Azərbaycan-Serbiya əlaqələri sürətlə inkişaf edir
09.06.2011 [10:11]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Serbiyaya rəsmi səfərə yola düşüb.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Serbiya Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Boris Tadiçin təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin dərinləşməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Serbiya Prezidenti Boris Tadiç Azərbaycanı ölkəsinin mühüm tərəfdaşı adlandırıb. Bildirib ki, ölkələrimizin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələri möhkəmləndirmələri vacibdir. Serbiya Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir daha öz dövlətinin mövqeyini bəyan edib.
Prezident Boris Tadiç vurğulayıb ki, öl
kəsi Azərbaycan şirkətlərinin Serbiyanın nəqliyyat infrastrukturunda və digər sahələrdə iştirakında maraqlıdır. Bu, kənd təsərrüfatı sahəsinə də aid edilə bilər. Serbiya Azərbaycanın nəqliyyat-tranzit imkanlarından istifadə etməkdə də maraqlıdır.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan-Serbiya əlaqələri sürətlə inkişaf edir. “Bu cür görüşlər müxtəlif layihələrin müzakirəsi baxımından vacibdir”, - deyən Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı inamın mövcud olduğunu söyləyib. Bildirib ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir, enerji sahəsində əməkdaşlığın yaxşı perspektivləri var.
Dövlətimizin başçısı Kosovo problemi ilə bağlı Azərbaycanın mövqeyini bir daha Serbiya Prezidentinin diqqətinə çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev ümidvar olduğunu bildirib ki, hökumətlərarası komissiyanın fəaliyyəti əlaqələrimizin daha da inkişafına öz töhfəsini verəcək.
Prezident İlham Əliyevin və Prezident Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın və Serbiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vuk Yeremiç imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”i Azərbaycanın və Serbiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vuk Yeremiç imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın iqtisadiyyat və regionların inkişafı naziri Neboyşa çiriç imzalayıblar.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Serbiya Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın təhsil və elm naziri Jarko Obradoviç imzalayıblar.
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Serbiya Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın gənclər və idman naziri xanım Snejana Samarjiç-Markoviç imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”i Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Serbiyanın ətraf mühit, mədən sənayesi və ərazi planlaşdırması naziri Oliver Duliç imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın mədəniyyət, mətbuat və informasiya cəmiyyəti naziri Predraq Markoviç imzalayıblar.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Serbiya Respublikasının Kənd Təsərrüfatı, Ticarət, Meşəçilik və Su Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərrüfatı naziri Duşan Petroviç imzalayıblar.
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Serbiya Respublikasının İqtisadiyyat və Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın iqtisadiyyat və regionların inkişafı naziri Neboyşa çiriç imzalayıblar.
“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının İnfrastruktur və Energetika Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın infrastruktur və energetika naziri Milutin Mrkoniç imzalayıblar.
“Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Serbiya Respublikasının İnfrastruktur və Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Serbiyanın infrastruktur və energetika naziri Milutin Mrkoniç imzalayıblar.
“Azərbaycan Respublikasının Mülki Aviasiya Administrasiyası və Serbiya Respublikasının Mülki Aviasiya Direktorluğu arasında Anlaşma Memorandumu”nu “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və Serbiyanın mülki aviasiya direktoru Neboyşa Starçeviç imzalayıblar.
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mətbuata bəyanatlarla çıxış ediblər.
Serbiya Prezidenti Boris Tadiç deyib ki, ölkələr arasındakı siyasi münasibətlər strateji səviyyəyə qalxır: “Azərbaycan Serbiyanın ərazi bütövlüyünü və Serbiya isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu prinsiplər hesab edirik ki, beynəlxalq hüququn vacib, təməl prinsipləridir. Əslində bu, ölkələrimiz üçün də çox mühüm bir məsələdir”.
Boris Tadiç söyləyib ki, Azərbaycan bu gün böyük həcmdə neft və qaz hasil edir və Azərbaycanın bu sahədə mövqeləri qlobal səviyyədə güclənir, Azərbaycan böyük layihələrə imza atır: “Əslində Gürcüstan, Rumıniya və Azərbaycan bir mühüm layihə üzərində işləyir. çox ümid edirik ki, Macarıstan da bu yaxınlarda həmin layihəyə qoşulacaq və bu, böyük bir qaz layihəsi olacaqdır. ümid edirəm ki, bir neçə il sonra bu, artıq reallığa çevriləcəkdir. Serbiyanın bu məsələdə strateji maraqları vardır. Serbiya bu layihəyə qoşulmaq istəyir və cənab Prezidentlə mən bu məsələni müzakirə etdik. İndi bir daha iradəmizi bildirdik ki, biz bu layihəyə qoşulmaq istəyirik. Serbiya qaz təchizatını şaxələndirmək fikrindədir və Azərbaycan əslində bizim çox gözəl, perspektivli tərəfdaşlarımızdan biridir”.
Serbiya Prezidenti Boris Tadiç vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Azərbaycan, həmçinin ön cərgələrdə gedən ölkədir ki, regionda öz mövqeyini tutur, öz mədəni irsini, özünəməxsusluğunu qoruyur. Biz nəinki energetika, bir çox digər iqtisadi sahələrdə də əməkdaşlıq edirik: “Azərbaycan infrastrukturunu inkişaf etdirir və bu baxımdan gələcəkdə bir çox imkanlar vardır. Bunu nəzərə alaraq belə bir fikrə gəldik ki, Azərbaycan şirkəti ilə birgə bizim şirkətlər Serbiyada dəmir yolu xəttinin tikintisi ilə məşğul olsunlar. Bizim, ümumiyyətlə, fikrimiz var ki, çindən Xəzər dənizi regionu vasitəsilə, Azərbaycan vasitəsilə Avropaya belə bir ümumi çıxış, marşrut təmin edilsin. Biz bilirik ki, Balkan regionu olduqca böyük strateji əhəmiyyətə malikdir. Azərbaycan isə Qafqaz regionunda strateji əhəmiyyətə malikdir. Hesab edirik ki, çin və Avropa ilə birbaşa əlaqələr yaradılsa, bu, daha qlobal əhəmiyyətə malik ola bilər”.
çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, iki ölkə arasında münasibətlər çox sürətlə inkişaf edir: “Münasibətlərimiz bütün dövrlərdə yüksək səviyyədə olub. Ancaq qeyd etməliyəm ki, son bir neçə il ərzində bu münasibətlər daha da dinamik və intensiv xarakter daşıyır”.
Dövlətimizin başçısı İlham Əliyev söyləyib ki, biz istəyirik ki, bütün sahələrdə ikitərəfli formatda əməkdaşlıq daha da dərinləşsin: “Eyni zamanda, münasibətlərimizin regional əməkdaşlıq meyillərinin gücləndirilməsinə də çox müsbət təsiri vardır. Balkan regionunu Xəzər və Qafqaz regionları ilə birləşdirə biləcək kifayət qədər layihələr vardır. Biz bu gün bu layihələr haqqında geniş fikir mübadiləsi aparmışıq və bizdə heç bir fikir ayrılığı yoxdur”.
Prezident İlham Əliyev bildirib ki, siyasi əlaqələrimizin inkişafı üçün beynəlxalq təşkilatlarda birgə fəaliyyət davam etdiriləcək: “Bildiyiniz kimi, ölkələrimiz separatizmdən əziyyət çəkən ölkələrdir. Bizim ərazi bütövlüyümüz pozulubdur və əfsuslar olsun ki, bu ədalətsizlik uzun illərdir davam edir. Biz Serbiyanın ərazi bütövlüyünü tanıyırıq və üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Serbiyanın ərazi bütövlüyünü daim müdafiə edəcəyik. Biz hesab edirik ki, heç bir ölkənin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri o ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Beynəlxalq hüquq normaları bütün hallarda üstünlük təşkil etməlidir və bu, bizim prinsipial mövqeyimizdir, biz bu mövqedən bir addım da geri atmayacağıq”.
Dövlət başçısı İlham Əliyev diqqətə çatdırıb ki, hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir: “Avropa və başqa bazarlar üçün bizim qazımız ən azı yüz il xidmət göstərəcəkdir. Bizə yeni bazarlar, Avropadakı istehlakçılara isə yeni mənbələr lazımdır. Şaxələndirmə məsələləri həm istehsalçılar, həm də istehlakçılar üçün eyni dərəcədə önəmlidir. Ona görə burada bizim maraqlarımız üst-üstə düşür. Bütövlükdə Azərbaycan enerji təhlükəsizliyi məsələlərində fəal rol oynayır. ölkəmiz ilk dəfə olaraq Xəzər dənizinin zəngin ehtiyatlarını dünya bazarlarına nəql edə bilmişdir. Hazırda Azərbaycanı dünya bazarları ilə birləşdirən 7 neft və qaz kəməri vardır ki, onların hamısı işlək vəziyyətdədir. Bizim neftimiz, qazımız müxtəlif istiqamətlərlə dünya bazarlarına nəql edilir. Biz çox istərdik ki, Serbiyanı Azərbaycan ilə, o cümlədən enerji sahəsində bağlayan, birləşdirən əməkdaşlıq olsun”.
Prezident İlham Əliyev Serbiyada Azərbaycan səfirliyinin iqamətgahının açılış mərasimində də iştirak edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01

