/ / Azərbaycan xalqı və Azərbaycan dövləti öz görkəmli şəxsiyyətlərinin xatirəsinə böyük hörmətlə yanaşır
Azərbaycan xalqı və Azərbaycan dövləti öz görkəmli şəxsiyyətlərinin xatirəsinə böyük hörmətlə yanaşır
20.09.2011 [10:52]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bakının mərkəzində xalqımızın görkəmli bəstəkarı, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Fikrət Əmirovun xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib.
Azərbaycan musiqi ictimaiyyətinin tanınmış nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyevə məlumat verilib ki, müəllifi Əməkdar rəssam Namiq Dadaşov olan abidənin ətrafı tamamilə abadlaşdırılıb, burada yeni park salınıb.
Dövlətimizin başçısı abidənin üzərindəki örtüyü götürüb. Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoyub.
Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin korifeylərindən olan Fikrət Əmirov zəngin yaradıcılığı ilə musiqimizin inkişafında yeni mərhələ açıb, mədəniyyətimizi dünya miqyasında tanıdıb. Onun yaratdığı əsərlər dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olub.
Fikrət Əmirovun yaradıcılığı geniş və çoxşaxəlidir. Bəstəkarın sənət sahəsində xidmətləri daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Sonra dövlətimizin başçısı mərasimdə çıxış edib.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək söyləyib ki, bu abidənin açılışı onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz görkəmli şəxsiyyətlərinin xatirəsinə böyük hörmətlə yanaşır: “Fikrət Əmirov Azərbaycan xalqının sevimli bəstəkarıdır. O, öz xalqına çox bağlı olan insan idi. Onun əsərləri - həm klassik əsərləri, həm mahnıları göstərir ki, bu insanda milli duyğular nə qədər yüksək səviyyədə idi”.
Prezident İlham Əliyev deyib ki, Fikrət Əmirov simfonik muğam janrının müəllifi, onun yaradıcısı idi: “Muğam milli sərvətimizdir. Muğam milli şüurumuz, milli ruhumuzdur. Bu gün müstəqil Azərbaycan əlbəttə ki, milli irsini qorumağa qadirdir. O dövrdə - sovet dövründə simfonik muğam janrının yaradıcısı kimi, Fikrət Əmirov həm öz yaradıcı axtarışının nəticələrini görmüşdü, eyni zamanda, doğma xalqına, xalq mədəniyyətinə olan duyğular bu gözəl janrı yaratmağı ona nəsib etmişdir.
Bu gün muğam YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Artıq Azərbaycan dünyada muğamın vətəni kimi tanınır. ölkəmizdə keçirilən muğam festivalları, muğam müsabiqələri bütün dünyaya göstərir ki, muğamın vətəni Azərbaycandır.
Fikrət Əmirov, eyni zamanda, böyük əsərlərin müəllifi idi. “Sevil” operası, “Nəsimi”, “Nizami” baletləri ona həm Azərbaycanda, həm Sovet İttifaqı məkanında böyük şöhrət qazandırmışdır. “Min bir gecə” baleti isə ona dünya şöhrəti qazandırmışdır. “Min bir gecə” baleti bu gün dünyanın müxtəlif ölkələrinin şəhərlərində nümayiş etdirilir. “Min bir gecə” baleti 1981-ci ildə Moskvada Kreml sarayında böyük təntənə ilə səhnəyə qoyulmuşdur. Mən o günü yaxşı xatırlayıram. O gün həm Fikrət Əmirovun istedadının, musiqisinin, eyni zamanda, Azərbaycan musiqisinin təntənəsi günü idi”.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli mərasimdə çıxış edərək Fikrət Əmirov yaradıcılığından, onun mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən danışıb. O, Ulu öndər Heydər Əliyevin tanınmış bəstəkara və onun əsərlərinə verdiyi böyük dəyərdən bəhs edib.
SSRİ Xalq artisti, “Sevil” operasında Sevilin partiyasının ilk ifaçısı Firəngiz Əhmədova Fikrət Əmirova abidə qoyulmasını dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinə verilən növbəti hədiyyə kimi qiymətləndirib.
Görkəmli bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirov atasının xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə ailə üzvləri adından təşəkkür edib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxHadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26

