Azərbaycan-Monteneqro münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir
17.09.2011 [10:28]
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviçin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin təkbətək görüşü olub.
Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb.
Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib.
Dövlət başçıları beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib: “Hörmətli cənab Prezident! Hörmətli qonaqlar!
Mən sizin hamınızı Azərbaycanda salamlayıram, xoş gəlmisiniz! Bu, Sizin Azərbaycana birinci səfərinizdir və bu, əlbəttə ki, ikitərəfli əlaqələrimizdə çox mühüm yer tutan bir səfərdir. Bu səfər tarixdə qalacaq, çünki birinci rəsmi səfərdir. Mən əminəm ki, səfər çox uğurlu keçəcək və səfərin nəticələri çox müsbət olacaqdır. Bizim ikitərəfli münasibətlərimiz çox uğurla və deyə bilərəm ki, çox böyük sürətlə inkişaf edir. Qısa müddət ərzində həm siyasi, həm iqtisadi sahələrdə məsləhətləşmələr aparılmışdır. Hər iki tərəf bu əlaqələrin inkişafı üçün dəyərli töhfələrini verir. Mən əminəm ki, bu gün aparılan və aparılacaq danışıqlar ölkələrimizi daha da yaxınlaşdıracaqdır. Bir daha Sizi salamlayıram, xoş gəlmisiniz!”.
Monteneqro Prezidenti Filip Vuyanoviç səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib: “İcazə verin, bu səfərə dəvət etdiyinizə görə mən Sizə dərin təşəkkürümü bildirim və bir daha Sizi salamlayım. Bir daha fürsətdən istifadə edərək, Sizə dərin təşəkkürümü bildirirəm və öz nümayəndə heyətim adından Sizin nümayəndə heyətinin üzvlərini də səmimi qəlbdən salamlayıram.
Bildiyiniz kimi, xarici işlər nazirlərinin qarşılıqlı səfərləri həyata keçirilmişdir və hesab edirəm ki, bu səfərimiz də əlaqələrimizin bundan sonra dərinləşməsinə və inkişaf etdirilməsinə öz müstəsna töhfəsini verəcəkdir. Hesab edirəm ki, iki ölkə arasında siyasi əlaqələr iqtisadi əlaqələrin bünövrəsini qoyacaq və bunu gücləndirəcəkdir”.
Prezident İlham Əliyevin və Prezident Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Monteneqro sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Monteneqronun Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Monteneqronun mədəniyyət naziri Branislav Miçunoviç, “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç, “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç, “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzalayıblar.
Azərbaycan-Monteneqro sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Filip Vuyanoviç mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib ki, qısa müddət ərzində ölkələrimiz arasında çox sıx əməkdaşlıq yaranıb: “Siyasi əlaqələrimiz inkişaf edir. Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri bir daha onu göstərir ki, siyasi sahədə aramızda heç bir problem yoxdur. Əksinə əlaqələrin inkişafı üçün hər iki tərəfdə böyük maraq və istək vardır. Əlbəttə, iqtisadi sahə də ikitərəfli əlaqələrin inkişafı üçün çox vacib əhəmiyyət kəsb edir. Bu gün biz bu məsələ ilə bağlı kifayət qədər geniş fikir mübadiləsi aparmışıq. Bu gün imzalanmış sənədlər, o cümlədən iqtisadi, investisiya, mədəniyyət və turizm sahələrini əhatə edir. Hesab edirəm ki, iqtisadi sahədə əməkdaşlığımızın başlaması üçün məhz investisiya və iqtisadi inkişaf məsələləri ön planda olmalıdır”.
Dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, əməkdaşlıq üçün maraq doğuran digər sahələr də mövcuddur: “Onların arasında nəqliyyat və energetika sahələrini qeyd edə bilərəm. Bu sahələrdə də təcrübə mübadiləsi aparıla bilər. Biz Azərbaycanın həyata keçirdiyi çox böyük energetika və nəqliyyat layihələrində də səmərəli şəkildə əməkdaşlıq edə bilərik”.
Prezident İlham Əliyev, həmçinin, söyləyib ki, Balkan regionu ilə bizim region arasında əlaqələr daha da sıx olmalıdır.
Dövlət başçısı İlham Əliyev bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Mən bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz fikrimi Sizə bildirdim. Məsələnin tarixi ilə bağlı Sizə öz sözlərimi dedim. Biz ümid edirik ki, yaxın zamanlarda bu ədalətsizliyə son qoyulacaq, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaq, BMT Təhlükəsizlik Şurasının erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsi icra ediləcək və beləliklə, Azərbaycan vətəndaşları doğma torpaqlarına qayıdacaqlar. Bu məsələ nəinki bizim üçün, bölgə üçün, dünya üçün təhlükə mənbəyidir və məsələnin tezliklə həll edilməsi bütün ölkələrin marağında olmalıdır”.
Monteneqro Prezidenti Filip Vuyanoviç isə söyləyib ki, Azərbaycanın iqtisadi göstəriciləri və dinamik inkişafı bizi bu gün çox sevindirir: “Biz bu gün bunun şahidi oluruq və əminəm ki, Azərbaycanın sürətli inkişafı bundan sonra da davam edəcəkdir. Bu isə Azərbaycan vətəndaşlarının firavan ölkədə yaşamasını təmin edəcəkdir”.
Prezident Filip Vuyanoviç, eyni zamanda, vurğulayıb ki, Azərbaycanın sərmayə strukturları bizim ölkəyə maraq göstərir: “Biz də öz növbəmizdə sərmayələrin qoyuluşu istiqamətində bütün zəruri tədbirləri görməyə hazırıq. Biz artıq tenderlərə başlamışıq. Bizim hava yolu və limanla bağlı layihələrimiz vardır. Biz inanırıq ki, Azərbaycan şirkətləri də bu tenderlərdə iştirak edəcək və bizim ölkəyə sərmayə qoymaq arzusunda olacaqlar. Mən bir daha sevinirəm ki, münasibətlərimiz artıq mövcuddur. Azərbaycan-Monteneqro Mədəniyyət Dərnəyi artıq fəaliyyətdədir. Monteneqroda Azərbaycan rəssamlarının əsərlərinin sərgisi artıq təşkil edilmişdir. Yenə də sevindirici haldır ki, mədəniyyət sahəsində imzalanmış Saziş əlaqələrimizin daha da genişləndirilməsinə xidmət edəcəkdir. Bu mədəni əlaqələrin gücləndirilməsində bir növ körpü rolunu oynayacaqdır. Biz BMT-nin və Avropa İttifaqının mövqeyinə də şərik çıxırıq. Biz hesab edirik ki, beynəlxalq təşkilatlar bu problemin mahiyyətinə bələddir və müvafiq qətnamələrin də dəstəklənməsi çox vacibdir. Onların həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Biz çox sevinirik ki, Azərbaycanın “Şərq tərəfdaşlığı” çərçivəsində həyata keçirdiyi fəaliyyəti də təqdirəlayiqdir. Eyni zamanda, biz sülhməramlı missiyaların həyata keçirilməsində də çiyin-çiyinə çalışmışıq. Bizim ölkənin NATO-ya sıx inteqrasiyasında da Azərbaycanın dəstəyini hiss etmişik. Bakıya səfərim məndə çox gözəl təəssüratlar yaradır və əminəm ki, bu, bizim əlaqələrin yeni mərhələsinə qədəm qoyulması deməkdir. Bu, bir daha bizim ölkələrin yaxınlığını sübut edir və əlaqələrimiz də xalqlarımızın maraqları naminə inkişaf edəcəkdir”.
* * *
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç Heydər Əliyev Fondunda olub. Monteneqronun dövlət başçısını Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Monteneqro Prezidenti Ulu öndərin şəxsi arxivindən götürülmüş və Onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.
Fondla tanışlıq zamanı Prezident Filip Vuyanoviçə məlumat verilib ki, Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, Ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.
Prezident Filip Vuyanoviç Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb.
Monteneqro Prezidentinə Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olunub.
Ali qonaq Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıb.
Baş nazir Artur Rasizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də Monteneqro Prezidentinə ətraflı məlumat verib.
Monteneqro Prezidenti Filip Vuyanoviç regionun nüfuzlu dövləti olan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıb və Bakıya səfərinin qarşılıqlı münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söyləyib. Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün səmərəli keçdiyini, bir sıra mühüm sənədlərin imzalandığını deyən ali qonaq iki dövlət arasında münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Gəzinti zamanı qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə tanış olub.
Tanınmış Azərbaycan şairi Əliağa Vahidin büstü yerləşən meydanla tanışlıq zamanı Monteneqro dövlətinin başçısına şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib. Qonaq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq ali qonağa hədiyyə təqdim edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32

