Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dövlət başçısı İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Xətai və Nizami rayonlarında görülən işlərlə tanış olub

Dövlət başçısı İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Xətai və Nizami rayonlarında görülən işlərlə tanış olub

02.04.2011 [12:17]

Prezident İlham Əliyev: Mən isə gəlmişəm ki, bu gün sizlə görüşüm, sizdən eşidim hansı işlər görülməlidir, əhalini narahat edən məsələlər nədir, nəyi biz əlavə etməliyik?! çünki mən sizdən eşitmək istəyirəm. Qəsəbə sakinlərini nələr, hansı məsələlər narahat edir ki, biz onları operativ şəkildə həll edək
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 9-da  Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdi. Həmin müşavirədə dövlətimizin başçısı  şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi.
Bu tapşırıqların icrası ilə yerində tanış olmaq üçün Prezident İlham Əliyev dünən Xətai rayonunun Əhmədli və Nizami rayonunun Keşlə qəsəbələrində olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hazırlanmış sxem əsasında Əhmədli qəsəbəsində asfalt örtüyü döşənməsinə ehtiyac olan küçələr barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, martın 9-da  keçirilmiş müşavirədə Azərbaycan Prezidentinin verdiyi tapşırıqların icrasına başlanıb. O cümlədən Xətai rayonunun 15 min sakini olan Əhmədli qəsəbəsində 24 min kvadratmetr yola asfalt döşənib. Məhəllədaxili yolların 40 min kvadratmetrlik hissəsi də asfaltlanacaq. Qəsəbənin küçələrində müasir  işıqlandırma sistemi qurulacaq, kanalizasiya xətləri çəkiləcək. İnfrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına salınacaqdır. Əhmədli qəsəbəsində müasir xəstəxana və  yeni kitabxana binalarının inşası da nəzərdə tutulub. Qəsəbədə həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə də görüşüb. Sakinlər dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev qəsəbə sakinlərinə müraciətlə deyib: “Xoş gördük. Əhmədli qəsəbəsində işlər gedir, küçələrə asfalt döşənir. İndi mənə göstərdilər, köhnə küçələrin vəziyyəti çox bərbad idi. özü də torpaq yollar idi. İndi hər yerə asfalt döşənir. Bu, Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramının, sadəcə olaraq, həyata keçirilməsində birinci addımlardır. Proqram bütövlükdə hazırlanır və yaxın zamanlarda təsdiq olunacaq. Bu proqram bütün qəsəbələri əhatə edəcəkdir. Qəsəbələrdə bütün infrastruktur - su xətləri, kanalizasiya xətləri, qazlaşdırma, - harada ki, hələ lazımi səviyyədə deyil, - elektrik enerjisi ilə təchizat, yolların çəkilişi, məktəblərin, tibb məntəqələrinin təmiri, yaxud da ki, yenidən qurulması məsələləri öz əksini tapacaqdır. Beləliklə, Bakı qəsəbələrində yaşayan insanlar üçün çox yaxşı şərait yaradılacaqdır”.
Qəsəbə sakinləri dövlət başçısına təşəkkürlərini bildiriblər.
Sonda qəsəbə sakinləri dövlətimizin başçısı ilə xatirə şəkli çəkdiriblər.
Əhmədli kəndinin sakinləri ilə görüşdən sonra Prezident İlham Əliyev Nizami rayonunun Keşlə qəsəbəsinə gəlib. Keşlə qəsəbəsinin sxemi əsasında da asfalt örtüyünün döşənməsinə ehtiyac olan küçələr barədə dövlətimizin başçısına məlumat verilib. Keşlə qəsəbəsində də abadlıq və quruculuq  tədbirlərinə yolların əsaslı təmiri ilə başlanılıb. Yararsız vəziyyətdə olan qəsəbədaxili yolların 18 min 200 kvadratmetrlik hissəsinə artıq asfalt döşənib. Yolların qalan 55 min kvadratmetrlik hissəsinə isə yeni asfalt örtüyünün döşənəcəyi qeyd olunub. Keşlə qəsəbəsində də küçələrin işıqlandırılmasına, su və kanalizasiya sisteminin yenidən çəkilməsinə başlanılacaq. Dövlətimizin başçısının tapşırığı ilə qəsəbənin “Qafqaz” yaşayış massivində 600 şagird yerlik yeni məktəb binası inşa olunacaqdır. Qəsəbədə müasir xəstəxana binasının və təcili yardım stansiyasının tikiləcəyi də nəzərdə tutulur.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev Keşlə qəsəbəsinin sakinləri ilə görüşüb.
Keşlə qəsəbəsinin sakinləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev qəsəbə sakinlərini salamlayaraq deyib: “Keşlə qəsəbəsinin inkişafı ilə bağlı müvafiq tapşırıqlar verilmişdir və o tapşırıqlar yerinə yetiriləcəkdir. Beləliklə, bu qəsəbədə olan bütün problemlər tədricən öz həllini tapacaqdır. Keşlə qəsəbəsinin ərazisi və əhalisi Nizami rayonunun təqribən yarısı qədərdir. Qədim yaşayış məntəqəsidir. Elə etməliyik ki, burada yaşamaq üçün bütün şərait yaradılsın. Sosial-iqtisadi inkişaf baxımından müəyyən işlər görülmüşdür. Yeni iş yerləri, yeni sənaye müəssisələri açılmışdır. Ancaq hələ görüləsi işlər çoxdur. İlk növbədə infrastruktur, su, kanalizasiya xətləri, qazlaşdırma prosesi daha da sürətlə getməlidir. İndi bu işlərin böyük əksəriyyəti görülüb. Amma bəzi hallarda qazın təzyiqi aşağı səviyyədədir. Yolların çəkilişi və yeni asfalt örtüyün vurulması məsələləri vardır. İndi mənə məlumat verilib ki, xəstəxananın tikintisinə ehtiyac vardır. Əlavə məktəb tikilməlidir. Yəni, bütün bu məsələlər Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramında öz əksini tapacaqdır. Proqram yaxın zamanlarda təsdiq olunacaqdır. Amma biz vaxt itirməmək üçün artıq işlərə başlamışıq. Yollar çəkilir və lazım olan digər məsələlər öz həllini tapmalıdır. Hər bir yaşayış məntəqəsində, Bakının hər bir qəsəbəsində normal, yaxşı şərait yaradılmalıdır. Mən isə gəlmişəm ki, bu gün sizlə görüşüm, sizdən eşidim hansı işlər görülməlidir, əhalini narahat edən məsələlər nədir, nəyi biz əlavə etməliyik?! çünki mən sizdən eşitmək istəyirəm. Qəsəbə sakinlərini nələr, hansı məsələlər narahat edir ki, biz onları operativ şəkildə həll edək”.
Qəsəbə sakinləri dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda sakinlər Prezident İlham Əliyevlə xatirə şəkli çəkdiriblər.

Paylaş:
Baxılıb: 957 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30