Azərbaycan gəncləri də ölkəmizin gücləndirilməsi işinə xidmət etməlidir
23.04.2011 [12:04]
Xəbər verdiyimiz kimi, aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edib. Prezident İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib: “Bu ayın əvvəlində, daha doğrusu, iki həftə bundan əvvəl mənim tərəfimdən “Azərbaycan gəncliyi Dövlət Proqramı” haqqında Sərəncam imzalanmışdır. Sərəncamda Prezident Aministrasiyasına tapşırıq verilib ki, iki ay müddətində Dövlət Proqramı hazırlansın, daha doğrusu, onun layihəsi hazırlansın və mənə təqdim edilsin. Proqramın layihəsinin hazırlanması ilə bağlı işçi qrupu yaradılmışdır və o, fəal işləməlidir ki, biz konkret proqramı qəbul edək. Bu proqram 2011-2015-ci illəri əhatə etməlidir. Proqram çox konkret olmalıdır, çox dəqiq vəzifələr qoyulmalıdır və əlbəttə ki, orada icra mexanizmləri göstərilməlidir. Proqram sadəcə olaraq, hansısa xoş niyyətin ifadə edilməsi üçün deyil, konkret nəticələrə gətirib çıxarmalıdır. Eyni zamanda, yenə də deyirəm, proqram elə olmalıdır ki, orada hazırda gəncləri narahat edən məsələlər öz əksini, öz həllini tapsın. ümumiyyətlə, son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür və bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayırlar. Gənclərimiz dövlətçiliyə sadiqdirlər, vətənpərvərlik ruhunda tərbiyə alırlar, bu, çox vacibdir. O ki qaldı proqrama, hesab edirəm ki, orada ilk növbədə gənclərin məşğulluğu məsələləri öz həllini tapmalıdır. Son illərdə ölkəmizdə işsizliyin aradan qaldırılması üçün böyük işlər görülmüşdür, yüz minlərlə yeni iş yerləri, yeni müəssisələr açılmışdır. Ancaq yenə də işsizlik problemi var, bu problem bizi narahat edir və elə etməliyik ki, işsizliyin aradan qaldırılması üçün daha da fəal olaq.
ölkəmizin əhalisi də artır, bu, çox müsbət haldır. Keçən il 9 milyonuncu vətəndaş dünyaya gəlibdir. Bu, bizi Cənubi Qafqaz məkanında digər ölkələrdən fərqləndirir və əhalimiz nə qədər artsa, bizim potensialımız da bir o qədər artacaqdır. Ancaq əhalinin artması, əlbəttə ki, işçi qüvvəsinin də artmasına gətirib çıxarır və biz buna hazır olmalıyıq. Hazırda ölkədə aparılan iqtisadi islahatlar və siyasi islahatlar yeni iş yerlərinin açılmasına gətirib çıxarır və biz artan maliyyə imkanlarımızı da bu məqsədlərə yönəldirik. Biz böyük nailiyyətlərə çatmışıq, ancaq işsizliyin aradan qaldırılması üçün daha da fəal olmalıyıq. ümid edirəm ki, bu proqramda gənclərin işlə təmin olunması məsələləri öz konkret həllini tapacaqdır.
Gənclərin yaşayış problemlərinin həlli üçün, şübhəsiz, daha da ciddi addımlar atılmalıdır. Son illərdə Azərbaycanda ipoteka kreditləşməsi məsələləri həll olunmağa başlanmışdır. Ancaq deyə bilərəm ki, bu təşəbbüs hələ ibtidai səviyyədədir. Biz elə etməliyik ki, həm güzəştli şərtlər daha da məqbul olsun, həm də ipoteka layihəsinin əhatə dairəsi genişlənsin. Bu, gənclər üçün yaxşı imkanın yaradılmasına xidmət göstərəcəkdir. Əlbəttə, bu məsələ də öz həllini tapmalıdır və yenə də deyirəm, konkret təkliflər irəli sürülməlidir.
Gənclərin peşə hazırlığı ilə bağlı məsələlər çox aktualdır. Xüsusilə, ölkəmizin indiki inkişaf dinamikası bunu tələb edir. Bizim qarşımızda duran ən ciddi məsələlərdən biri peşəkar kadrların hazırlanmasıdır. çünki bizim artan iqtisadi potensialımız, yeni yaradılan sənaye müəssisələrimiz peşəkar kadrlar tələb edir. Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, orada peşəkar kadrlar, menecerlər elə hazırlanır ki, onlar istənilən sahədə işləyə bilərlər. Bizdə də elə olmalıdır. Misal üçün, böyük, transmilli şirkətlərin başında duran insanlar bir gün neft şirkətinin prezidenti vəzifəsində işləyirlər, sonra İKT şirkətinə cəlb olunurlar, ondan sonra inşaat şirkətinə rəhbərlik edirlər. Yəni, bizdə də hazırlıq səviyyəsi elə olmalıdır ki, menecerlər istənilən sahədə çalışa bilsinlər. Buna böyük ehtiyac var. Hazırda Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlərin filiallarında xaricilərin sayı kifayət qədər çoxdur. Biz bunu alqışlayırıq, çünki indi Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və açıq ölkədir, investisiyalar üçün açıqdır və biz bütün müsbət meyillərə xoş münasibət göstəririk. Ancaq əlbəttə, çox istərdik ki, yeni müəssisələrdə, xüsusilə xidmət sektorunda, turizm sektorunda, İKT sektorunda yerli kadrlar üstünlük təşkil etsinlər.
Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, eyni zamanda, Bakı şəhərində böyük müəssisələrin açılışlarında iştirak edirəm və görürəm ki, bir çox hallarda onlara başçılıq edən insanlar xarici vətəndaşlardır. Mən yenə də deyirəm ki, Azərbaycanın bu sahədəki siyasəti çox açıqdır və biz xarici menecerlərin Azərbaycana cəlb olunmasını alqışlayırıq. Onların buradakı fəaliyyəti və ümumiyyətlə, ölkəmizə xarici investisiyaların cəlb olunması müsbət rol oynayıbdır və oynayır. Ancaq əlbəttə, mən çox istərdim ki, bax bu mühüm vəzifələrdə yerli kadrlar işləsinlər. Xüsusilə nəzərə alsaq ki, yenə də deyirəm, ölkəmizin bugünkü iqtisadi inkişafı və gələcək planlarımız bunu tələb edir. çünki burada ən müasir, qabaqcıl texnologiyalar tətbiq olunmalıdır.
ölkəmiz müasir dövlətə çevrilməlidir və bu istiqamətdə biz çox vacib addımlar atırıq. Müasirləşmə, əlbəttə ki, dövlət siyasətinin düzgün qurulmasından və bununla bərabər, gənclərin fəaliyyətindən asılıdır. Siz gənc nəslin nümayəndələrisiniz, Azərbaycan gəncləri müasir, Vətənə bağlı, millətə bağlı, dövlətçiliyə sadiq olmalıdırlar. Ancaq eyni zamanda, gənclərimiz bütün mütərəqqi təcrübəyə də açıq olmalıdırlar. Ona görə mən hesab edirəm ki, bu proqramda peşə hazırlığına xüsusi diqqət göstərilməlidir. Texniki peşə təhslinin təkmilləşdirilməsi işində daha da böyük işlər görülməlidir. çünki hazırda bizə daha çox bu kateqoriya peşəkarlar lazımdır və bütövlükdə təhsillə bağlı məsələləri daha da uğurla həll etməliyik. Bu sahədə də işlər görülür. Həm orta təhsildə, həm ali təhsildə irəliyə doğru addımlar atılır. Ancaq hələ ki, bu məsələlər istədiyimiz səviyyədə deyil və məhz buna görə Dövlət Neft Fondunun xətti ilə gənclərin xaricdə təhsil alması üçün vəsait ayrılır. Əgər bizdə təhsil istədiyimiz səviyyədə olsaydı, yəqin ki, buna ehtiyac olmazdı. Ancaq biz hər iki istiqamətdə çox fəal iş aparmalıyıq. İlk növbədə, Azərbaycanda təhsilin səviyyəsinin qaldırılması üçün əlavə konkret addımlar atılmalıdır və hesab edirəm ki, proqramda bu məsələlər də öz həllini tapmalıdır, baxmayaraq ki, bu, təhsil sahəsinə aiddir. Amma təhsil sahəsi, ilk növbədə, gənclərə bağlıdır və xaricdə gənclərimizin təhsil alması üçün əlavə tədbirlər görüləcəkdir. Biz ölkəmizin gələcək inkişaf perspektivlərini yaxşı bilirik və iqtisadiyyatımızın inkişaf istiqamətlərini bilirik. Ona görə də kadrların hazırlanması ölkənin ümumi iqtisadi inkişafı ilə bağlı olmalıdır.
Yenə də deyirəm, bu proqramda gənclərin bütün problemləri əks olunmalıdır. Fiziki sağlamlığı yaddan çıxarmamalıyıq. Bu məsələyə xüsusi diqqət göstərilir və indi bütün bölgələrdə idmanla məşğul olmaq üçün şərait yaradılır. İdmançılarımıza dövlət tərəfindən qayğı göstərilir, onların fəaliyyəti üçün bütün tədbirlər görülür. Biz burada iki məqsəd güdürük. İlk növbədə, idmanın kütləviliyini təmin etməliyik. Bu, birinci məsələdir. İkinci məsələ, əlbəttə ki, Azərbaycanın idman şöhrətinin qaldırılması üçün peşəkar idmançılar da hazırlamalıyıq. Bu istiqamətdə böyük uğurlar əldə edilibdir. Eyni zamanda, bu, gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə də xidmət göstərir. Hər bir beynəlxalq yarışda, hər bir mötəbər yarışda Azərbaycan bayrağının qaldırılması bizdə haqlı olaraq qürur hissi doğurur və fəxr edirik ki, idmançılarımız, bizim yığma komandalarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar.
Fiziki sağlamlıqla bağlı məsələlər deyə bilərəm ki, həllini tapmaqdadır. Yəqin ki, əlavə hansısa məsələlər də proqrama daxil edilməlidir. Hərbi hazırlıqla bağlı proqramda mütləq xüsusi yer ayrılmalıdır. Bu bizim üçün çox vacib məsələdir. Biz müharibə şəraitində yaşayırıq. Torpaqlarımız işğal altındadır. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək, ərazi bütövlüyümüzü bərpa edək. Biz bu məsələni diplomatik yollarla həll etməyə çalışırıq. Ancaq bununla bərabər, hərbi potensialımız, diplomatik danışıqlara da müsbət təsir göstərir. Biz artıq bunun şahidiyik.
Mənim proqramla bağlı fikirlərim demək olar ki, bundan ibarətdir. Mən yenə də hesab edirəm ki, istiqamətlər düzgün seçilməlidir. Ən önəmlisi, proqramda konkret tədbirlər planı da əksini tapmalıdır ki, bu, konkret proqram olsun. Bir də demək istəyirəm ki, Azərbaycanda son illər ərzində qəbul edilmiş bütün proqramlar konkret xarakter daşıyır. Heç biri şüar naminə qəbul edilməyib. Məhz buna görə bu proqramların icrası da təmin edilir. Regional inkişaf proqramı 2004-cü ildən bu günə qədər icra edilibdir və çox gözəl nəticələr vardır. İndi digər proqramlar, Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı hazırlanır. O cümlədən bu proqramın konkret olması çox vacibdir. Bu proqramda nəzərdə tutulmuş bütün vəzifələr real olmalıdır ki, bütün məsələlər öz həllini tapsın.
Nəzərə alsaq ki, proqram 2011-2015-ci illəri əhatə edəcək, çox yığcam və konkret bir proqram olmalıdır. O demək deyildir ki, 2015-ci ildən sonra bu məsələ kənarda qalacaqdır. Əlbəttə ki, yox. Ancaq daha da real vəzifələri müəyyən etmək və həll etmək üçün hesab edirəm ki, bu, ən optimal müddətdir. ümid edirəm ki, siz də öz fikirlərinizi bildirəcəksiniz, həm bu gün, həm proqramın hazırlanması ilə bağlı fəal iştirak edəcəksiniz”.
Görüşdə çıxış edənlər “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı verdiyi Sərəncama və gənclərlə belə bir görüşün keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlıq ediblər. Gənclər Dövlət Proqramının hazırlanması ilə bağlı təkliflərini bildiriblər. çıxış edənlər texniki-peşə məktəblərində təhsilin təkmilləşdirilməsi, müasir bilik və bacarığa malik olan peşəkar texniki kadrlara olan ehtiyacı həll etmək üçün müxtəlif elmi-texniki təşkilatların inkişafına dövlət dəstəyinin göstərilməsi, yeni menecerlər nəslinin yetişdirilməsi üçün gənc sahibkarların stimullaşdırılması, ali təhsil ocaqlarında pedaqoji kadr məsələləri, xaricdə təhsillərini başa vurmuş gənclərin universitetlərdə pedaqoji işlərə cəlb olunması, gənclərin sosial məsələlərinin həlli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında gənclərin rolu və digər məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.
Gəncləri dinləyən dövlətimizin başçısı görüşdə səslənən təkliflərin hamısının Dövlət Proqramının hazırlanmasında nəzərə alınacağını deyib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində gənclərin rolu məsələsinə toxunan Prezident İlham Əliyev bildirib ki, cəmiyyətin bütün üzvləri kimi Azərbaycan gəncləri də ölkəmizin gücləndirilməsi işinə xidmət etməli, hər bir gənc öz imkanı daxilində Qarabağ problemi ilə əlaqədar təbliğat işlərini artırmalıdır.
Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin dəyişməz mövqeyini bir daha bəyan edib. Dövlətimizin başçısı bildirib ki, münaqişə yalnız beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər.
Görüşdən sonra xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02

