Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

08.09.2011 [10:34]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. OMV şirkəti idarə heyətinin sədri Gerhard Roiss Avstriya Prezidenti Haynts Fişerin və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Gunter Ottingerin salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə Avstriyanın OMV şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, “NABUCCO” layihəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə edilib.
Dövlətimizin başçısı Avstriya Prezidenti Haynts Fişerin və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Gunter Ottingerin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Avstriyanın dövlət başçısına və Avropa İttifaqının komissarı Gunter Ottingerə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 942 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30