm də ki, insanlara rahatlıq. Körpü ən müasir texnologiyaların əsasında tikilibdir. Azərbaycanda artıq ən qabaqcıl texnologiya tətbiq olunur. Azərbaycanda artıq bütün işlərdə, xüsusilə yolların və körpülərin tikintisində ən müasir texnologiya mövcuddur. Eyni zamanda, bu körpünün tikintisi onu göstərir ki, vaxtilə planlaşdırdığımız bütün məsələlər həyatda öz əksini tapır. Bakının yol-nəqliyyat sisteminin yaxşılaşdırılması üçün körpülər, yol ötürücüləri, yollar tikilir və bu proses çox geniş vüsət alıb. Bakıda artıq 10-dan çox yeni yol qovşaqları tikilib və bu proses davam edir. Tikilən bütün körpülər, yol qovşaqları ən yüksək standartlara cavab verir. Binə qəsəbəsində yaşayan sakinlər üçün bu körpü, əlbəttə ki, xüsusi məna daşıyır. Vaxtilə bu məntəqədə daim tıxaclar yaranırdı, burada işıqforlar bir neçə istiqamətdə yol hərəkətini tənzimləyirdi. Hazırda çox rahat, heç bir vaxt itirmədən Binə qəsəbəsinə və Binə qəsəbəsindən şəhərə, digər kənd və qəsəbələrə gedən sərnişinlər, vətəndaşlar rahat imkanlara malikdirlər. Bu, eyni zamanda, onu göstərir ki, Azərbaycanda görülən işlər maddi imkanlarımıza, maliyyə resurslarımıza əsaslanır. Baxmayaraq ki, dünyada keçən il, 2008-ci il böhranlı illər kimi tarixdə qalır, Azərbaycanda o illər ərzində və bu il və gələcək illərdə heç bir yubanma olmayacaqdır. İnfrastruktur layihələrinin həyata keçirilməsi üçün bizdə imkanlar da, maliyyə vəsaiti də vardır. 2011-ci ilin investisiya proqramı yaxın günlərdə təsdiq olunacaqdır. Bu proqramda nəqliyyat sektorunun inkişafı üçün kifayət qədər vəsait nəzərdə tutulub və bu da bizə imkan verəcək ki, həm bu gün, həm qarşıdakı illərdə Azərbaycanda bütün nəqliyyat sistemini müasirləşdirək, yaxşılaşdıraq və ən yüksək standartlara çatdıraq. Bu körpü dünyanın ən inkişaf etmiş ölkələrinin şəhərlərində tikilən körpülərdən geri qalmır. Bəlkə də onlardan daha da üstündür, çünki ən qabaqcıl, ən yeni texnologiyalar burada tətbiq olunub. Mən çox şadam ki, xarici mütəxəssislərlə bərabər Azərbaycan mütəxəssisləri, fəhlələri, şirkətləri bu gözəl işlərdə fəal iştirak edirlər. Bu, həm şirkətlərimizin təcrübəsini artırır, həm də onu göstərir ki, artıq Azərbaycanda bu sahədə çox yaxşı və müasir şirkətlər vardır. Vəsait də Azərbaycanda qalır, insanlarımız işlə təmin olunur, ölkəmiz də inkişaf edir. 2011-ci il yaxşı başlayır. Biz artıq birinci böyük açılışı qeyd edirik. Belə açılışlar il ərzində çox olacaqdır. Sizə, bu körpünün tikintisində iştirak etmiş bütün insanlara, bir daha minnətdarlığımı bildirmək istəyirəm. Sizə yeni uğurlar arzulayıram. Sağ olun”.
Prezident İlham Əliyevə körpünün burazlarının sınağı zamanı istifadə edilən qurğu barədə də məlumat verilib. Bildirilib ki, inşaat işləri zamanı burazlar bu qurğu vasitəsilə bir neçə dəfə sınaqdan çıxarılıb.
Dövlətimizin başçısı qovşağın ətrafında aparılmış abadlıq işləri ilə də tanış olub. Məlumat verilib ki, burada ümumilikdə 8 hektar sahədə abadlıq və yaşıllaşdırma işləri görülüb, müxtəlif dekorativ ağac və gül kolları əkilib. İnşaat işləri zamanı yaşıllıqların suvarılmasının təşkili məsələsinə də diqqət yetirilib. Bunun üçün uzunluğu 4 kilometr olan drenaj sistemi quraşdırılıb. Körpü və qovşaq yollarında müasir işıqlandırma sistemi yaradılıb. Qovşaq həm də ərazinin gözəlliyinə əlavə çalarlar gətirir.
Dövlətimizin başçısı İlham Əliyev paytaxtın Xəzər rayonunda avtomobillərin hərəkətinin daha intensiv olduğu Aeroport dairəsi- Zuğulba yolunun 1,6 kilometrlik hissəsində inşa olunmuş yeni yeraltı piyada keçidinin açılış mərasimində də iştirak edib. Prezident İlham Əliyev açılışı bildirən qırmızı lenti kəsib.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planına uyğun olaraq inşa edilmiş bu keçidin tikintisinə 2010-cu ilin mart ayında başlanıb. Keçidin inşasında əsas məqsəd Milli Aviasiya Akademiyasında təhsil alan tələbələrin, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşlarının, yaxınlıqda yerləşən bir sıra müəssisələrdə çalışanların və sakinlərin təhlükəsizliyini təmin etməklə yanaşı, Aeroport istiqamətində və əks istiqamətdə avtomobillərin fasiləsiz hərəkətinə nail olmaqdır.
Piyada keçidində tikinti işləri müasir texniki üsullardan istifadə edilməklə yüksək səviyyədə aparılıb. İnşaat işlərində 70-ə yaxın işçi çalışıb, 80-ə yaxın ən müasir texnikadan istifadə olunub. Dörd giriş-çıxışı olan yeraltı keçiddə əlil arabalarının hərəkəti üçün də lazimi şərait yaradılıb. Keçidin tikintisində 2600 kvadratmetr yüksək keyfiyyətli mərmərdən istifadə edilib. Yeraltı piyada keçidinin uzunluğu 54 metr, eni 6,5 metr, hündürlüyü isə 3 metrdir. Keçid müasir işıqlandırma sistemi ilə təchiz olunub. Yağış və süxur sularının toplanması üçün yaradılan drenaj sistemi xüsusi kanalizasiya xəttinə qoşulub.
Keçidin yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri görülüb, avtomobil yollarının kənarında piyadaların hərəkəti üçün rahat səkilər salınıb, girişlərin yaxınlığında yeni, müasir dayanacaqlar qurulub. Yeni yeraltı piyada keçidindən istifadə hərəkətin intensiv olduğu bu ərazidə həm avtomobillərin, həm də piyadaların təhlükəsizliyini tam təmin edəcək.
Görülən işləri yüksək qiymətləndirən dövlətimizin başçısı müvafiq tapşırıq və göstərişlərini verib.
Sonra Prezident İlham Əliyev hava limanı qovşağı körpü keçidinin açılış mərasimində iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verib ki, bu qovşaq “Bakı şəhəri - Heydər Əliyev Beynəlxalq Aeroportu-Zuğulba qəsəbəsi avtomobil yolunun yenidən qurulması, yol qovşaqlarının və piyada keçidlərinin tikintisi” layihəsi çərçivəsində inşa edilib. Aeroport yol qovşağı ikisəviyyəlidir və “yonca yarpağı” tiplidir. Böyük əhəmiyyətə malik olan bu qovşaq Zığ qəsəbəsi-Aeroport və Bakı şəhəri-Mərdəkan qəsəbəsi istiqamətlərində avtomobillərin hərəkətinin tamamilə təhlükəsiz və maneəsiz tənzimlənməsini həyata keçirir. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib.
Bildirilib ki, tikintisinə ötən ilin may ayında başlanmış Aeroport qovşağı körpüsündə inşaat işləri yüksək səviyyədə aparılıb. Yeni istifadəyə verilən qovşaq yollarının ümumi uzunluğu 6 min 757 metrdir. İki istiqamətli, dörd aşırımlı körpünün uzunluğu 127 metr, eni isə 39,8 metrdir. Körpünün konstruksiyası gərginləşdirilmiş dəmir-betondandır. Burada 8,8 kilometr uzunluğunda müasir drenaj sistemi də quraşdırılıb. Körpü 9 bal gücündə zəlzələyə davamlıdır və istismar müddəti 100 ilə hesablanıb.
Prezident İlham Əliyevə körpünün ətrafında görülmüş işlər barədə də məlumat verilib. Qovşağın ətrafında 26 hektar sahədə abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb, müasir suvarma sistemi yaradılıb. Körpüdə işıqlandırma sistemi də yüksək səviyyədə quraşdırılıb.
Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

