/ / Dövlət başçısı İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonunda olub
Dövlət başçısı İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonunda olub
15.04.2011 [09:39]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin ətrafında, şəhərdə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Masallı şəhərinin mərkəzində Ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulub. ümumi sahəsi 4 hektar olan parkın ərazisində Heydər Əliyev muzeyi inşa edilib, burada ümummilli liderin möhtəşəm abidəsi ucaldılıb, sakinlərin istirahəti üçün gözəl şərait yaradılıb, yeni yaşıllıqlar salınıb, iki böyük fəvvarə tikilib, müasir işıqlandırma sistemi quraşdırılıb.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı şəhərinin Talışxanov küçəsində yenidən qurulmuş Nizami Gəncəvi parkı ilə tanış olub. Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. İstirahət mərkəzi ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, Nizami Gəncəvi parkı 1967-ci ildə salınıb. ümumi sahəsi 4500 kvatratmetr olan park uzun illər baxımsız vəziyyətdə olduğundan yararsız hala düşüb. 2011-ci ilin əvvəlindən parkda yenidənqurma və genişləndirmə işlərinə başlanılıb. Parkda müasir işıqlandırma sistemi quraşdırılıb və yeni fəvvarə inşa olunub. Park tamamilə abadlaşdırılıb və 500 kvadratmetr sahədə yeni yaşıllıq zolaqları salınıb.
Bildirilib ki, parkın ətrafında milli memarlıq üslubunda 280 metr uzunluğunda hasar tikilib. İstirahət mərkəzində mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün səhnə qurulub və digər müvafiq işlər görülüb. Parkın ərazisində yerləşən rayon Mədəniyyət evinin fasadı da yenilənib. İdeoloji Mərkəzdə də yenidənqurma işləri aparılıb. Parkın yaxınlığındakı binaların fasadlarında aparılan təmir işləri tamamlanmaq üzrədir. Yenidənqurma tədbirləri zamanı bu istirahət ocağı ilə ətrafın ümumi ansambl təşkil etməsinə xüsusi diqqət yetirilib.
Prezident İlham Əliyev burada Masallı şəhərinin və rayonun qaz təchizatı sxemlərinə baxıb.
Məlumat verilib ki, Dövlət Proqramına əsasən rayon mərkəzində əvvəllər qaz almayan kommunal binalar da daxil olmaqla, şəhərin bütün yaşayış massivlərində birpilləli sistem üzrə qaz təsərrüfatının yenidən qurulması işləri aparılır. İndi Masallı şəhərində qazdan istifadə edən abonentlərin sayı 3300-ə çatır. Cari ilin sonunadək aparılan təmir-bərpa işlərinin tam başa çatdırılması və bununla da, Masallı şəhərində 6 minədək abonentin qazla təmin olunması nəzərdə tutulub. Dövlət Proqramı əsasında rayonun Muğan zonasında yerləşən 22 yaşayış məntəqəsində 6176 abonentin qazla təmin olunması məqsədilə birpilləli sistem üzrə həmin yaşayış məntəqələrinin layihə-smeta sənədləri hazırlanıb. Həmin kəndləri təbii qazla təmin edəcək 55 kilometr uzunluğunda daşıyıcı qaz kəmərinin çəkilişinə başlanılıb. Hazırda daşıyıcı kəmərin 3,5 kilometrlik hissəsi çəkilib. İşlər tam başa çatdırıldıqdan sonra rayon üzrə abonentlərin sayı daha 9 minədək artacaq.
Prezident İlham Əliyev Masallı şəhərinin planı, su təchizatı və kanalizasiya şəbəkələrinin, şəhərin içməli və çirkab sutəmizləyici qurğularının planları, eləcə də, şəhərdə aparılacaq tikinti-abadlıq işləri zamanı istifadə olunacaq materiallar və avadanlıqların nümunələri ilə tanış olub.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, illərdən bəri Masallı şəhərində mövcud olan içməli su və kanalizasiya problemlərinin həlli bu layihənin həyata keçirilməsi ilə aradan qalxacaq. Masallı şəhərinə içməli su nəqli 10 kilometrə yaxın məsafədən diametri 630 millimetr olan daşıyıcı xətt vasitəsilə həyata keçiriləcək və şəhər daxilində müxtəlif diametrli borularla paylanacaq. Su xətlərinin ümumi uzunluğu 125 kilometr, kanalizasiya xətlərinin ümumi uzunluğu isə120 kilometr olacaq.
Prezident İlham Əliyev Masallı şəhərinin abadlaşdırılması planına da baxıb.
Məlumat verilib ki, şəhərdə 19 min 200 kvadratmetr sahənin abadlaşdırılması nəzərdə tutulub. O cümlədən, Heydər Əliyev prospektinin yenidən qurulması planlaşdırılıb. Prospektin hər iki tərəfindəki tikililər sökülərək yol genişləndiriləcək, yaşıllıq zolaqları salınacaq. 8 min 400 kvadratmetr sahədə çəmənlik salınacaq. Dörd fontan qurulacaq. Prospekt müasir işıqlandırma sistemi ilə təchiz olunacaq. Bundan əlavə, prospekt boyu kommunal binaların fasadları müasir səviyyədə təmir olunacaq.
Prezident İlham Əliyev parkda Nizami Gəncəvinin yeni abidəsinin açılışında iştirak edib.
Nizami Gəncəvinin parkdakı heykəli yenisi ilə əvəzlənib. Tuncdan hazırlanan heykəlin hündürlüyü 3,6 metrdir. Abidə kompleksinin arxa tərəfində dahi mütəfəkkirin əsərlərinin motivlərindən ibarət kompozisiya yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Nizamı Gəncəvi parkı ilə tanışlıqdan sonra Masallı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib: “Sizi ürəkdən salamlayıram, Nizami parkının yenidən qurulması münasibətilə təbrik edirəm. çox gözəl park yarandı, yenidən quruldu. Dahi Nizaminin abidəsi qoyulubdur. Bütün bu işlər məni çox sevindirir. çox şadam ki, yenidən Masallıdayam, sizinlə görüşürəm. Biz Masallının inkişafının yeni dövrünü yaşayırıq. çünki Masallıda gedən işlər, bu gün mənə göstərilən layihələr, təqdimat yaxın zamanlarda rayonda demək olar ki, əsas sosial məsələlərin həllinə gətirib çıxaracaqdır. Bu günə qədər müəyyən işlər görülmüşdür. Rayonun inkişafına daim diqqət göstərilir. Bildiyiniz kimi, əvvəlki illərdə Olimpiya İdman Kompleksi tikilmişdir, göz xəstəxanasının filialı açılmışdır, digər layihələr icra edilmişdir. Şəhərdə abadlaşdırma, abadlıq-quruculuq işləri gedir. Ancaq indiki mərhələdə uzun illər həllini gözləyən məsələlər də artıq həll olunur. İlk növbədə qazlaşdırma layihəsi. Gələn ilin sonuna qədər Masallının bütün yaşayış məntəqələri qazlaşdırılacaqdır. Bu, tarixi bir nailiyyət olacaqdır. çünki heç vaxt Masallı kəndlərində qaz olmamışdır. Masallıya qazın verilməsinin bərpası bir neçə il bundan əvvəl başlamışdır. Şəhərin müəyyən hissəsini əhatə edirdi. İndi isə layihə hazırlanıb ki, nəinki şəhər, - mənə indi deyirlər, şəhərdə məsələ artıq həll olunub,- bütün kəndlərdə qaz təchizatı təşkil ediləcəkdir. Gələn ilin sonuna qədər bu layihə başa çatmalıdır. Beləliklə, hesab edirəm ki, biz böyük bir məsələnin həllinə nail olacağıq. Elektrik enerjisi ilə təchizatda heç bir problem, məhdudiyyət yoxdur. ölkə üzrə bu məsələ öz həllini tapıb. Ona görə bu barədə heç məsələ qaldırılmır. Qarşımızda qazlaşdırma məsələsi dayanır. Biz bunu həll edirik. İçməli su, kanalizasiya problemlərinin həlli də çox vacib məsələlərdir. Bu məsələlər də demək olar ki, ölkə miqyasında hazırda kompleks şəkildə öz həllini tapır. Hər bir şəhərdə, hər bir rayonda su, kanalizasiya xətləri çəkilir, o cümlədən Masallının su, kanalizasiya layihələri də yəqin ki, bir neçə aydan sonra icra olunmağa başlanacaqdır. Görüləcək işlər nəticəsində bu tarixi problem öz həllini tapacaqdır.
Biz bütün bu məsələlərə kompleks şəkildə yanaşırıq ki, sosial və iqtisadi inkişaf məsələləri öz həllini tapsın, konkret layihələr icra olunsun. Bu, konkret işin nəticəsidir. ümid edirəm ki, su, kanalizasiya problemi nəinki Masallıda, bütövlükdə ölkədə bir neçə ildən sonra öz həllini tapacaqdır. Bununla bərabər, hətta sosial infrastrukurun yaradılmasına diqqət göstərilir. Mənə verilən məlumata görə, son illərdə Masallıda iyirmidən çox məktəb tikilib, məktəblər təmir edilir. Bu da çox vacibdir. Amma hələ yenə də qəzalı vəziyyətdə məktəblər vardır. Biz onların da təmiri ilə məşğul olacağıq. Kənd yollarının tikintisi layihələri gündəlikdə dayanır. Bu məsələ ilə də məşğul oluruq. Son yeddi ildə Masallıda ümumi məhsulun buraxılışı iki dəfə artmışdır. Yəni, bu, onu göstərir ki, iqtisadi sahədə də irəliləyiş vardır, iş yerləri açılır, yeni müəssisələr yaradılır və kənd təsərrüfatının inkişafı üçün kreditlər verilir, soyuducu anbarlar, taxıl anbarları tikilir. Yəni, istənilən sahədə konkret proqramlar icra olunur və Masallının inkişaf proqramı əlbəttə ki, xüsusi diqqət altındadır. ölkəmizdə bütövlükdə bütün bölgələrdə regional inkişaf proqramı icra edilir, o cümlədən Masallı rayonunda. Bütün ölkə əhəmiyyətli layihələr Masallı üçün də əhəmiyyətlidir. Onların arasında mən üç il bundan əvvəl Lənkəran aeroportunun açılışını qeyd etmək istəyirəm. çünki Masallı rayonunun əhalisi də bu imkanlardan istifadə edir. İndi beynəlxalq uçuşlar da təşkil edilir. Bakı-Astara avtomobil yolunun tikintisi gedir. Bu da Masallıya yeni imkanlar yaradacaqdır. Yəni, ölkə əhəmiyyətli layihələr, o cümlədən bu rayonlara da öz müsbət təsirini göstərəcəkdir. Nəticə etibarilə 2013-cü ilə qədər ikinci regional proqramın icrası sayəsində ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapacaqdır. Mən bu gün Masallıda olarkən bir daha qeyd etmək istəyirəm ki, cənub bölgəsinin inkişafına xüsusi diqqət göstərilir. Bu bölgənin böyük potensialı vardır. Həm kənd təsərrüfatının, sənayenin, həm də turizmin inkişafı üçün şərait yaradılmalıdır və yaradılır. Bütün sosial, iqtisadi məsələlər öz həllini tapır və tapacaqdır. Sizə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, Masallı rayonu öz inkişafını sürətlə davam etdirsin və burada işlər həmişə olduğu kimi yaxşı getsin”.
Rayon sakini masallılılar adından Prezident İlham Əliyevə minnətdarlıq edib.
Sakinlər dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdiriblər.
Sonra Milli Məclisin deputatı Elmira Axundova və rayonun sakinləri Masallıda məişət tullantılarının təmizlənməsi üçün yeni poliqonların ayrılması, kəndlərarası yolların inşası, texniki peşə məktəbinin yenidən qurulması, turizm sektoru üçün ixtisaslı kadrların hazırlanması, taxılçılığın, o cümlədən toxumçuluğun daha da inkişafı ilə bağlı məsələlərdən danışıblar və bu sahələrdə mövcud problemlərin aradan qaldırılması üçün dövlətimizin başçısından kömək göstərilməsini xahiş ediblər. Prezident İlham Əliyev qaldırılan bütün məsələlərin həlli üçün müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58

