/ / Prezident İlham Əliyev Qala qəsəbəsindəki Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində aparılan tikinti-quruculuq işləri ilə tanış olub, Əntiq Əşyalar Muzeyinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qala qəsəbəsindəki Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində aparılan tikinti-quruculuq işləri ilə tanış olub, Əntiq Əşyalar Muzeyinin açılışında iştirak edib
08.09.2011 [10:36]
Dövlətimizin başçısına və xanımı Mehriban Əliyevaya məlumat verilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir. Azərbaycan tarixinin, mədəniyyətinin, xalqımızın adət-ənənələrinin yaşadılmasında, gələcək nəsillərə ötürülməsində mühüm rolu olan qoruğun ərazisində son vaxtlarda aparılan tikinti-quruculuq işləri bu məkanın əhəmiyyətini daha da artırıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən pilot ərazi kimi Qala qəsəbəsində “Təmiz Qala” layihəsinin icrasına başlanılıb. Layihənin məqsədi qəsəbə ərazisində tullantıların kompleks idarə olunmasını - yığılması, daşınması və təkrar emalı proseslərini müasir standartlara uyğun təşkil etməkdir. Əraziyə su xətti çəkilib, 15 bulaq istifadəyə verilib.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva əvvəlcə Qala İnformasiya Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəz vasitəsilə turistlər, qonaqlar qoruq ərazisindəki muzeylər barədə ətraflı məlumat əldə edə, elektroavtobuslar və velosipedlər icarəyə götürə bilərlər. Qoruğun ətrafı abadlaşdırılıb, ərazidə 170 min ağac və bəzək kolu əkilib.
Sonra dövlətimizin başçısı və Azərbaycanın birinci xanımı elektroavtobusla Qala parkının ərazisini gəziblər, görülmüş işlərlə tanış olublar, parkın əvvəlki görünüşünü əks etdirən stendə baxıblar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qala parkında ağac əkiblər.
Bildirilib ki, buradakı göl və onun ətrafındakı 24,2 hektar ərazi tullantılardan təmizlənərək abadlaşdırılıb. Ərazidə torpaq üç metr dərinliyində qazılaraq mazutdan təmizlənib, yeni torpaq örtüyü ilə əvəzlənib ki, nəticədə ərazinin ekoloji vəziyyətində mühüm dəyişikliyə nail olunub. Ərazinin işıqlandırılmasında günəş batareyalarından geniş istifadə edilib. Parkda yaşıllaşdırma işləri aparılıb, 80 mindən çox ağac və bəzək bitkiləri əkilib, yaşıllıq zolağı suvarma sistemi ilə təchiz olunub. Parkın ərazisində uşaqların maraqlı istirahəti üçün əyləncə meydançası istifadəyə verilib.
Sonra dövlətimizin başçısı və Heydər Əliyev Fondunun prezidenti XII-XIV əsrə aid Qum hamamı ilə tanış olublar. Məlumat verilib ki, Qum hamamında qədim zamanlarda nadir su, qaz və kanalizasiya sistemlərindən istifadə olunub. Bu, xalqımızın məişət mədəniyyətinin qədim və yüksək olduğunun göstəricisidir.
Etno-Ekoloji Mərkəzlə tanışlıq zamanı bildirilib ki, əsasən uşaqlar və gənclər üçün nəzərdə tutulmuş mərkəzdə hər cür şərait yaradılıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ötən il keçirilmiş Qala festivalına Bakının müxtəlif orta və internat məktəblərindən, uşaq evlərindən 2500 uşaq qatılmışdı. Festivalda toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini yaşadan sənətkarların əl işləri nümayiş etdirilmişdi. Festival çərçivəsində uşaqlar üçün ustad dərsləri təşkil olunmuş, gənc nəslin nümayəndələrinə qədim məişət və etnoqrafik ənənələrimizlə yaxından tanış olmaq imkanı yaradılmışdı. Festivalın çox maraqla qarşılanması, layihəyə göstərilən diqqət Qalada Etno-Ekoloji Mərkəzin yaradılması ideyasına təkan verib.
Qeyd edilib ki, XIX əsrdə dəyirman kimi istifadə olunan binada sovet dövründə klub, daha sonra uşaq bağçası fəaliyyət göstərib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Etno-Ekoloji Mərkəzdə uşaqların istirahəti, onların xalqımızın qədim tarixini, mədəniyyətini dərindən öyrənməsi, qədim el sənətlərinin müxtəlif növlərinə yiyələnməsi, müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qoruq ərazisində X-XIV əsrlərə aid Qala abidə kompleksi ilə də tanış olublar. Bildirilib ki, elmi, tarixi, bədii əhəmiyyət daşıyan bütün tarixi və mədəniyyət abidələrinin qorunması, eləcə də Abşeron yarımadasında aşkar edilən digər arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi məqsədilə Qala qəsəbəsində son illərdə genişmiqyaslı layihə həyata keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Abşeron” arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə burada qazıntı işləri aparıb. Qazıntılar nəticəsində e.ə. III-II minilliyə, həmçinin, XIV-XV əsrlərə aid müxtəlif tapıntılar aşkar edilib. Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrin yadigarı təndir Qala abidə kompleksində nümayiş etdirilir. Buradakı qayaların üzərində əsasən insan və heyvan fiqurları, müxtəlif fraqmentlər həkk olunub.
Kompleksə daxil olan X-XIV əsrə aid Qala qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədilə istifadə olunmuş X-XIV əsrə aid qüllənin hündürlüyü 13,8 metrdir. XVI-XVII əsrlərin yadigarı olan istehkamda X-XVI əsrlərə aid qızıl pullar, qızıl qolbaq qalıqları, keramika nümunələri sərgilənir. Burada, həmçinin Zirə yaşayış məskənində tapılan e.ə. III-II minilliyə aid qayaüstü rəsmlər nümayiş etdirilir. Bu rəsmlərdə qadın, kişi və heyvan fiqurları, digər fraqmentlər təsvir olunub.
Dövlətimizin başçısına məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə qoruq ərazisində Qala Əntiq Əşyalar Muzeyi yaradılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin rəmzi açılışını bildirən lenti kəsiblər.
Bildirilib ki, muzeyin təməli ötən ilin iyununda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə qoyulub. Fondun təşəbbüsü və dəstəyi ilə inşa olunan muzey Şahid Həbibullayevin şəxsi kolleksiyası əsasında yaradılıb. Uzun illər ərzində yığılan zəngin kolleksiya hazırda üç minədək maddi mədəniyyət nümunəsini əhatə edir. Kolleksiyanın əsasını təşkil edən Azərbaycan sənətkarlarının yaratdığı əntiq əşyalar dəfələrlə beynəlxalq sərgilərdə, o cümlədən Paris, London, Vaşinqton, Berlin, Moskva, Qahirə, Rabat, Bişkek, Daşkənd və digər şəhərlərdə nümayiş etdirilib və hər dəfə də böyük maraqla qarşılanıb.
Qeyd olunub ki, muzeydə bu nadir toplunun 800 eksponatı nümayiş etdirilir. üçmərtəbəli binanın birinci və ikinci mərtəbələrində əsasən, Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri, üçüncü mərtəbədə isə respublikamızın müxtəlif bölgələrindən toplanmış, ABŞ, Almaniya, Avstriya, Rusiya, Fransa, İngiltərə, Belçika, İran, özbəkistan, Polşa, Türkiyə və digər ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir.
Dövlətimizin başçısı və Heydər Əliyev Fondunun prezidenti burada nümayiş etdirilən mis məişət əşyaları ilə tanış olublar. Bildirilib ki, muzeyin ekspozisiyasını tutumu yarım litrdən 90 litrə qədər olan 156 samovar zənginləşdirir. Əksəriyyəti Rusiyanın Tula, Moskva, Sankt-Peterburq, Ural və digər şəhər və bölgələrindən gətirilən, XVIII-XIX əsrlərə aid samovarların bir qismi Polşa, İran, Avstriya, Amerika Birləşmiş Ştatları və başqa ölkələrdə istehsal olunub.
Məlumat verilib ki, burada Azərbaycan samovarları da nümayiş etdirilir. Yaşı 3 min 700 il olan ən qədim Azərbaycan samovarı Şəkidə tapılıb. Bu, iki min il yaşı olan Misir samovarından daha qədimdir. Ekspozisiyada qədim kişi və qadın kəmərləri, sinəbənd və bilərziklər, silahlar, o cümlədən təbərzinlər və xəncərlər yer alıb. Muzeyin diqqəti cəlb edən eksponatlarından olan fayton Lüdviq Nobelin maşınqayırma zavodunda yığılıb, Şəki şəhərində qorunub saxlanıb. Burada, həmçinin Şəki və Şirvan xanlıqları dövrünə aid pullar nümayiş etdirilir.
Muzeydə müxtəlif məişət əşyaları - ütü, maşa, masaüstü lampalar və tərəzilər də vardır. Burada nümayiş olunan ən qədim sini XVI əsrə aiddir.
Binanın birinci mərtəbəsində konfrans zalı, inzibati otaqlar, suvenirlər bölməsi və təmir-bərpa emalatxanası fəaliyyət göstərir. Aşkar olunan qədim əşyalar məhz bu emalatxanada bərpa edilir.
Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xatirə kitabını imzalayıb.
Sonra dövlətimizin başçısı və Azərbaycanın birinci xanımı orijinal üslubda inşa edilmiş karvansara-restoran ilə tanış olublar. Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilmiş karvansara-restoranda turistlər Azərbaycan mətbəxinin ləziz nemətləri ilə tanış olacaqlar.
çoxsaylı turist axını nəzərə alınaraq inşa edilmiş restoranın birinci mərtəbəsi kafe, ikinci mərtəbəsi isə restoran kimi fəaliyyət göstərəcək. Restoranın arxa bağçasındakı karvansarada 7-si açıq, 7-si isə qapalı olmaqla Şərq memarlıq üslubunda inşa edilmiş 14 kabinetdə də turistlərin istirahəti üçün hər cür şərait yaradılıb. Kabinetlər qədim Azərbaycan mədəniyyətini əks etdirən əşyalarla bəzədilib. Restoranın ətrafı abadlaşdırılıb, dekorativ ağac və kollar əkilib.
Məlumat verilib ki, qoruq ərazisində fiziki imkanları məhdud insanların hərəkəti üçün də bütün tədbirlər görülüb. Qoruqda mühafizə kameraları quraşdırılıb.
Buradakı quyu və ovdanlar bərpa olunub, 35 min kvadratmetr sahədə avtomobil dayanacağı, elektromobillər üçün qaraj tikilib. Qəsəbədaxili əsas yollara 50 min kvadratmetr asfalt örtüyü salınıb, işıqlandırma dirəkləri quraşdırılıb, qaz və su təchizatını yaxşılaşdırmaq məqsədilə borular çəkilmiş, kompleksin ətrafındakı meydan yenidən qurulub.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

