Çörəyi yox, talonu seçənlər
06.09.2023 [10:00]
Xeyli vaxtdır ki, Ermənistan və bu ölkənin dəstək verdiyi Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazisindəki separatçı rejim Xankəndidə yaşayan erməni əhalinin guya “humanitar böhran”la üzləşdiyi barədə iddialarını beynəlxalq ictimaiyyətə qəbul etdirməyə çalışırlar. Haylar onlara xas olan xislətə uyğun qaydada çabalar ortaya qoyurlar, bəzən yazıqlanırlar, özlərindən saxta “məzlum”, “acından ölən” obrazı düzəldirlər, bəzən isə dil çıxarıb şərtlər irəli sürürlər. Bir sözlə, ermənilərin yalan fantaziyalarının sərhəddi görünmür. Son olaraq qondarma rejimin “sosial inkişaf və miqrasiya nazirliyi” məlumat yayaraq bəyan edib ki, yerli ermənilər sentyabrın 5-dən etibarən çörəyi xüsusi talonlarla alacaqlar.
Ancaq bütün hallarda ermənilərin uydurduqları “humanitar böhran” iddialarının heç bir əsası yoxdur. Çünki artıq 9-cu gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Qarabağ iqtisadi rayonunun erməni sakinləri üçün göndərilən 40 ton un yüklənmiş TIR-lar Ağdam-Xankəndi yolunda Rusiya sülhməramlı kontingentinin qurduğu postun önündə dayanıb. Bununla belə separatçılar humanitar yük dolu TIR-ların Xankəndiyə çatdırılmasına imkan vermirlər.
Ölkəmizin reinteqrasiya istəyi və humanist yanaşması
Məğlub Ermənistanın rəhbərliyinin və separatçıların destruktiv, postmüharibə dövrünün reallıqlarına uyğun gəlməyən davranışlarına rəğmən, qalib Azərbaycan Xankəndidə yaşayan erməniləri özünün vətəndaşları hesab edir və onların ölkəmizə reinteqrasiyasına nail olmağa çalışır. Erməni azlığının hüquqlarının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına Konstitusiya ilə yüksək təminatlar verilir. Azərbaycan dünya miqyasında tolerantlığı, birgə yaşayışı təşviq edən çoxmillətli unitar ölkədir. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər də digər milli azlıqlar kimi, Konstitusiya ilə onlara verilən hüquqlardan bəhrələnə bilərlər. Könüllü şəkildə Azərbaycan bayrağı altında yaşamağı qəbul edəcəkləri təqdirdə ermənilər bütün hüquqlardan və güzəştlərdən bəhrələnmək imkanı qazanacaqlar. Qeyd edək ki, Azərbaycan indiyədək qarşı tərəfə Bakıda, Yevlaxda, Bərdədə və yaxud başqa bir ünvanda görüşüb təmaslar qurmaq təklifi ilə müraciət edib. Ancaq separatçılar hikkə ortaya qoyaraq belə bir görüşün baş tutmasına imkan vermirlər.
Azərbaycan, həmçinin Xankəndidə yaşayan ermənilərin ehtiyaclarının ödənilməsinə humanist yanaşma ortaya qoyur. Azərbaycan tərəfi iyunun ortalarında və iyulun əvvəlində törədilən təxribatlara baxmayaraq, yenə də erməni sakinlərin Həkəri çayı üzərində qurulan sərhəd-buraxılış məntəqəsindən humanitar məqsədlər üçün keçidinə şərait yaradıb. Eyni zamanda, respublikamız erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğunu diqqətə çatdırıb.
Azərbaycanın Xankəndiyə yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etməsi ölkəmizin öz suverenliyini, milli maraqlarını qətiyyətlə qorumasını və humanist yanaşmasını əks etdirir. Ancaq Ermənistan hakimiyyəti və separatçı rejimin təmsilçiləri siyasi manipulyasiyalara əl atmaqla Azərbaycanın humanist yanaşmasını qəbul etmir və “humanitar böhran” şousunu davam etdirməyə üstünlük verirlər. Əgər söhbət doğrudan da ermənilərin ac qalmasından, “humanitar böhran”dan gedirsə, onda Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yoluna niyə “yox” deyilir? Un dolu maşınların dayandığı yerdən Xankəndiyə cəmi 20 kilometr məsafə var. Məsafə bu qədər qısa ikən separatçıların 40 ton unun təyinat yerinə çatdırılmasının qarşısını humanizm prinsipləri ilə bir araya sığmayan hikkə ilə almaları, əvəzində saxta “talon sisteminə” keçdiklərini bəyan etmələrinin hansısa bir izahı yoxdur. Bütün bunlar bir daha təsdiqləyir ki, Ermənistan hakimiyyəti və separatçı rejim regionda marağı olan güc mərkəzlərinin sifarişlərinə uyğun qaydada davranır, sırf siyasi məqsədlər güdür və yüklərin Laçın-Xankəndi yolu ilə daşınmasında israr edirlər. Bu şərtlər isə Azərbaycan tərəfindən qəbuledilməzdir.
Yüklər Laçın-Xankəndi yolu ilə o şərtlə daşına bilər ki...
Ermənilərin Laçın-Xankəndi yolu ilə bağlı iddiaları da tamamilə əsassızdır. Azərbaycan cari ilin aprelində öz suveren hüquqlarından istifadə etməklə bu yolun üzərində sərhəd-keçid məntəqəsinin qurulmasını təmin edib. Beləliklə də, Ermənistanın Azərbaycan ərazilərinə qeyri-qanuni yüklər, o cümlədən də silah-sursat keçirməsinin qarşısı alınıb. Qeyd etdiyimiz kimi, hazırda emənilərin Laçın-Xankəndi yolundan humanitar məqsədlər üçün gediş-gəlişləri təmin olunur. Bu yolla yüklərin daşınmasına gəldikdə isə burada Azərbaycan yenə də suveren hüquqları çərçivəsidə prinsipial yanaşma ortaya qoyur. Prezident İlham Əliyev ölkəmizin prinsipial mövqeyini bir qədər bundan əvvəl Fransa prezidenti Emmanuel Makronla baş tutan telefon danışığında aydın şəkildə bəyan edib. Dövlətimizin başçısı deyib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.
Azərbaycanın bu yanaşması beynəlxalq hüquqa əsaslanır. Dünyada elə bir praktika yoxdur ki, ölkələr bir-birinin ərazisini icazəsiz keçsinlər. Ermənistan isə özünü beynəlxalq hüquq və normalardan kənarda saxlamaq istəyir. Bu ölkə “humanitar böhran” bəhanəsi ilə Laçın sərhəd-keçid məntəqəsinin yaxınlığına ərzaq yükləndiyi iddia olunan TIR-lar düzüb və ona nail olmaq istəyir ki, yüklər Azərbaycanın icazəsi və nəzarəti olmadan Xankəndinə yola düşsünlər. Yeri gəlmişkən, bu siyasi manipulyasiyaya Fransa da qoşulub. Belə ki, Parisin xanım meri Xankəndi üçün tədarük etdiyi “humanitar yük”ü uzaq yolu yaxın edərək iki ölkə arasındakı şərti sərhədin yaxınlığına gətirib. Təbii ki, həmin yük Azərbaycan ərazisinə buraxılmadı və Parisin meri əli ətəyindən uzun halda geri dönmək məcburiyyətində qaldı. Belə manipulyasiyaların mahiyyəti və çirkin məqsədləri bəllidir. Ermənistan və onun xaricdəki havadarları bu cür vasitələrlə Azərbaycana təzyiq göstərəcəklərini heç xəyallarının qırağına da gətirməsinlər.
Yüklərin ərazimizə keçirilməsi üçün VÖEN açılmalıdır
Xatırladaq ki, bir qədər bundan əvvəl ermənilərin Qırmız Xaç Komitəsinin avtomobilində ərazilərimizə qaçaqmal keçirmələrinin qarşısı alındı. Dövlətimizin başçısı E.Makronla telefon danışığında “Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə” ifadəsini təsadüfən işlətməyib. Bundan sonra ərazilərimizə qaçaqmal daşınmasına imkan verilməyəcək. Laçın-Xankəndi yolu hələlik dəqiq müəyyənləşdirilməmiş dövlətlərarası beynəlxalq sərhəddən keçir. Bu yolla Ermənistandan ölkəmizə daşınan mallar Azərbaycanın gömrük qanunvericiliyinə əsasən idxal olunan mallar kateqoriyasına aiddir. Bu, o anlama gəlir ki, hüquqi və fiziki şəxslər Ermənistandan Xankəndiyə hansısa mal gətirmək istəsələr, müvafiq sənədləşmə prosedurundan keçməklə idxal rüsumları ödəməlidirlər. Təbii ki, idxal əməliyyatlarını Xankəndidəki separatçı rejimin qondarma strukturları həyata keçirə bilməzlər. Mövcud qanunvericiliyə görə yalnız Azərbaycanın vergi orqanlarında qeydiyyatda olan hüquqi şəxslər xaricdən ölkəyə qanuni yolla mal idxal etmək hüququna malikdirlər. Beləliklə, aydın olan mənzərə belədir ki, Ermənistandan Xankəndiyə bəzi malların daşınması üçün yerli ermənilər Azərbaycanın hüquq məkanına inteqrasiya prosesinə başlamalıdırlar. Bu prosedurlar Xankəndi sakinlərinin Azərbaycanın vergi orqanlarında qeydiyyata düşmələrindən və VÖEN almalarından keçir. Bundan sonra onların qarşısında idxal əməliyyatlarının həyata keçirilməsi zamanı heç bir “qırmızı işıq” yanmayacaq.
Xankəndidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizin vergi ödəyicilərinə - sahibkarlıq subyektlərinə çevrilmələri asan bir prosesdir. Elə hesab edirik ki, Azərbaycan buna şərait yaratmaq üçün yaxınlıqda zəruri infrastruktur qura və yaxud səyyar “ASAN xidmət”in fəaliyyətini təmin edə bilər. Erməni əhali onu da bilməlidir ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə, o cümlədən də Qarabağ iqtisadi rayonunda sahibkarlıq fəaliyyəti üçün geniş güzəştlər tətbiq edir. Azərbaycan bayrağı altında yaşayacaq ermənilər də respublikamızda vergi ödəyiciləri olmaqla bu güzəştlərdən bəhrələnmək imkanları qazanacaqlar.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Gündəm
27 Sentyabr 00:52

Gündəm
26 Sentyabr 23:37

Xəbər lenti
26 Sentyabr 21:59

Siyasət
26 Sentyabr 21:56

Gündəm
26 Sentyabr 21:54

Xəbər lenti
26 Sentyabr 19:09

Xəbər lenti
26 Sentyabr 18:13

Xəbər lenti
26 Sentyabr 18:09

Xəbər lenti
26 Sentyabr 17:40

Xəbər lenti
26 Sentyabr 17:06

Xəbər lenti
26 Sentyabr 16:30

Xəbər lenti
26 Sentyabr 16:15

Xəbər lenti
26 Sentyabr 16:13

Xəbər lenti
26 Sentyabr 16:07

Turizm
26 Sentyabr 16:05

Xəbər lenti
26 Sentyabr 15:45

Xəbər lenti
26 Sentyabr 15:00

Dünya
26 Sentyabr 14:47

Xəbər lenti
26 Sentyabr 14:36

Xəbər lenti
26 Sentyabr 14:25

Dünya
26 Sentyabr 14:07

Xəbər lenti
26 Sentyabr 14:03

Xəbər lenti
26 Sentyabr 13:49

Xəbər lenti
26 Sentyabr 13:38

Xəbər lenti
26 Sentyabr 13:02

Xəbər lenti
26 Sentyabr 13:00

Xəbər lenti
26 Sentyabr 12:54

Maraqlı
26 Sentyabr 12:43

Maraqlı
26 Sentyabr 12:30

Xəbər lenti
26 Sentyabr 12:12

Xəbər lenti
26 Sentyabr 12:02

İqtisadiyyat
26 Sentyabr 11:56

Dünya
26 Sentyabr 11:54

Xəbər lenti
26 Sentyabr 11:46

Xəbər lenti
26 Sentyabr 11:40

Xəbər lenti
26 Sentyabr 11:31

Xəbər lenti
26 Sentyabr 11:30

Siyasət
26 Sentyabr 11:28

MEDİA
26 Sentyabr 11:25

Xəbər lenti
26 Sentyabr 11:20

Xəbər lenti
26 Sentyabr 11:17

Xəbər lenti
26 Sentyabr 11:16

Xəbər lenti
26 Sentyabr 11:15

Xəbər lenti
26 Sentyabr 11:10

Xəbər lenti
26 Sentyabr 11:04

Xəbər lenti
26 Sentyabr 11:02

Xəbər lenti
26 Sentyabr 11:00

Xəbər lenti
26 Sentyabr 10:55

Xəbər lenti
26 Sentyabr 10:47

Xəbər lenti
26 Sentyabr 10:43

Xəbər lenti
26 Sentyabr 10:36

Siyasət
26 Sentyabr 10:31

Gündəm
26 Sentyabr 10:26

Xəbər lenti
26 Sentyabr 10:18

İqtisadiyyat
26 Sentyabr 10:13

Siyasət
26 Sentyabr 10:09

Xəbər lenti
26 Sentyabr 09:58

Xəbər lenti
26 Sentyabr 09:38

Xəbər lenti
26 Sentyabr 09:25

Xəbər lenti
25 Sentyabr 23:45

Xəbər lenti
25 Sentyabr 19:57

Xəbər lenti
25 Sentyabr 19:28

Xəbər lenti
25 Sentyabr 18:55

Xəbər lenti
25 Sentyabr 18:53

Xəbər lenti
25 Sentyabr 18:44

Siyasət
25 Sentyabr 18:03

Xəbər lenti
25 Sentyabr 17:53

Xəbər lenti
25 Sentyabr 17:20

Xəbər lenti
25 Sentyabr 17:17

Xəbər lenti
25 Sentyabr 17:09
