2018-ci ilin 11 aprel seçkiləri...
11.04.2023 [10:20]
Xalqın İlham Əliyevə etimadı gələcək uğurların təməlinə çevrildi
İlham Əliyev: Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar
2018-ci ilin 11 aprel seçkiləri Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik oldu - Xalq həmin gün özünün 15 illik qısa keçmişinə qiymət verməklə yanaşı, gələcək inkişafının ştrixlərini müəyyənləşdirdi. Xatırladaq ki, çoxsaylı beynəlxalq müşahidəçilərin izlədikləri seçkilərdə xalqımız qəti mövqeyini növbəti dəfə ortaya qoyaraq, son 15 ildə Azərbaycanı inamla idarə edən, ölkəmizə çoxsaylı uğurlar qazandıran cənab İlham Əliyevə səs verib, Onu növbəti 7 il üçün Azərbaycanın dövlət başçısı seçdi. Rəsmi məlumatlara əsasən, etibarlı hesab edilmiş səslərin 3 milyon 394 min 898-i və ya 86,02 faizi məhz seçkilərə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi qatılan cənab İlham Heydər oğlu Əliyevin lehinə verilib.
Bu seçim xalqın öz Liderinə sonsuz inamının ifadəsi idi. Öz növbəsində, Prezident İlham Əliyev də qətiyyətlə reallaşdırdığı siyasətdə daim xalqa arxalanıb, xalqdan güc alıb və xalqına güc verib. 2018-ci il aprelin 18-də baş tutan andiçmə mərasimindəki nitqində bu amili nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.
Xalq öz Prezidentinə inanır...
Beləliklə, 2018-ci ilin 11 aprel seçkiləri regional səviyyədə qarşıya qoyulan mühüm prioritetlərinə çatan Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcını qoydu. Azərbaycan seçicisinin mütləq əksəriyyətinin - 86,02 faizinin etimadını qazanan cənab
İlham Əliyev ötən 15 ilin iqtisadi, sosial, siyasi hesabatını gələcək planlarının təməli adlandırdı: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”. Andiçmə mərasimində möhtərəm Prezidentin bu fikirləri Azərbaycanın gələcək inkişafının strateji yol xəritəsi idi. Xalqın seçimini şərtləndirən mühüm amillər Azərbaycan dövlətçiliyinin əsaslarının ciddi şəkildə möhkəmləndirilməsi, dövlətimizin güclənməsi, iqtisadiyyatın şaxələndirilməsi ilə məhdudlaşmırdı. Xalq cənab İlham Əliyevin ən böyük, bəlkə də tarixi bir uğura imza atacağına qəlbən inanmışdı. Bu inam hədəfə gedən yolda dövlət başçısı üçün ən böyük stimula çevrildi.
2018-ci il seçkisi: Qarabağ zəfərinin birlik formulu
Tarixi Qarabağ zəfərinə gedən yolda Prezident İlham Əliyev dövlətin siyasi-iqtisadi dayaqlarını daha da möhkəmləndirirdi. İlmə-ilmə, kərpic-kərpic hörülən, islahatlara əsaslanan bu siyasət günümüzün rakursundan bəlkə də daha aydın sezilir. Ölkədə yeni siyasi konfiqurasiyanın qurulması, siyasi münasibətlərdə yeni dialoq mühitinin formalaşdırılması, iqtidar ilə müxalifət arasında əlaqələrin daha da möhkəmləndirilməsi, siyasi partiyaların fəaliyyətinin gücləndirilməsi üçün görülən işlər və nəhayət bütün bunların həyata keçirilməsi üçün nümayiş olunan böyük siyasi iradə Azərbaycanın inkişaf tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Siyasi sferada yaranan qarşılıqlı etimad mühiti siyasi palitranın dövlətin qəbul etdiyi qərarlara münasibətdə nümayiş etdirdiyi mövqedə özünü bariz şəkildə göstərdi. İstər 2020-ci ilin yayında baş vermiş Tovuz hadisələri zamanı, istərsə də Vətən müharibəsi dövründə Azərbaycanın siyasi partiyaları, qeyri-hökumət təşkilatları və digər təsisatlar dövlətin apardığı siyasəti dəstəklədiyini bildirdi, cənab Prezidentin ətrafında sıx birləşdi. Vətən müharibəsi Azərbaycan xalqının öz Liderinin rəhbərliyi ilə torpaqlarının azadlığı uğrunda mübarizəyə çevrildi. Dövlət başçısı illərdir ki, beynəlxalq tribunalardan səslənldirdiyi Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu dəfə fərqli bir mənzərədə: dünyanın aparıcı KİV-i Prezident İlham Əliyevi heyranlıqla izləyirdi. Hətta ölkəmizə qarşı təxribat aparmaq üçün təlimatlandırılmış aparıcı KİV-in tanınmış nümayəndələri belə ölkə başçısının səlis cavabları qarşısında tərk-silah olundular.
Müstəqil Azərbaycan yeni hədəflərə doğru...
Prezident İlham Əliyevin son 20 ildə ölkəmizə qazandırdığı ən böyük uğurlardan biri də bu gün Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir. Azərbaycan bütün ölkə və təşkilatlara münasibətdə vahid mövqedən çıxış edib, dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirib, ikitərəfli və çoxtərəfli münasibətlərdə, dünya siyasətində fəal təmsilçilikdə ali geosiyasi iradəsini nümayiş etdirib. Respublikamızın daxili və xarici siyasət kursunun strateji episentri milli maraqlardır. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Nəticə etibarilə, Azərbaycana olan maraq və diqqət ölkəmizin beynəlxalq arenada qazandığı yüksək nüfuzun əyani göstəricisidir.
Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə çevrilib
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınması və qəbul olunmasını təmin edib. Bununla yanaşı, regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan strateji əhəmiyyətli layihələr reallaşdırıb, Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini formalaşdıraraq yeni geostrateji əməkdaşlıq platformaları yaradıb, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verib. Azərbaycanın təşəbbüsü ilə yeni əməkdaşlıq platformaları yaranıb - üçtərəfli, dördtərəfli formatda diplomatik münasibətlərin təməli qoyulub. Azərbaycan yeni geostrateji şəraitdə beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə çevrilib, qlobal xarakterli - strateji əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edib. 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi səmərəli xarici siyasət kursunun nəticəsi, ölkəmizə yüksək beynəlxalq etimadın göstəricisidir. Respublikamızın 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilməsi, 2019-2022-ci illərin isə Azərbaycanın Hərəkata sədrlik dövrü kimi müəyyənləşdirilməsi də strateji əhəmiyyətə malikdir. Bu amil Vətən müharibəsi dövründə də özünü bütün sferalardan nümayiş etdirdi. 17 il ərzində qazanılan dostluqlar, qurulan əməkdaşlıqlar, yaradılan tərəfdaşlıqlar Azərbaycanın haqlı mübarizəsinə öz dəstəyini göstərdi: bütün beynəlxalq təşkilatlar ölkəmizin öz torpaqlarını düşmən işğaldından azad etməsini alqışladı, qiymətləndirdi.
Cənubi Qafqazın müasir təhlükəsizlik arxitekturası Azərbaycanın yaratdığı yeni siyasi-hərbi reallıqlara söykənir
Nəticə etibarilə, 2018-ci ilin aprelində xalqın etimadı əsasında yenidən Prezident seçilən böyük dövlət xadimi, müasir dövrümüzün zəfər tarixini və salnaməsini yazan məharətli sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uğurla inkişaf edərək yeni zirvələr fəth edir. Bu gün ölkəmiz regional və qlobal siyasətdə özünəməxsus yer müəyyənləşdirib - Cənubi Qafqazın müasir təhlükəsizlik arxitekturasının formalaşdırılması Azərbaycanın yaratdığı yeni siyasi-hərbi reallıqlara söykənir. Azərbaycan bu gün böyük bir coğrafiyanın - Türk Dövlətləri Təşkilatının aparıcı siması kimi Şərq-Qərb sivilizasiyalararası dialoqun təşəbbüskarı və icraçısıdır. Azərbaycan Qərblə Şərqin yalnız sözdə deyil, həm də fəaliyyətdə körpüsü olmağı bacarıb. Bu isə Azərbaycanda formalaşan xalq-Prezident vəhdətinin fəaliyyətinin nəticəsidir. Azərbaycan xalqının öz LİDERİNƏ etimadı qarşıdakı mərhələlərdə dövlətin inkişafının, qüdrətnin və vətəndaş məmnunluğunun əsas təməl prinsiplərindən birinə çevrilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

