Avrasiyanın polad kəməri
01.02.2011 [10:51]
I Yazı
ötən əsrin ortalarından başlayaraq bölgədə sülh və təhlükəsizliyi möhkəmləndirmək, geniş əməkdaşlıq meydanı yaratmaq və qarşılıqlı inteqrasiyanı dərinləşdirmək məqsədilə aktiv fəaliyyəti və təşəbbüskarlığı ilə seçilən Azərbaycan digər qonşularını da bu sıx inteqrasiya şəbəkəsinə cəlb etməsi ilə diqqət mərkəzində dayandı. ümummilli lider Heydər Əliyev regionda geniş əməkdaşlıq məkanı yaratmaq və qarşılıqlı dialoqu gücləndirmək, eyni zamanda, Qərbə doğru inteqrasiyanı möhkəmləndirmək üçün enerji və nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılmasını olduqca vacib hesab etdiyindən bu istiqamətdə qətiyyətli addımlar atmağa başladı. Ulu öndər respublikamızın zəngin yanacaq resurslarının Qərbə nəqlini nəzərdə tutan strateji enerji dəhlizlərinin yaradılmasını reallaşdırmaqla, həm də növbəti trans-kommunikasiya marşrutlarına əlverişli zəmin yaratdı.
Beləliklə, ötən əsrin sonunda ümummilli lider Heydər Əliyevin şah əsəri olan Bakı-Tbilisi-Ceyhan kəmərinin əsasının qoyulması üçün əsaslı təməllər yaradıldı. Bundan sonra, bu layihə gerçəyə çevrildi və özündən sonrakı marşrutlar və nəqliyyat layihələri üçün açar rolunu oynadı. Bu gün tikinti işlərinin həlledici mərhələyə qədəm qoyduğu Bakı-Tbilisi-Qars dəmiryolu xətti də məhz ötən əsrin ortalarında həyata keçirilən uğurlu neft strategiyasının məntiqi davamıdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, “Bakı-Tbilisi-Qars layihəsi Azərbaycanın böyük neft-qaz yataqlarının işlənilməsi nəticəsində həyata keçirilən neft-qaz kəmərləri layihələrinin - Azərbaycanı Gürcüstan və Türkiyə ilə birləşdirən Bakı-Supsa, ondan sonra Bakı-Tbilisi-Ceyhan, ondan sonra Bakı-Tbilisi-Ərzurum layihələrinin məntiqi nəticəsidir”.
İstər enerji, istərsə də nəqliyyat layihələrinin əhəmiyyətindən danışarkən, ilk növbədə, genişşəbəkəli tranzit məkanının yaradılmasında Azərbaycanın təşəbbüskar və siyasi iradə sahibi olan dövlət kimi rolunu xüsusi qiymətləndirmək gərəkdir. Respublikamızın bölgədə formalaşdırdığı çoxşaxəli əməkdaşlıq məkanında qonşu dövlətlər olan Gürcüstan və Türkiyənin də mühüm rolunu qeyd etmək olar. Hər üç ölkə birlikdə bölgədə sülh və təhlükəsizlik platformasının yaradılması üçün bütün səylərini birləşdirib, siyasi iradə nümayiş etdirib. İşğalçı ölkə olan Ermənistanın hər üç dövlətə qarşı ərazi iddialarından əl çəkməməsi və Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirməsi isə bədnam qonşumuzun regional layihələrdə yer almasına mane olub. Yəni, regionda sülhə təhlükə olan dövlətin qlobal miqyaslı layihələrdən pay alması heç cür mümkün deyil. çünki bu cür layihələr sülhün möhkəmlənməsinə xidmət edir, dövlətləri bir-birinə yaxınlaşdırır. Ermənistan isə işğalçıdır, işğalçı isə daim sülhə təhlükədir.
Göründüyü kimi, üç qonşu dövlətin öz siyasi iradəsini, əməkdaşlıq prinsiplərini ortaya qoyması istənilən layihənin, o cümlədən, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin reallaşmasına səbəb olub. Bu dəmiryolu xətti Azərbaycan, Türkiyə və Gürcüstan hökumətlərinin birgə ən iri dördüncü trans-kommunikasiya layihəsi sayılır. Məsələ ondadır ki, təxminən 5 il əvvəl, dəmiryolu xəttinin çəkilməsi ilə bağlı müzakirələrin intensivləşdiyi dövrdə bir çox ölkələr, beynəlxalq qurumlar və maliyyə təşkilatları layihənin baş tutacağına inanmırdılar. Onlar bunun, sadəcə, təklif kimi tarixin arxivində qalacağını iddia edirdilər. Xüsusilə də, Amerikada yaşayan erməni lobbisi bu dəmiryolu xəttini həm ABŞ-ın, həm də Avropa İttifaqının nəzərində region üçün arzuolunmaz layihə kimi qəbul etdirməyə çalışırdı. Hətta Bakı-Tbilisi-Qarsın Rusiya və İranın Azərbaycan vasitəsilə Avropa ölkələrinə çıxışını təmin edən Şimal-Cənub layihəsinə alternativ kimi yaradılması barədə fikirlər də səsləndirilirdi. Azərbaycan dəfələrlə BTQ-nin hansısa marşrutun işini məhdudlaşdırmaq üçün hesablanmadığını bildirsə də, bu iddialar səngimirdi. 3 il əvvəl Tehranda keçirilən sammitdə Avropaya istiqamətlənən dəmiryolunun çəkilişi barədə müzakirələrdə respublikamızın bir daha mövqeyi bu cür gərginliklərə son qoydu. Proseslərin gedişi onu göstərdi ki, Azərbaycanın siyasi qətiyyəti, həmçinin, tərəfdaş ölkələrin birgə həmrəyliyi bu layihənin həyata vəsiqə almasına səbəb oldu.
Hazırkı dünya düzənində baş verən hadisələri nəzərdən keçirdikdə açıq-aşkar çoxşaxəli nəqliyyat vasitələrinin yaradılması uğrunda rəqabətin geniş xarakter aldığını görmək olar. Dəniz və təyyarə limanlarının istifadəyə verilməsi, geniş avtomobil yollarının çəkilişi birbaşa Avropa məkanında yerləşən dövlətlərə çıxışın asanlaşmasına və genişlənməsinə xidmət edir. Azərbaycanın həmin dövlətlərə çıxışı üçün təyyarə və dəniz marşrutlarının rolu böyükdür, dəmiryolu ilə birbaşa əlaqələrin qurulması isə əlavə imkanlar deməkdir.
Respublikamızın Şərq-Qərb və Şimal-Cənub layihələrinin qovuşuğunda yerləşməklə böyük nəqliyyat şəbəkələrinin mərkəzinə çevrildiyi və iki beynəlxalq kommunikasiya qovşaqlarının mərkəzi olmaqla bütünlüklə Avrasiya regionunda öz geostrateji əhəmiyyətini gücləndirdiyi hamı tərəfindən qəbul olundu. Xatırlatdığımız kimi, müxtəlif ziddiyyətli mövqelərə baxmayaraq, Avropa İttifaqının və Amerikanın da bu layihəyə mövqeyi tamamilə dəyişdi və onu dəstəkləməyə başladı. Avropanın ən nəhəng maliyyə təşkilatı olan Avropa Yenidənqurma və İnkişaf Bankı dəmiryolu xəttinə maliyyə ayırdı. Məsələ burasındadır ki, Türkiyə və Azərbaycanın maliyyə qüdrətinin müqabilində bu layihəyə beynəlxalq təşkilatların vəsait ayırmasına ehtiyac da duyulmur. Azərbaycanın hazırkı maliyyə vəziyyəti bütün iri layihələr kimi, Bakı-Tbilisi-Qarsın da çəkilişinə imkan verir.
Azərbaycanın Avropa ölkələri ilə sıx təmas yaratmaq üçün istifadə etdiyi nəqliyyat marşrutları heç bir ölkənin layihələrinə qarşı yönəlməyib. Prezident İlham Əliyev bildirib ki, bizim başladığımız və uğurla icra etdiyimiz bütün layihələr əməkdaşlıq, dostluq amillərini möhkəmləndirən layihələrdir: “Bu layihələr heç kimə qarşı yönəldilməyib, sadəcə olaraq, dostluğa, əməkdaşlığa yönəldilmişdir. Biz dostuq, qardaş ölkələrik, qardaş xalqlarıq və tam haqqımız var ki, xalqlarımızın milli maraqlarını təmin etmək üçün istənilən layihəni icra edək və biz bunu edirik. Gələcəkdə bu layihə, əlbəttə ki, xalqlarımızın rifah halının yaxşılaşmasına, bölgədə gedən əməkdaşlıq meyillərinin güclənməsinə gətirib çıxaracaqdır. Mən şübhə etmirəm ki, bu layihə başa çatandan sonra ona qoşulan tərəflər və ölkələr kifayət qədər çox olacaqdır”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

