Prezident İlham Əliyev Xaçmaz rayonunda səfərdə olub
24.09.2011 [10:32]
Prezident İlham Əliyevə abidənin ətrafında yaradılan şərait barədə məlumat verilib. Qeyd edilib ki, şəhərin mərkəzi olan bu ərazidə geniş abadlıq işləri aparılıb və park salınıb. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində yenidənqurma işlərindən sonra Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, Xaçmazda 2005-ci ildə inşa edilmiş Heydər Əliyev Mərkəzində 2010-cu ildə əsaslı bərpa və yenidənqurma işləri aparılıb. Binanın dam hissəsi günbəz formasında yenidən inşa edilib, pəncərələri şəbəkə üslubunda düzəldilib. Mərkəz bir zaldan, 6 guşədən və 3 əlavə otaqdan ibarətdir. Burada Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və eksponatlardan bir daha aydın olur ki, Ulu öndər ölkəmizin beynəlxalq nüfuzunun, müstəqilliyinin möhkəmləndirilməsi üçün əvəzsiz işlər görüb.
Prezident İlham Əliyevə məlumat verilib ki, Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan bölmələrdə Ulu öndərin uşaqlıq və gənclik dövrlərini əks etdirən fotoşəkillər, 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı və digər sahələrdə reallaşdırdığı tədbirlər, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatındakı quruculuq işlərindən bəhs edən materiallar toplanıb.
Prezident İlham Əliyevə Xaçmazda görülən abadlıq-quruculuq işləri haqqında məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı təmirdən sonra istifadəyə verilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olub.
Xəstəxananın kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə məlumat verib ki, xəstəxana 110 çarpayılıqdır. Burada rentgen, ultrasəslə müayinə, stomatoloq, otorinolarinqoloq, terapevt və digər kabinetlər var. Bütün kabinetlər ən müasir tibbi avadanlıqla təchiz edilib.
Qeyd olunub ki, xəstəxanada uşaq xəstəlikləri, cərrahiyyə, anesteziologiya və intensiv terapiya şöbələri də fəaliyyət göstərir. Bu şöbələr də müasir texnologiyaların ən son tələblərinə uyğun hazırlanan tibbi avadanlıqla təchiz olunub.
Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, artıq rayon sakinlərinin sağlamlıq kartlarının hazırlanması prosesinə başlanıb. Bu kartlarda hər bir sakinin sağlamlığına dair bütün məlumatlar öz əksini tapacaq. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının bu cür müasir şəraitlə təmin edilməsi, ilk növbədə burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkanlar yaradır.
Səhiyyə ocağında yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində şəhərdəki Şəxsiyyətlər Muzeyi ilə tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, Xaçmazda Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılıb. O vaxt muzeydə 15 görkəmli şəxsiyyətin büstü var idi. 2010-cu ildə muzey genişləndirilərək yenidən qurulub. Hazırda iki hektaradək ərazisi olan açıq səma altında muzeydə dahi Nizami Gəncəvinin abidəsi ucaldılıb, Azərbaycanın 39 şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulub. Muzeydə olan beş fəvvarə yenidən qurulub, ərazidə bulaq kompleksi inşa edilib.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirib, tövsiyə və tapşırıqlarını verib.
Prezident İlham Əliyev Xaçmaz Şahmat Məktəbinin açılışında iştirak edib.
Dövlətimizin başçısı şahmat məktəbinin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, Prezident İlham Əliyevin “Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında” Sərəncamı və “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na uyğun olaraq Xaçmaz rayonunda da beynəlxalq standartlara uyğun yeni şahmat məktəbi inşa edilib. Qısa zamanda tikilən məktəbin ümumi sahəsi 720 kvadratmetrdir. Dizaynında şahmat fiqurlarından və digər şahmat elementlərindən istifadə olunan binanın tikintisi zamanı yüksək memarlıq quruluşuna nail olunub. İkimərtəbəli binanın ətrafında yaşıllıq zolağı salınıb, abadlıq işləri görülüb.
Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb.
Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, burada 40 nəfərlik yarış zalı, kompyuter, məşq otaqları və digər otaqlar var. Kompyuterlərə xüsusi şahmat proqramları yüklənib. Şahmat məktəbində ən müasir maddi-texniki baza yaradılıb. Burada şahmatla peşəkar səviyyədə məşğul olmaq məqsədilə bütün zəruri əyani vasitələr var.
Bildirilib ki, məktəbin əsas vəzifəsi idmanın bu intellektual növünün kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdir. Burada şahmat üzrə müxtəlif səviyyəli yarışlar keçirmək mümkündür.
Şahmat məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verib.
Azərbaycan Prezidenti İlham Əliyev Xaçmazda xalça muzeyinin açılışında iştirak edib.
Əvvəlcə muzeyin yerləşdiyi mədəniyyət və istirahət parkı ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, muzeydə daha çox ölkənin şimal bölgəsi üzrə xalçaçılıq məktəbinin 60-dək nümunəsi sərgilənir. Muzeyin eksponatları arasında məşhur xalçaçı rəssam Kamil Əliyevin “Heydər Əliyevin xalça portreti” əsəri xüsusi əhəmiyyət kəsb edir. Ekspozisiyadan aydın görünür ki, bu gün Azərbaycanda xalçaçılıq məktəbi özünün inkişaf dövrünü yaşayır. Xalqımızın milli sərvəti olan bu sahənin inkişafı ilə bağlı ölkədə həyata keçirilən tədbirlər, ilk növbədə bu qədim el sənətinin yaşadılmasına göstərilən diqqətdən irəli gəlir. Bu gün xalçalarımız Azərbaycan mədəniyyətinin ən böyük hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə daha da zənginləşir, bu sənətin inkişafı ilə bağlı görülən işlər xalçalarımızın milli və dünyəvi dəyərini daha da artırır. Xalqımızın tarixini və mədəniyyətini əks etdirən bu sənət növünə Azərbaycan dövlətinin diqqət və qayğısı bütün dünyanı Azərbaycan xalçalarının sehrinə salır.
Sonra Prezident İlham Əliyev xalça muzeyinin yerləşdiyi binada yaradılan uşaq-gənclər kitabxanasının fəaliyyəti ilə tanış olub.
Bildirilib ki, kitabxanada xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə sənət adamları, şair və yazıçılarla görüşlərini əks etdirən fotolar sərgilənir. Bununla yanaşı, Prezident İlham Əliyevin Xaçmaza səfərlərinin əks olunduğu fotolar da kitabxanaya gələnlərə təqdim edilir. Bildirilib ki, 1200 kvadratmetr sahəsi olan kitabxanada uşaq və gənclər üçün hər cür şərait yaradılıb. Burada toplanan müxtəlif mövzulara aid kitablar ölkəmiz haqqında məlumatları əldə etmək, dünyada baş verən elmi-texniki yeniliklərdən xəbər tutmaq baxımından əhəmiyyətlidir. Burada quraşdırılan kompyuterlərin internetlə təchiz olunması da elektron ədəbiyyatın istifadəsi baxımından müstəsna imkanlar açıb. Bundan əlavə, burada sərgi zalı, gənclər kitabxanası, kitab fondu yerləşir. Fondda 29 min kitab qorunur. Kitabxanada oxu və konfrans zalları, balacalar üçün nağıl otağı da yaradılıb.
Prezident İlham Əliyev xalça muzeyində və uşaq-gənclər kitabxanasında yaradılmış şəraitdən razılığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində Heydər Əliyev Seyrəngahında yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, seyrəngaha Heydər Əliyev bulaq kompleksi, İlham Əliyev bulaq kompleksi, Heydər Əliyev prospektinin giriş qapısı kompleksi daxildir. İlham Əliyev bulaq kompleksində 15 metr hündürlüyündə bir bulaq, üç süni şəlalə və 48 fəvvarə quraşdırılıb. Kompleks müasir qaydada işıqlandırılıb.
Qeyd olunub ki, Heydər Əliyev bulaq kompleksi 2011-ci ilin mayında istifadəyə verilib. Kompleksdə 21 metr hündürlüyündə bulaq, 3 süni şəlalə, 80 fəvvarə quraşdırılıb. Kompleksin ərazisində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mozaika ilə portretləri işlənib. Hər iki kompleksin arasında olan Bakı prospekti boyunca 5 hektar ərazidə xiyaban salınıb, 12 metr hündürlüyündə samovar kompleksi yaradılıb, burada fəvvarə quraşdırılıb. Bakı prospektində avtomobillərin həddən artıq intensiv hərəkəti nəzərə alınaraq, adamların sərbəst və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə xüsusi mozaika ilə işlənən 24 metr uzunluğunda iki yerüstü piyada körpüsü tikilib.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, milli memarlıq elementlərinin geniş tətbiq olunduğu seyrəngahda daha çox buta naxış kompozisiyalarından istifadə edilib. Bu da seyrəngahın ümumi görünüşünə xüsusi yaraşıq verir. Burada yaradılan şərait göstərir ki, paytaxtla yanaşı, bütün bölgələrimiz sürətlə inkişaf edir. Bölgələrlə paytaxt arasındakı inkişaf fərqi artıq aradan qaldırılıb. Bununla da bölgələrimizin siması dəyişib. Azərbaycanın regionları indi daha müasir və cəzbedicidir. Əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni istehsal sahələrinin açılması regionlarımızı da ümumi inkişaf prosesinin mühüm tərkib hissəsinə çevirib.
Seyrəngahla tanış olan Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev Xaçmaz kondensator zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin burada ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycan Prezidentinə məlumat verib ki, son illərdə Xaçmazda müxtəlif təyinatlı istehsal müəssisələrinin yaradılması diqqət mərkəzindədir. Bu sırada rayonda yenidən qurulan kondensator zavodu da mühüm əhəmiyyət kəsb edir. Xaçmaz kondensator zavodu 1981-ci ildə Rusiyanın Tula şəhərində yerləşən Severo-Zadonsk hərbi təyinatlı zavodun tabeliyində olub. Əvvəllər kiçik sex kimi fəaliyyət göstərib, 1983-cü ildə burada zavod tikilib, müəssisə 1987-ci ildən tam fəaliyyətə başlayıb.
Bildirilib ki, vaxtilə Xaçmaz kondensator zavodunda istehsal olunan müxtəlif markalı kondensatorlar keçmiş SSRİ-nin bütün respublikalarına ixrac edilirdi. 1992-ci ildə bu zavod “Elektrolit” İstehsalat Birliyinin tabeliyinə verilib. 1993-cü ildən isə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin strukturuna daxil edilib. Zavodun əsas fəaliyyəti kondensatorlarla yanaşı, xalq istehlak mallarının istehsalı və əhaliyə pullu xidmət göstərməkdən ibarətdir.
Sonra dövlətimizin başçısı zavodun əvvəlki vəziyyətini əks etdirən filmə baxıb.
Prezident İlham Əliyev müəssisədə yaradılan Heydər Əliyev muzeyi ilə də tanış olub. Burada Ulu öndərin Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlərə və dövlətimizin başçısının bu siyasəti davam etdirərək ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində gördüyü işlərə dair fotolar nümayiş etdirilir.
Dövlətimizin başçısı müəssisədə istehsal olunan məmulatın sərgisinə baxıb.
Müəssisə ilə tanışlıq zamanı bildirilib ki, zavodun ümumi sahəsi 24 min kvadratmetrdir. 3690 kvadratmetrlik istehsal sahəsində 2010-2011-ci illərdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Tikinti və yenidənqurma işlərindən sonra kondensator zavodunda yaradılan yeni istehsal sahələrində quraşdırılan və müasir tələblərə cavab verən xüsusi cihaz və avadanlığın köməyi ilə müxtəlif təyinatlı məmulat - yüksək böyütmə qabiliyyətinə malik kompaslı prizmalı binokllar, toplar üçün K-1 tipli kollimator, 60, 82 və 120 millimetrlik minaatanları hədəfə tuşlamaq üçün təkmilləşdirilmiş optik nişangah istehsal olunur.
Qeyd edilib ki, PK-A tipli kollimator nişangahları avtomat və əl pulemyotlarını hədəfə tuşlamaq üçün nəzərdə tutulub. Nişangah 5,45 və 7,62 millimetrlik Kalaşnikov avtomatları və əl pulemyotları ilə 300 metr məsafədə hədəfi çox dəqiq vurmağı təmin edir. Müxtəlif böyütmə qabiliyyətinə malik optik snayper nişangahları isə normal və iri çaplı snayper tüfənglərini hədəfə tuşlamaq üçün nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, mexaniki istehsal və optika sexlərindən əlavə, zavodda sənaye məhsulları hazırlayan sex də fəaliyyət göstərir. Burada əsasən məişətdə istifadə olunan məmulat hazırlanır. Bildirilib ki, bu il müəssisədə yeni açılan iş yerlərinin sayı 76-ya çatdırılıb. Bütün bunlar göstərir ki, ölkəmizin müdafiə sənayesinin gücləndirilməsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də Dövlət Müdafiə Sənayesi Proqramının icrası təmin olunub, bir sıra yeni təyinatlı məmulatın istehsalı mənimsənilib.
Məlumat verilib ki, 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyinin qarşısında istehsalın həcmini 15 faiz yüksəltmək, yeni növ müdafiə təyinatlı məmulatın yaradılması, yeni iş yerlərinin açılması və işçilərin orta aylıq əməkhaqqının artırılması kimi mühüm vəzifələr durur.
Prezident İlham Əliyev zavodun kollektivinə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

