Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsində

Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsində

16.08.2011 [01:05]

2011-ci ilin ötən yeddi ayı ərzində əhalinin gəlirləri və orta aylıq əməkhaqqı artıb, banklara pul qoyuluşlarının həcmi çoxalıb
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş mükəmməl iqtisadi strategiya respublikamızın iqtisadi-siyasi qüdrətinin möhkəmlənməsinə səbəb olmaqdadır. İslahatların sürətləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı məqsədyönlü proqramların reallaşması 2011-ci ilin ötən aylarında proqressiv dinamikanın daha da dərinləşməsinə zəmin yaradıb. Cari ilin ötən yeddi ayının makroiqtisadi göstəriciləri ölkəmizin həm iqtisadi və həm də sosial sahələrinin dinamik inkişafına dəlalət edir. Yeddi ay ərzində ölkədə bütün sahələr üzrə məhsul istehsalının çoxalması, xidmət çeşidlərinin genişlənməsi, yeni iş yerlərinin açılması, sosial tədbirlərin gücləndirilməsi iqtisadi inkişafın sürətlənməsinə və əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub.
2011-ci ilin ötən yeddi ayı ərzində ümumi daxili məhsul (üDM) istehsalı 1,1 faiz artaraq 26,5 milyard manata çatıb. üDM-in 66,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən, 53,4 faizi sənayedə, 7,3 faizi inşaat kompleksində, 6 faizi kənd təsərrüfatında yaradılıb. Xidmət sahələrinin milli məhsulda xüsusi çəkisi 27,4 faiz təşkil edib. üDM-də böyük paya malik olan qeyri-neft sektorunun artım tempi 8,5 faiz artıb. Qeyd olunan dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2936,5 manat (3708,2 dollar) olub. İlin əvvəllərindən hər ay təxminən 2 faiz artıma məruz qalan qeyri-neft bölməsi hazırda iqtisadiyyatın əsasını təşkil etməyə başlayıb. Neftdən kənar sahələrin inkişaf dinamikası bu sektorun ilin sonunda ikirəqəmli göstərici ilə müşayiət olunacağını şərtləndirir. Bu isə qeyri-neft sahəsindən əldə olunan məhsulların həcminin artmasına səbəb olacaq. Eyni zamanda, bu tendensiya qeyri-neft sektoruna aid istehsal və xidmət sahələrində işləyənlərin sayının xüsusi olaraq artmasına böyük zəmin deməkdir.
Hazırda ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsində aparıcı sahə kimi mövqeyini möhkəmləndirən və postneft erasından sonra əsas valyuta tutumlu sahələrdən birinə dominantlıq edəcək sənaye sektorunda proqressiv meyillər sürətli templə müşahidə olunur. ümumi daxili məhsulun tərkibində böyük çəkiyə malik olan sənaye sahələrində yanvar-iyul ayları ilə müqayisədə 18 milyard manatlıq sənaye məhsulu istehsal olunub. Bu, üDM-in 70 faizi deməkdir.
ölkəmizdə inkişaf dinamikası aqrar sahədə də nəzərə çarpıb və kənd təsərrüfatının bütün sahələrində artım meyilləri qeydə alınıb. Son yeddi ayda aqrar sahədə 10 faizdən çox artım müşahidə olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə yüksək göstərici sayıla bilər. Aqrar sahədə dinamikanın son illər artması ölkəmizin etibarlı və uzunmüddətli ərzaq təhlükəsizliyi üçün dərin əsaslar yaradır. Onu da nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı iqtisadi rayonlar üzrə iqtisadi fəal əhalinin ən çox cəlb olunduğu sahədir və bu bölmədə inkişafın sürətlənməsi minlərlə insanın yaşayışının yaxşılaşması üçün əlverişli şərait deməkdir.
Qeyd etdiyimiz kimi, 2011-ci ilin əvvəllərindən başlayaraq müşahidə olunan proqressiv meyillər yeni müəssisələrin, sosial infrastruktur obyektlərinin, turizm və istirahət mərkəzlərinin yaradılmasına da təkan verib. ötən yeddi ay ərzində bu kimi sahələrə 4 milyard manatdan artıq daxili investisiya qoyuluşları həyata keçirilib. Eyni zamanda, xarici investisiyanın həcmi isə 43 faiz artaraq 4 milyard dolları ötüb. Sərmayə qoyuluşlarının artımı ən iri istehsal, xidmət və sosial obyektlərin istifadəyə verilməsinə səbəb olub. Bu dövrdə ümumi sahəsi 1017,6 min kv.metr olan yaşayış evləri, 1956 şagird yerlik ümumtəhsil məktəbləri, 140 yerlik klub, 25 çarpayılıq xəstəxana, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, “Dərnəgül” metrostansiyası, Müalicə-Diaqnostika Mərkəzi, “Kempinski Badamdar” hotel kompleksi, Göyçay rayonunda meyvə-tərəvəz soyuducu anbarı, Tovuz rayonunda süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda Mebel fabriki və AZDMF zavodu, Astara rayonunda Qaz-Kompressor stansiyası, Naftalan şəhərində “çinar Hotel” kompleksi və “Qaşaltı” sanatoriyası, Ağcabədi rayonunda Süd emalı zavodu, Süd məhsulları kombinatı, İmişli rayonunda Yem fabriki, Bitki yağları fabriki və Olimpiya İdman Kompleksi, Xızı rayonunda Müalicə-Diaqnostika Mərkəzi tikilib istifadəyə verilib.
Yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur və turizm obyektlərinin istifadəyə verilməsi minlərlə insanın iş yeri ilə təmin olunmasına şərait yaradıb, yeni iş yerlərinin sayı əhəmiyyətli dərəcədə artıb. 2011-ci ilin ötən yeddi ayında ölkədə 50 mindən çox yeni, o cümlədən, 35 min daimi olan iş yeri açılıb. ümumilikdə isə, 2003-cü ilin oktyabrından indiyədək olan dövrdə 960 mindən artıq iş yerləri yaradılıb. Regionların inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində yaradılmış iş yerlərinin 79 faizi regionların payına düşür. Bununla yanaşı, yeni iş yerlərinin təxminən 88 faizi qeyri-dövlət sektorunda açılıb.
Həyata keçirilən uğurlu siyasətin mühüm göstəricilərindən biri sosial sahədə əldə olunan mühüm nailiyyətlərdir. Sosial siyasətin gücləndirilməsi, əməkhaqlarının artırılması, pensiyaçıların pensiya məbləğinin yenidən hesablanması və digər sosialyönümlü tədbirlərin həyata keçirilməsi əhalinin yaşayış şəraitinin yaxşılaşmasına və onların pul gəlirlərinin artmasına səbəb olub. Son yeddi ayda əhalinin gəlirləri 17,3 faiz artaraq 16,3 milyard manata çatıb. Hər nəfərə düşən gəlirlərin məbləği 15,8 faiz artaraq orta hesabla ayda 258,6 manat təşkil edib. Muzdla işləyənlərin orta aylıq əməkhaqqı ötən illə nisbətdə 32,8 manat və ya 10,3 faiz artaraq 352,7 manat təşkil edib. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 115 manata çatıb. Əhalinin gəlirlərinin artmasını və məntiqi nəticəsi kimi onun həyat səviyyəsinin yüksəlməsini ticarət şəbəkəsindən daha çox əmtəə alınması və xidmətlərdən daha geniş istifadə edilməsi, eyni zamanda, əlavə pul yığımları sübut edir. Bunun nəticəsidir ki, son yeddi ayda ticarət dövriyyəsi 10 faiz artıb. Əhalinin banklardakı əmanətlərinin məbləği isə 34,7 faiz artaraq 3,5 milyard manata çatıb.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 916 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30