1 nömrəli post erməni yalanlarını ifşa etdi
30.11.-0001 [00:00]
İlham Əliyev: 23 apreldə vəziyyət dəyişdi
Laçın postu hər kəsə öz yerini göstərdi
Azərbaycanın Cənubi Qafqaz regionunda formalaşdırdığı ən mühüm reallıqlardan biri də təhlükəsizlik arxitekturasının gücləndirilməsidir. Bu istiqamətdə atılan addımlar arasında isə bir məsələ xüsusilə seçilir - aprelin 23-də Laçın rayonu ərazisində formalaşdırılan dövlət sərhəd buraxılış məntəqəsinin qurulması. Post nəinki Azərbaycanın və ya Ermənistanın, bütövlükdə, Cənubi Qafqazın gələcəyində ən mühüm amil rolunu oynayacaq. Bu mənada, hətta Laçın dövlət sərhəd buraxılış məntəqəsini regionun “1 nömrəli postu” adlandırmaq olar.
Bu “post”un qurulması hər zaman havadarlarına güvənərək qeyri-qanuni fəaliyyəti artıq özünün həyat fəlsəfəsinə çevirmiş Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə növbəti çağırış idi. Azərbaycan hər zaman olduğu kimi regionda qanunun aliliyinin təmin olunması üçün qəti addımları ilə seçildi. Dövlət sərhəd buraxılış məntəqəsinin qurulması suveren hüquqlarımız çərçivəsində idi - Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Beləliklə, artıq Ermənistandan Qarabağa gedən şəxslər və ya avtomobillər Azərbaycanın dövlət sərhəd - buraxılış məntəqəsinin nəzarəti altında hərəkət edir. Orada müvafiq prosedur qaydaları tətbiq olunur. Bütün dünya Azərbaycanın beynəlxalq hüquqa, qanunlara söykənən uğurlu addımlarını həsədlə izləyir. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib ki, hazırda da hərəkət etmək azadlığı bloklanmayıb: “Aprelin 23-dən - sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. İyunun 15-də Ermənistan digər hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı. Yol araşdırmaya görə müvəqqəti olaraq bağlı idi. Sonra yol təkrar açıldı”.
3 ay keçməsinə baxmayaraq...
Bu məntəqənin qurulması həm də Qarabağdakı separatçı qüvvələrə son xəbərdarlıq sayılır: Azərbaycan hüquq müstəvisində öz ərazilərində sabitliyi təmin etmək iqtidarındadır. Ermənistanın kimlərəsə “güvənməsi” və ya separatçıların kimlərəsə “arxayın olması” boş xəyallardır. Ötən iki il yarım ərzində Azərbaycan addım-addım sülh uğrunda səylərini genişləndirir. Laçın postunun qurulması isə sülhün ən vacib komponentlərindən sayılır, bu kimi dəyərləndirilir. Bu post olmasa, uzun illərlə, bəlkə də yüz illərlə davam etmiş erməni riyakarlığı yenidən baş qaldıra bilər. Bu səbəbdəndir ki, formalaşdırılmasından cəmi 3 ay keçməsinə baxmayaraq Ermənistan var gücü ilə bu postun fəaliyyətinə mane olmağa çalışır. Amma hər kəs dərk etməlidir ki, Laçın postu Azərbaycanın ərazi bütövluyünün rəsmi təsdiqidir, Qarabağdakı erməni vətəndaşların reinteqrasiyası üçün ən vacib amildir, separatizmin, erməni faşizminin başının tam əzilməsi üçün ən real və təsiredici mexanizmdir. Eyni zamanda, Laçın postu Cənubi Qafqazın xoşbəxt və firavan, ən əsası təhlükəsiz gələcəyi üçün açardır.
“120 min erməni” yalanı ifşa olunur...
Bu post bir məqamı ilə də diqqəti cəlb edir. Laçın dövlət sərhəd buraxılış məntəqəsi uzun illərdir ki, ermənilərin apardığı yalan təbliğatı növbəti dəfə faktoloji şəkildə darmadağın etdi. Ermənistan, eləcə də qondarma separatçı rejim illərdir ki, Qarabağda 120 min və hətta daha artıq erməninin olmasını iddia edir. Hətta Laçın postunun qurulmasını özünəməxsus şəkildə “genosid”, “120 min erməninin hüquqlarının pozulması”, “sui-qəsd” adlandıran Ermənistan Fransanın və digər ermənipərəst dövlətlərin əli ilə bunu geniş təbliğ etməyə çalışırdı. Əslində, buradakı maraq fərqli idi: onsuz da dünya ictimaiyyəti görür və bilir ki, Laçın postunun qurulması Azərəbaycanın suveren hüququdur. Eyni zamanda, postun qurulması da beynəlxalq qanunvericiliyə əsaslanır. Onların əsl məqsədi bu yolla guya Qarabağda 120 min erməninin “yaşadığını” təbliğ etmək idi. Öz aləmlərində buna nail olduqlarını düşünən zaman...
Postun xidmətindən bir aya cəmisi 500 nəfər yararlanıbsa...
Laçın postunun qurulması bu yalanın da aşkara çıxmasına şərait yaratdı. Prezident İlham Əliyevin bildirdiyi kimi, 3 ay ərzində bu postdan cəmisi 2 min erməni yararlanıb - yəni, Ermənistana cəmisi 2 min Qarabağ ermənisi gedib. Paritet şəkildə bölsək, bu, aya təxminən 700-ə yaxın erməninin Ermənistana getməsi deməkdir. Bunların arasında isə demək olar ki, həftədə bir neçə dəfə eyni şəxslərin gediş-gəliş etdiyini də nəzərə alsaq, demək, ayda 500 nəfər Ermənistana gedir. Əgər Qarabağda ermənilərin iddia etdikləri kimi 120 min erməni “yaşayırsa” necə olur ki, postun xidmətindən bir aya cəmisi 500 nəfər yararlanır?
Demək ki, ya Ermənistanın iddia etdiyi rəqəm on dəfə artırılıb, ya da Ermənistana maraq göstərən, ora ilə əl?qələrə “üstünlük verən” Qarabağ ermənlərinin sayı məhduddur. Başqa sözlə, Qarabağda 10 - 15 min erməninin yaşadağı həqiqəti bir daha ortaya çıxır - regionun 1 nömrəli postu ermənilərin yalanını ifşa edir.
Spekulyasiyalar boşa çıxdı...
Beləliklə, Ermənistanın Laçın dövlət sərhəd buraxılış məntəqəsi üzərindən siyasi manipulyasiya etmək arzusu da boşa çıxdı. Belə ki, bütün beynəlxalq təşkilatlar, vasitəçi təsisatlar, aparıcı dövlətlər, hətta Ermənistanın özü də Azərbaycanın ərazi bütövlüyünü tanıyır - postdan istifadə sayı isə erməni yalanlarını ifşa edir. Əslində, Beynəlxalq Ədalət Məhkəməsinin, digər Avropa instansiyalarının Ermənistanın boş iddialarına cavabı da məhz bu xarakterdə idi - məntəqədən indiyə qədər 2 mindən artıq insan istifadə edibsə, demək ki, bu post yalnız və yalnız təhlükəsizlik qarantı kimi çıxış edir.
Dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistan ilə Azərbaycan arasında illərdir davam edən danışıqlara da yeni istiqamət verir, yeni xarakter qazandırır. Bunu sülhün yaranmasına “təhdid” kimi qələmə verməyə çalışan ermənilərin indiyə qədər oynadıqları siyasi spekulyasiyalar da “daşa dəyir”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23

