Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb
08.04.2011 [10:42]
Aprelin 7-də Bakıda, “Gülüstan” sarayında ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Forumun “Sərhədsiz dünyaya doğru” mövzusunda açılış sessiyasında iştirak ediblər. ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəklədiyi təşəbbüsdür. Bu təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir. Bakı Forumunda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunacaq, dialoqa yönələn maneələr nəzərdən keçiriləcək və onun müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə müzakirə ediləcək. Forum, həmçinin təcrübə mübadiləsi, eləcə də, yeni təşəbbüslərin irəli sürülməsi baxımından əlverişli imkanlar yaradacaq. Dünyanın bütün qitələrindən gəlmiş insanların təmsil olunduğu forumda siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, merlər və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, mədəniyyət üzrə ekspertlər və tanınmış ziyalılar iştirak edirlər.
“Euronews” telekanalı media tərəfdaşı kimi öz yayım şəbəkələri ilə forumu təşviq edir. Forum Azərbaycana həsr olunmuş videofilmin nümayişi ilə başlayıb. Dövlətimizin başçısı açılış sessiyasında nitq söyləyib.
Prezidenti İlham Əliyev deyib ki, Mədəniyyətlərarası forumun Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edir: “Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır. çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır. Biz çox şadıq ki, indi, Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyillər daha da güclənir. Azərbaycanda bütün xalqların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır, bütün tarixi və dini abidələr qorunur. Azərbaycanda din azadlığı, vicdan azadlığı tam şəkildə bərqərar olunubdur. Müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə - məscidlər, kilsələr, sinaqoqlar tikilib və təmir edilmişdir və bu proses indi də davam edir. Yəni Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Biz tam əminik ki, dini və milli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür. Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur. Həm tarixi keçmişimiz bugünkü şəraiti bizim üçün yaradır, həm də bu sahədə dövlət siyasətimiz birmənalıdır. Bir daha demək istəyirəm ki, bizim gücümüz birliyimizdədir. Milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir kəs bizim dəyərli vətəndaşımızdır. Mən şübhə etmirəm ki, Azərbaycanda milli və dini dözümlülük məsələləri bundan sonra da uğurla öz həllini tapacaq, Azərbaycan vətəndaşları bundan sonra da bir ailə kimi yaşayacaqlar”.
Dövlət başçısı İlham Əliyev söyləyib ki, Azərbaycan islam dünyasının tərkib hissəsidir: “İslam bizim dinimizdir, islam dəyərləri, milli dəyərlər bizim üçün çox əzizdir. Müstəqillik dövründə Azərbaycan çox böyük və uğurlu yol keçmişdir. Müstəqillikdən əvvəlki dövrdə milli mənsubiyyətimizi, milli xarakterimizi qoruyub saxlamaq üçün bizim tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz müstəsna rol oynamışdır. Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür və müsəlman ölkələri ilə bizim çox sıx əlaqələrimiz vardır. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmişdi. 2018-ci il üçün isə bu şərəfli ada Azərbaycanın qədim şəhəri Naxçıvan layiq görülmüşdür. Eyni zamanda, Azərbaycan bütün dövrlərdə Qərb dünyasına da çox bağlı, çox yaxın olubdur. Müsəlman Şərqində ilk demokratik respublika 1918-ci ildə Azərbaycanda yaradılmışdır. Müsəlman Şərqində ilk teatr, məhz Azərbaycanda yaranmış, ilk opera burada səhnəyə qoyulmuşdur. Qadınların səs vermək hüququ müsəlman aləmində ilk dəfə məhz Azərbaycanda təmin edilmişdir. Yəni bizdə dünyəvi dövlətin bu ənənələri var, baxmayaraq ki, uzun illər, əsrlər boyu Azərbaycan müstəqillikdən məhrum edilmişdi. Buna baxmayaraq, o vaxt qısamüddətli müstəqil həyatımız o qədər gücli ənənələr qoymuşdur ki, bunlar bu gün də yaşayır və cəmiyyətimizin inkişafı üçün o ənənələrin müstəsna rolu var. Azərbaycan, eyni zamanda Avropa Şurasının üzvüdür. İslam Konfransı Təşkilatının və Avropa Şurasının üzvlərinin sayı yüzdən artıqdır. Yəni bu, özlüyündə nadir bir təcrübədir. Təsadüfi deyil ki, mədəniyyətlərarası dialoqun keçirilməsi üçün məhz Azərbaycan həm coğrafi, həm tarixi baxımdan, həm bugünkü reallıqlar baxımından mərkəzə çevrilir. Biz bunu çox alqışlayırıq. Əlbəttə, təkcə bizim təşəbbüslərimiz bu məsələyə nail olmaq üçün kifayət etməzdi. Bizim qonaqlarımız, Azərbaycana xoş münasibət bəsləyən, bu gün forumda iştirak edən bütün qonaqlar Bakının bu sahədə mərkəzə çevrilməsi üçün öz dəstəyini vermiş olurlar”.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, hər bir cəmiyyətdə düzgün siyasət aparılmalıdır, insanlar bir-birinə daha da yaxın olmalıdır, dini zəmində qarşıdurmaya yol verilməməlidir: “Hər bir məsuliyyətli iqtidar bu məsələlərə çox böyük həssaslıqla yanaşmalıdır. Bəzi hallarda süni şəkildə yaradılmış problemlər aradan qaldırılmalıdır. Bəzi hallarda təxribat xarakterli addımlar, hərəkətlər daha da böyük faciələrə gətirib çıxarır. Yəni hər bir məsuliyyətli siyasətçi, ictimai xadim, vətəndaş öz əməyi ilə, öz sözü ilə müsbət meyilləri gücləndirməlidir. Bu gün dünyada qloballaşma haqqında, mədəniyyətlərarası dialoq haqqında, multikulturizm haqqında geniş diskussiyalar aparılır. Mən bunu müsbət hal kimi qiymətləndirirəm. çünki bu məsələlər ətrafında daim fikir mübadiləsi aparılmalıdır. Ancaq bir məqsədlə - necə edək ki, xalqlar bir-birinə daha da yaxın olsunlar. Necə edək ki, dünyada dini zəmində qarşıdurma olmasın, xalqlar, sivilizasiyalararası məsələlər müsbət istiqamətdə inkişaf etsin. Qarşılıqlı inam artsın, qarşılıqlı hörmət artsın. Başqa dinin nümayəndələrinə hörmət, başqa dinin tarixi və dini abidələrinə hörmət, ilk növbədə, öz dininə olan hörmətin əlamətidir. Bizim gücümüz milli və dini müxtəlifliyimizdədir. Biz Azərbaycanda bunu belə başa düşürük”.
Dövlət başçısı İlham Əliyev, həmçinin, vurğulayıb ki, bizə qarşı etnik təmizləmə siyasəti aparılıb: “Bir milyon azərbaycanlı öz doğma torpağından qaçqın-köçkün düşmüşdür. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmir. Baxmayaraq, orada göstərilib ki, işğalçı qüvvələr Azərbaycanın zəbt edilmiş torpaqlarından çıxarılmalıdır. İslam Konfransı Təşkilatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT də oxşar qətnamə və qərarlar qəbul etmişdir. Ancaq əfsuslar olsun ki, hələ də işğal davam edir. Biz ümid edirik ki, danışıqlar prosesi müsbət nəticə verəcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və işğaldan əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar”.
AŞPA-nın sədri Mövlud çavuşoğlu Forumda çıxış edərək deyib ki, belə bir mötəbər, yüksək səviyyəli beynəlxalq tədbir hazırda cəmiyyətlərimizin üzləşdiyi ən təxirəsalınmaz vəzifələrdən biri olan mədəniyyətlərarası dialoq məsələsini müzakirə etmək məqsədilə bütün dünyadan nazirləri, siyasətçiləri, yüksək rütbəli rəsmiləri Bakıda bir araya gətirib: “Prezident İlham Əliyevin bu Forumda iştirakı Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə siyasi sadiqliyini nümayiş etdirir. Avropa Şurası bunu yüksək dəyərləndirir. Mən bu Foruma bu qədər beynəlxalq tərəfdaşların dəstək verməsi faktından məmnunam. YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, İSESKO, Avropa Şurası və şərəflə sədrlik etdiyim Parlament Assambleyası Foruma dəstək vermişlər”.
M.çavuşoğlu qeyd edib ki, mədəniyyətlərarası dialoqun yaradılması üçün mühit zəruridir və bu mühitin yaradılması ilə bağlı məqsədə çatmaq əsas şərtdir. AŞPA sədri mədəniyyətlərarası dialoqun əldə edilməsi yolunda parlamentlərin də roluna diqqət çəkib.
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış edərək deyib ki, forum mədəniyyətlərarası dialoq mövzusuna həsr olunub: “Bu fürsətdən istifadə edərək, sizə öz minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Prezidentinə və Onun rəhbərliyi altında bu forumu təşkil edənlərə dərin təşəkkürümü bildirirəm. Sivilizasiyalararası alyansın və mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün Azərbaycan Respublikası tərəfindən davamlı şəkildə göstərilən səylərə görə öz dərin təşəkkürümü bildirirəm”.
Əbdüləziz bin Osman əl-Tüveycri mədəniyyətlərarası dialoqun genişləndirilməsinin vacib olmasına diqqət çəkərək deyib ki, birgə yaşama, dözümlülük kimi dəyərlər beynəlxalq səviyyədə bu dialoqa, sülhün bərqərar olmasına öz töhfəsini verə bilər.
YUNESKO-nun strateji planlaşdırma üzrə baş direktorunun müavini Hans D`Orvil təşkilatın baş direktoru İrina Bokovanın forum iştirakçılarına təbriklərini çatdırıb. Hans D`Orvil bu forumun mövzusunun YUNESKO üçün də vacib olduğunu bildirərək deyib: “Bakıda bu forumun keçirilməsinin vaxtı çoxdan yetişmişdi və bu, zəruri idi. Hazırda dünyanın qarşılaşdığı, üzləşdiyi çağırışların çətinliyini və mürəkkəbliyini nəzərə alaraq, biz hesab edirik ki, bu kimi problemlərin aradan qaldırılması yalnız birgə səylər vasitəsilə mümkündür. Beləliklə, mən öz səmimi təbriklərimi əsas təşkilatçı olmuş Azərbaycan hökumətinə ünvanlamaqla yanaşı, YUNESKO ilə tərəfdaş olan BMT-nin Sivilizasiyalararası Alyansına, Avropa Şurasına və İSESKO-ya da öz təşəkkürümü bildirirəm”.
BMT-nin Sivilizasiyalar Alyansı Katibliyinin icraçı direktoru Mark Şuer çıxış edərək deyib: “Mədəniyyətlərarası dialoq qlobal gündəlikdə hər zaman yüksək yerdə olmalıdır ki, biz insanları səfərbər edə bilək. Məhz Bakı Forumunun sessiyalarının birində müzakirə edilən mövzu ondan ibarətdir ki, biz bir tərəfdən müxtəlifliyi, mədəniyyətlərarası dialoqu, sülh və inkişafı, digər tərəfdən bunlar arasında əlaqəni təmin etməliyik”.
Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Kerteron Forumun yüksək səviyyədə təşkil edildiyinə görə, Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları “Gülüstan” sarayının foyesində təşkil olunmuş fotosərgiyə baxıblar.
Sonra Forum iştirakçıları xatirə şəkli çəkdiriblər.
Forum öz işini müxtəlif mövzularda sessiyalarla davam etdirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02

