Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyevin modernləşmə kursu: milli birliyin, vətəndaş həmrəyliyinin güclənməsinə və müasir insanın formalaşmasına aparan yol

Prezident İlham Əliyevin modernləşmə kursu: milli birliyin, vətəndaş həmrəyliyinin güclənməsinə və müasir insanın formalaşmasına aparan yol

20.12.2011 [21:06]

Prezident İlham Əliyev ötən 8 il ərzində ölkəmizin strateji inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirib
Dövlətlər tarixi inkişaf dövrü ərzində tərəqqinin müxtəlif mərhələlərini yaşamalıdır. Bu, dövrün çağırışlarından asılı olaraq, prioritet faktorlardan asılı olur. Məlumdur ki, siyasi xəritədəki bir sıra güclü dövlətlər ötən əsrə qədər inkişafın aqrar və sənaye mərhələsini keçiblər. Həmin proseslər çərçivəsində hər bir inkişaf mərhələsinin özünəməxsus prioritet sahələri və tələbləri mövcud olub. Lakin XX əsrin II yarısında elmi-texniki tərəqqi nəticəsində sənayedən sonrakı inkişaf mərhələsi start götürüb. Bu mərhələdə əsasən, intellektual və kreativ potensialın reallaşdırılması, İKT-nin genişmiqyaslı tətbiqi, “yeni insan”ın formalaşdırılması və digər vəzifələr diqqət mərkəzinə gəlir. Haqqında danışdığımız proses, eyni zamanda, modernləşmə də adlandırılır.
ümumiyyətlə, modernləşmə hər bir dövlətin əsas funksiyalarından biridir. Bu funksiyanı yerinə yetirməklə, dövlətlər başa vurduğu inkişaf mərhələsini yenisilə əvəzləyir, daha doğrusu növbəti - çoxşaxəli tərəqqi prinsiplərini ehtiva edən yeni inkişaf etapına addımlayır.
Bu gün Azərbaycan dövləti də Prezident İlham Əliyevin rəhbərliyilə eyni prosesi yaşamaqdadır. Prezident İlham Əliyev müasir cəmiyyətin, müasir infrastrukturun yaradılmasını və müasir insanın formalaşdırılmasını modernləşmə sahəsində ölkə qarşısında duran əsas vəzifələr kimi müəyyən edib. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, inkişaf və modernləşmə idarə edilən proseslərdir, onların təkcə lokomotivi deyil, həm də hərəkəti tənzimləmək üçün pedalları var.
2003-cü ilə qədər Azərbaycanda hakim elitanın, cəmiyyətin fəal hissəsinin və geniş xalq təbəqələrinin təşəkkül tapmış həmrəyliyi daxili siyasətdə yanaşmalara dəyişikliklər olunmasını tələb edirdi. Müstəqillik illərində yaradılmış yeni dövlət təsisatları indi artıq onların fəaliyyətinin şəffaflığı və səmərəsinin artırılması istiqamətində təkmilləşdirilirdi. Bu, ilk növbədə, Azərbaycan cəmiyyətinin sosial və iqtisadi aspektlərinə aid idi, çünki Prezident İlham Əliyevin strateji baxışlarının reallaşdırılması ən əvvəl əhalinin maddi rifahının yaxşılaşması və yüksəlməsində, ölkənin hər bir vətəndaşının, - istər dövlət orqanlarında xidmət, istərsə də ictimai fəaliyyət və ya şəxsi təşəbbüsü olsun, - özünütəsdiqi üçün bütün imkanların açılmasında öz əksini tapmalı idi.
Prezident İlham Əliyev 2003-cü ildə dövlətə başçılıq etdiyi ilk günlərdən Azərbaycan iqtisadiyyatının həyat qabiliyyətli strukturunun təmin edilməsi üçün zəruri olan və idarəçiliyə cəlb edilmiş kadrların seçilməsi məsələsinə keyfiyyətcə yeni yanaşma tələb edən genişmiqyaslı infrastruktur layihələri irəli sürdü. Həmin məsələnin başa düşülməsi dünya birliyinə inteqrasiyanın strateji məqsədi ilə ahəngdar şəkildə uzlaşırdı. Sosial modernləşmə olmadan, ölkənin məmur və idarəçi elitasını “cavanlaşdırmadan”, həmin elitanı texnokratlar, bu və ya digər fəaliyyət sahəsində uğur rəmzinə çevrilmiş, müvafiq praktik iş təcrübəsinə malik insanlar hesabına genişləndirmədən bu məqsədə çatmaq mümkün olmazdı. Bununla bərabər, iqtidar başa düşürdü ki, regional miqyasda Azərbaycanın çox böyük təbii və yüksək insani resursları nəzərə alınmaqla, həmin istiqamətlərdə qazanılan uğurlar ölkəni regional lider səviyyəsinə ucaldacaq.
Əlbəttə ki, Azərbaycan innovasiya modernləşməsinin həyata keçirilməsində çox maraqlıdır. Bu halda həmin proseslər fəal sosial qrupların maksimum sayda nümayəndələrini əhatə edəcək. İnnovasiya modernləşməsi tipologiya baxımından inkişafın təkamül yoluna yaxındır, bu isə Azərbaycanın demokratik transformasiya strategiyasına uyğundur.
Dəyişməkdə olan dünyada modernləşmə siyasətinin həyata keçirilməsi ölkədə keyfiyyət dəyişiklikləri üçün mühüm stimul olacaq. Ona görə ki, Azərbaycan dövləti daha möhkəm olacaq, çünki o, yeni çağırışlara, postindustrial cəmiyyətə xas olan dinamik mühitdə yaşamağa daha yaxşı uyğunlaşdırılacaq. Eyni zamanda, modernləşmə ritorikasının ölkənin müvafiq inkişaf strategiyalarının bütünlükdə məzmununa və real sosial-iqtisadi proseslərin tərkib hissəsinə çevrilməsi vacibdir. Əks halda o, təbliğat proqramı kimi qalacaq ki, bu da insanları məyus edə bilər.
Lakin nəzərə almaq lazımdır ki, Qərbin tanınmış siyasi filosofları bildirirlər ki, “qızıl milyard” ölkələri qeyri-Qərb dövlətlərinin modernləşməsinin uğurlu olmasında o qədər də maraqlı deyil. Qərbi həmin ölkələrin iqtisadiyyatının yalnız ayrı-ayrı sahələrinin inkişafı qane edir. çünki həmin sahələr bu və ya digər dərəcədə Qərbin maraqlarına xidmət edir. “Qızıl milyard” ölkələrinə inkişaf etmiş rəqiblər lazım deyil. Onlar, bir qayda olaraq, ucqar ölkələrin istismarı hesabına fəaliyyət göstərir. Onlara həmin ölkələrin təbii ehtiyatları və insan resursları lazımdır.
Amma fakt ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev qloballaşan dünyadakı çağırışlara adekvat olaraq, ölkəmizin modernləşdirilməsi, daha da gücləndirilməsi, həmçinin, insanların rifah halının yüksəldilməsi üçün təbii sərvətlərin intellektual kapitala çevrilməsi istiqamətində çox səmərəli və perspektivli addımlar atır. Modernləşmiş infrastrukturun idarə edilməsi məqsədilə müasir, güclü elmi bazaya malik milli kadr potensialı, insan kapitalı formalaşdırılır.
Bütövlükdə, desək, müasir cəmiyyətin, müasir infrastrukturun yaradılması və müasir insanın formalaşdırılması Prezident İlham Əliyevin modernləşmə siyasətinin əsasını təşkil edir. “Qara qızılı intellektual kapitala çevirmək” şüarı ilə artıq Azərbaycanda bir neçə ildir ki, real işlər görülməkdədir. Bununla əlaqədar olaraq, dövlət hesabına, Prezident İlham Əliyevin imzaladığı proqramlar çərçivəsində yüzlərlə azərbaycanlı gənc xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alır, müasir təhsil prosesinə dərindən yiyələnir, getdikləri dövlətlərdəki iş təcrübələrini dövlətimizdə tətbiq olunmaq üçün gətirirlər.
Dövlət başçısı İlham Əliyev dəfələrlə çıxışlarında bu məsələni vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, təbii sərvətlər iqtisadiyyatın başqa sahələrini inkişaf etdirmək, çağdaş dövrün tələblərinə uyğun olaraq intellektual və elmi potensial yaratmaq və davamlı inkişafı təmin etmək üçün bir vasitə rolunu oynayır: “Bu səbəbdən də qara qızılı insan kapitalına çevirmək sadəcə şüar deyil. Bu, reallıqdır. Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. İnformasiya və biliyə əsaslanan cəmiyyətin və inkişaf edən ölkənin iqtisadiyyatının tələblərinə cavab verən insan kapitalını inkişaf etdirmək məqsədilə müasir və səmərəli təhsil sistemi yaradılır”.
Eyni zamanda, elmi şəkildə əsaslandırılmış proqramlar üzrə ölkənin bütün infrastrukturunun, cəmiyyət həyatının bütün sahələrinin müasirləşdirilməsini nəzərdə tutan ardıcıl və intensiv tədbirlər həyata keçirilir.
Əlbəttə ki, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün elmin inkişafına da dövlət dəstəyi həyata keçirilir, Azərbaycan Milli Elmlər Akademiyasının, təhsilin maddi-texniki bazası yenidən qurulur, kadr potensialı inkişaf etdirilir, iqtisadiyyatın müasir elmi bazası yaradılır. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Milli Elmlər Akademiyasının fəaliyyətini və maddi-texniki bazasını gücləndirməklə, Azərbaycan cəmiyyətini inkişaf etdirmək prioritet məsələlərdəndir: “Bizim məqsədimiz elmi inkişafla milli inkişafın ümumi səviyyəsi arasında əlaqə yaratmaq və elm, ali təhsil və iqtisadiyyat arasında harmoniyanı təmin etməkdir. Görülən işlərin nəticəsində BMT-nin 2010-cu il “İnsan İnkişaf Hesabatı”nda Azərbaycan 2005-2010-cu illərdə insan inkişafı sahəsində ən sürətlə inkişaf edən ölkə kimi qiymətləndirilib”.
Bütün bunlarla yanaşı, innovasiyaların, intellektual idarəetmənin tətbiqi sahəsində mühüm tədbirlər görülür. Prezident İlham Əliyevin sərəncamları və göstərişləri sayəsində ölkəmizin bütün sahələrində informasiya-kommunikasiya texnologiyaları geniş şəkildə tətbiq edilir. Orta məktəblərdən tutmuş ali və elmi-istehsalat sahələrinə qədər bu fəaliyyət uğurla həyata keçirilir.
Qeyd edək ki, “Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” ölkəmizdə təhsil sisteminə yeni texnologiyaların tətbiqini və onlardan geniş istifadə edilməsini informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biri kimi müəyyənləşdirib. Milli Strategiyanın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə  qəbul edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”nda da müasir İKT-dən istifadə etməklə, keyfiyyətli təhsilə nail olmaq əsas məqsədlər sırasındadır. Bu istiqamətdə  dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” təhsil müəssisələrinin kompyuter avadanlığı ilə təchiz edilməsinə ümumrespublika miqyasında geniş start verdi, bu Proqramın davamı olan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” isə artıq ümummilli səviyyədə vahid elektron təhsil məkanının formalaşdırılmasını əsas vəzifə kimi qarşıya qoyub. Göründüyü kimi, respublikamızda İKT tətbiq etməklə təhsilin keyfiyyətinin daha da artırılmasına çox böyük önəm verilir və bu istiqamətdə kifayət qədər normativ hüquqi baza var.
ümumiyyətlə, İKT vasitələri təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. İKT-dən istifadə etməklə, təhsildə uğurlu nəticə ilə dünya təcrübəsinə arxalanaraq xalqımızın milli maraq və xüsusiyyətlərini nəzərə almaqla, müasir Azərbaycan təhsil modelinin qurulması təmin edilir.
Eyni zamanda, dövlət idarəçiliyi sahəsində də İKT-nin tətbiqi intellektual idarəçilik mərkəzlərinin formalaşdırılmasına səbəb olub. Bütün bu tədbirlərin nəticəsidir ki, informasiya-kommunikasiya texnologiyalarının inkişaf tempi baxımından Azərbaycan dünyada liderlər sırasında yer tutur.
Bir sözlə, Prezident İlham Əliyevin modernləşmə kursu sivil ictimai münasibətlərin, müasir siyasi təfəkkürün formalaşmasına, milli birliyin, vətəndaş həmrəyliyinin güclənməsinə aparan yoldur. Bu yol Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmaqla yanaşı, ölkəmizin hərtərəfli inkişafını təmin edəcək.
“Yeni Azərbaycan”ın Analitik Qrupu

Paylaş:
Baxılıb: 1010 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30