Avrasiyanın polad kəməri...
02.02.2011 [10:07]
II Yazı
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin reallaşması ilə bağlı meydana çıxan bir sıra tərəddüdlər aradan qalxdıqdan sonra Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları öz siyasi qətiyyətlərinin daha bir təntənəsini nümayiş etdirərək kəmərin təməlinin qoyulması üçün bir araya gəldilər. 2008-ci il iyulun 24-də Bakı-Tbilisi-Qars dəmiryolunun Türkiyə hissəsinin təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. Türkiyə Prezidenti Abdullah Gül, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin iştirak etdiyi bu mərasim XXI əsrin birinci onilliyində ən mühüm siyasi və iqtisadi hadisə kimi tarixə düşdü. Beləliklə, layihənin gerçəkləşməsi istiqamətində ən mühüm addım atıldı və BTQ-nin çəkilişi həlledici mərhələyə qədəm qoydu.
Bu mühüm tarixi hadisənin əhəmiyyəti barədə danışan Prezident İlham Əliyev Türkiyə, Gürcüstan və Azərbaycanın yeni tarix yazdığını qeyd edərək üç ölkənin səmərəli əməkdaşlığı nəticəsində bölgədə bütün layihələrin uğurla icra olunduğunu bəyan etdi: “Biz həm ikitərəfli formatda çox səmərəli əməkdaşlıq edirik, eyni zamanda, üçtərəfli formatda da əlaqələrimiz real, konkret layihələrin həyata keçirilməsi ilə nəticələnir. Bütün bu işlərin, əlbəttə ki, çox böyük tarixi vardır. Bizim xalqlarımız bütün dövrlərdə dostluq, mehribanlıq şəraitində yaşamışlar. Bizim xalqlarımız əsrlər boyu qonşu, dost xalqlar olaraq, bir-birinə daim kömək etmişlər, əməkdaşlıq etmişlər, bir yerdə yaşayıb-yaratmışlar”.
Dövlət başçısı regionun bu üç ölkəsi arasında iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin ən yüksək zirvəyə çatdığını qeyd edərək digər dövlətlər üçün nümunə xarakteri daşıdığını bildirib: “Deyə bilərəm ki, üç ölkə arasında, üçtərəfli əməkdaşlıq bəlkə də, dünyada müşahidə olunmur, bunun analoqu yoxdur. Bu, həm siyasi, iqtisadi, mədəni sahələrdə olan əməkdaşlıqdır, eyni zamanda, real layihələrin həyata keçirilməsi baxımından çox önəmlidir. Təkcə bizim ölkələrimiz və xalqlarımız üçün deyil, Avropa üçün, dünya üçün önəmli olan irimiqyaslı layihələri Türkiyə, Gürcüstan, Azərbaycan birgə həyata keçiribdir. Vaxtilə əfsanə sayılan və bəzi dairələr tərəfindən qəbul edilməyən, yaxud şübhə ilə yanaşılan Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq reallıqdır. Biz buna nəyin hesabına nail olduq? üç ölkənin iradəsi hesabına, xalqlarımızın bir yerdə olması və birgə əməkdaşlıq imkanlarımızın ortaya qoyulması hesabına”.
Azərbaycan Prezidenti Bakı-Tbilisi-Qars layihəsinin bölgədəki əməkdaşlıq meyillərinin daha da güclənməsinə, Avropa və Asiya üçün əvəzolunmaz nəqliyyat nöqtəsinə çevrilməsinə öz töhfəsini verəcəyinə dərin əminliyini ifadə edib. Layihənin böyük iqtisadi və siyasi dividendlər gətirəcəyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan, Gürcüstan və Türkiyənin birgə uğurlu əməkdaşlığının, həmçinin, zəngin təcrübəsinin başqa tərəflər üçün də örnək olduğunu xatırladıb. Bütün region ölkələri sülh və təhlükəsizliyi möhkəmləndirmək, qarşılıqlı əməkdaşlıq platforması yaratmaq istəyirsə, bu üç dövlətin atdığı addımlardan nümunə götürməlidir. çünki, yeni əsr birgə səmimi və qarşılıqlı əməkdaşlığı tələb edir. Dostluq, mehribanlıq, qarşılıqlı anlaşma, bir-birinə dəstək olan yerdə isə qarşıya qoyulan bütün məqsədlərə çatmaq olar.
BTQ-nin strateji layihə və nəhəng kommunikasiya sistemi olmasını onun maliyyə tutumuna və istifadə olunan avadanlıqların, mal-material, texnologiyaların həcminə baxmaqla da görmək olar. Bu kəmərə 700 milyon dollardan artıq investisiya qoyuluşu planlaşdırılsa da, layihənin digər komponentləri üzrə işlərin miqyasının artması BTQ-nin ən azı 1 milyard dollara bərabər dəmiryolu xətti olacağını deməyə əsas verir. Məsələn, Qarsdan Gürcüstanın Axalkalaki şəhərinədək olan 105 kilometrlik hissəsinin çəkilməsinə 500 milyon dollardan artıq sərmayə qoyulması nəzərdə tutulub. Qeyd edək ki, Qarsdan Gürcüstan sərhədinədək 76 kilometrlik hissənin tikintisini Türkiyə maliyyələşdirir. Onu da xatırladaq ki, bu layihədə də əsas investor kimi Azərbaycan çıxış edir. ölkəmiz Gürcüstana öz ərazisindəki tikinti işlərini həyata keçirməsi üçün 200 milyon dollar həcmində kredit verib.
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilməsi ilə bağlı işlər intensiv şəkildə davam etməkdədir və layihə hazırda ən həlledici mərhələyə qədəm qoyub. İndiyədək layihə üzrə işlərin 55 faizindən çoxu həyata keçirilib və nəzərdə tutulan tədbirlər qrafikə uyğun davam etdirilir. Hazırda kəmərin əsas detallarından biri olan Gürcüstandakı 29 kilometrlik dəmiryolunun və uzunluğu 4,5 kilometr olan tunelin çəkilişinə hazırlıq görülür. Türkiyə tərəfi isə yaxın vaxtlarda uzunluğu 70 kilometr olan tunelin çəkilişinə başlayacaq. Eyni zamanda, layihənin maliyyələşdirilməsi ilə bağlı da heç bir problem meydana çıxmayıb. ötən dövr ərzində tikinti və təmir-bərpa işlərinə yönəldilən vəsaitlərin ayrılması davamlı xarakter alıb.
“Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmiryolu üç ölkənin birgə trans-nəqliyyat sistemi olsa da, layihənin əhatə etdiyi coğrafiyanın dairəsi həddindən artıq genişdir. BTQ istifadəyə verildikdən sonra digər nəqliyyat infrastrukturları ilə birləşdiriləcək. Bu layihə Türkiyədə tikintisi davam edən Mərmərə layihəsi vasitəsilə Şərqlə Qərbi birləşdirəcək. Yəni, bu kommunikasiya qovşağı Avropadan çinə qədər birbaşa əlaqəni təmin etməyə imkan verəcək. Artıq Qazaxıstan da bu xəttə qoşulmaq niyyətini bəyan edib. Qazaxıstan hökuməti Orta Asiyanın mövcud nəqliyyat infrastrukturlarının yeniləşdirilməsini və BTQ-yə birləşdirilməsini təklif edib. Məsələ ondadır ki, bu təşəbbüsün reallaşması üçün tam imkanlar var və Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsi həm də Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1993-cü ildə Türkiyə ilə Orta Asiya arasında kəsilmiş dəmiryolu əlaqəsinin yenidən bərpa olunmasına öz töhfəsini verəcək. Bundan başqa, digər dövlətlər də öz nəqliyyat şəbəkələrini bu kommunikasiya bağlantısına birləşdirməklə, Avropa və Asiyaya ən asan, rentabelli və sərfəli kəmərin gücündən istifadə etməyi düşünür. Bir sözlə, BTQ Asiyadan Avropaya, Londona qədər uzanan bir mədəniyyət dəhlizi, beynəlxalq dostluq və qardaşlıq dəhlizi yaradacaq. Avropa və Asiya regionunun iqtisadi və siyasi mənzərəsinin dəyişməsinə gətirib çıxaran bu hadisə trans-nəqliyyat sistemlərinin qovşağını yaratmaqla bərabər, dəmiryolunun keçdiyi ərazilərdə yerləşən dövlətlərin Avropaya inteqrasiyasının dərinləşməsinə impuls verəcək.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13

