Prezident İlham Əliyev Goranboy rayonunda səfərdə olub
24.01.2012 [00:49]
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 21-də Goranboy rayonuna səfəri çərçivəsində təmas xəttindəki “N” saylı hərbi hissədə olub.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Müdafiə naziri Səfər Əbiyev dövlətimizin başçısına cəbhənin təmas xəttindəki mövcud vəziyyət barədə məlumat verib. Bildirilib ki, cəbhə xəttində vəziyyət tam nəzarət altındadır. İndi təmas xəttində yerləşən hərbi birləşmələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Yeni silah və sursatlarla təchizat nəticəsində Azərbaycan Ordusu düşmənlə mübarizədə daha ciddi nəticələrə nail olur. Silahlı qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu bu nəticənin əldə olunmasında mühüm rol oynayır. Bu gün hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti də yüksək səviyyədədir. Əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Silahlı Qüvvələrin Ali Baş Komandanının təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərləri və əsgərlərimizlə keçirdiyi görüşlər isə onları Vətəni qorumağa, işğal altındakı torpaqlarımızı azad etmək üçün hər zaman savaşa qalxmağa ruhlandırır. Güclü ordu potensialımız bizi əsas məqsədimizə - işğal edilmiş torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır. İndi Azərbaycan Ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Azərbaycanın hərbi xərcləri artıq 3 milyard 500 milyon dollara yaxındır. Hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitlərin artması dövlətin ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür. Bunu şərtləndirən digər amillər isə obyektiv əsaslara söykənir. çünki Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır.
Prezident İlham Əliyev xidmətdə fərqlənən bir qrup hərbçini medal və qiymətli hədiyyələrlə təltif edib.
Dövlətimizin başçısı hərbçilərlə xatirə şəkli çəkdirib.
Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çay süfrəsi arxasında hərbçilərlə görüşüb.
Azərbyacan Prezidenti İlham Əliyev yanvarın 21-də Goranboyda 525 məcburi köçkün ailəsi üçün inşa edilmiş beşmərtəbəli 9 yaşayış binasından ibarət məhəllənin açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə Naftalan şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları sanatoriyalardakı ağır şərait və Goranboyda məcburi köçkün ailələri üçün hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllənin baş planı və texniki-iqtisadi göstəriciləri barədə məlumat verib.
Qeyd edilib ki, buradakı mənzillər bir, iki, üç və dörd otaqlıdır. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə salınan bu məhəllədə bütün lazımi tədbirlər görülüb. Mənzillərin elektrik, istilik və su ilə təchizatı yüksək səviyyədə həyata keçirilib.
Bildirilib ki, ümumiyyətlə, Goranboy rayonu ərazisində indiyədək 2 min 150 ailə, o cümlədən 208 daimi məskunlaşmamış qaçqın və 1942 məcburi köçkün ailəsi üçün 6 qəsəbə və 690 mənzilli beşmərtəbəli 12 binadan ibarət bir məhəllə salınıb.
Prezident İlham Əliyev Xocalı rayonundan məcburi köçkün Qədim Sadıqovun mənzilində olub. Mənzildə yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı məcburi köçkün ailəsi ilə söhbət edib.
Sonra Azərbaycan Prezidenti məhəllədə inşa olunmuş Xocalı şəhər 1 nömrəli musiqi məktəbində yaradılmış şəraitlə tanış olub.
Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalıdan olan məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər yaradılıb. Burada ayrıca “Xocalı faciəsi - xalqın qan yaddaşı” adlı fotoguşə də var. Foyedə, həmçinin Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını, eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələri əks etdirən guşələr yaradılıb.
Məlumat verilib ki, musiqi məktəbində tar, qarmon, nağara və fortopiano sinifləri yaradılıb. Burada uşaqların musiqini dərindən mənimsəmələri üçün hər cür şərait var.
Prezident İlham Əliyev məktəbin zalında Xocalı rayonundan olan məcburi köçkünlərin ifasında musiqi nömrələrini dinləyib, onlarla xatirə şəkli çəkdirib.
Daha sonra dövlətimizin başçısı yeni məhəllənin sakinləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Məhəllə sakini Məmməd Baxışov yaradılan gözəl şəraitə, bütövlükdə qaçqın və məcburi köçkünlərə göstərdiyi sonsuz diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq edib.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Goranboya səfəri çərçivəsində şahmat məktəbinin açılışında da iştirak edib. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, məktəbin tikintisinə 2011-ci ilin əvvəlində başlanıb. Yüksək səviyyədə aparılmış inşaat işləri ötən ilin sonlarında başa çatdırılıb. İkimərtəbəli məktəb Goranboyda uşaqların şahmatın sirlərinə dərindən yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunub. Məktəbin ətrafında müasir işıqlandırma sistemi quraşdırılıb, yaşıllıqlar salınıb.
Məlumat verilib ki, şahmat məktəbi əvvəllər məşğələlərin keçirilməsi üçün lazımi şəraiti olmayan binada yerləşirdi. Məktəb üçün şəhərin Heydər Əliyev prospektində ümumi sahəsi 300 kvadratmetr olan yeni bina inşa edilib. Müasir memarlıq üslubunda tikilmiş məktəbin həyətində uşaqların açıq havada şahmat oynamaları üçün də geniş sahə yaradılıb.
Məktəblə tanışlıq zamanı Azərbaycan Prezidentinin diqqətinə çatdırılıb ki, binanın hər iki mərtəbəsində oyun zalları yaradılıb. Zallarda eyni vaxtda 50-dək şahmatçı görüş keçirə bilər. Buradakı tədris otaqları lazımi avadanlıqla təchiz olunub. Şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılıb. Bu da dərslərin kompyuter vasitəsilə keçirilməsinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Məktəbdə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotogüşlər yaradılıb. ümumilikdə, məktəbdə 494 uşağa şahmat dərsləri keçilir.
Qeyd edilib ki, şahmat məktəbi respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyildir ki, Goranboy şahmatçıları son illərdə beynəlxalq və respublika şahmat turnirlərində medal, diplom və kuboklara layiq görülüblər.
Prezident İlham Əliyev məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirib.
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy Mədəniyyət Evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, 1960-cı ildə istifadəyə verilən Mədəniyyət Evi uzun müddət təmir olunmadığından yararsız hala düşmüşdü. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2011-ci ilin yanvarında başlanılıb. Görülən təmir-bərpa işləri nəticəsində binanın zalı, foyesi və otaqları yenidən qurulub, giriş hissəsi müasir memarlıq üslubunda inşa edilib. Müasir avadanlıqla təchiz edilmiş Mədəniyyət Evinin binası üzlük daşla örtülüb. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına göstərdikləri qayğını əks etdirən fotoguşələr yaradılıb.
Qeyd edilib ki, Mədəniyyət Evinin akt zalında rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait var. İnzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir.
Dövlətimizin başçısı Mədəniyyət Evinin böyük zalı ilə də tanış olub. Bildirilib ki, 400 nəfərlik zalda müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb.
Prezident İlham Əliyev Goranboy şəhər uşaq incəsənət məktəbinin xor kollektivinin ifasında bəstəkar Oqtay Zülfüqarovun “Mehriban insanlar” mahnısını dinləyib.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, Goranboy Mədəniyyət Evinin nəzdində rayonun mədəni həyatında fəal iştirak edən xalq teatrı və folklor qrupu ilə yanaşı, müxtəlif dərnəklər də fəaliyyət göstərir.
Mədəniyyət Evi ilə tanış olan Azərbaycan Prezidenti kollektivə uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, binanın tikintisinə 2010-cu ilin noyabrında başlanıb. Dörd yüz kvadratmetr sahəsi olan ikimərtəbəli binanın həyətində YAP-ın yaradıcısı, Ulu öndər Heydər Əliyevin portreti, ikinci mərtəbədə isə büstü qoyulub. Büstün ətrafında ümummilli liderin və Prezident, YAP-ın Sədri İlham Əliyevin partiya qurultaylarında iştiraklarını əks etdirən fotolar var. ümumilikdə inzibati bina 9 otaqdan və konfrans zalından ibarətdir. Səksən nəfərlik konfrans zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanıb. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Binada ilin bütün fəsillərinə uyğun müasir havalandırma və digər sistemlər quraşdırılıb, həyətyanı sahə yaşıllaşdırılıb.
Bildirilib ki, partiyanın rayon təşkilatı 1995-ci ilin yanvarında 38 ilk ərazi təşkilatının iştirakı ilə təsis olunub. Rayon təşkilatının üzvlərinin 33 faizini gənclər, 51 faizini isə qadınlar təşkil edir.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verib.
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy şəhər 3 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, 420 şagirdin təhsil alacağı rus dili təmayüllü məktəbin binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.
Qeyd edilib ki, məktəbin 1935-ci ildə tikilmiş əvvəlki binası son dövrlərdə tamamilə yararsız və qəzalı vəziyyətdə idi. Təhsil ocağının yeni binasının tikintisinə ötən ilin əvvəllərində başlanıb, bunun üçün 0,5 hektar torpaq sahəsi ayrılıb. İkimərtəbəli bina qısa müddətdə müasir tələblər səviyyəsində inşa olunub.
Prezident İlham Əliyev məktəblə yaxından tanış oldu. Foyedə Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb. Məktəbin sinif otaqlarında, laboratoriyalarında və müxtəlif təyinatlı digər otaqlarda yüksək səviyyəli təhsil almaq üçün hər cür şərait yaradılıb.
Dövlətimizin başçısı siniflərdə dərs prosesi üçün yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, məktəbin akt zalı müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şəraitə malikdir. Şagirdlər nəzəri biliklərini laboratoriyalarda təcrübələrlə daha da möhkəmləndirəcəklər.
Prezident İlham Əliyev məktəbin müasir tələblərə cavab verən idman zalında Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi yarışlarında qızıl medal qazanmış Elmar Muxtarov, idmanın müxtəlif növləri üzrə Goranboydan olan dünya, Avropa və Azərbaycan çempionları və digər gənc idmançılarla görüşüb. Qeyd olunub ki, son illərdə respublikamızın bölgələrində, o cümlədən Goranboy rayonundan da bədən tərbiyəsi və idman hərtərəfli inkişaf edir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün silsilə və kompleks tədbirlər reallaşdırılır. Xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin 2012-ci ili ölkəmizdə “İdman ili” elan etməsi də bu sahənin daha da inkişafına təkan verəcək.
Azərbaycan Prezidenti gənc idmançılarla xatirə şəkli çəkdirib.
İnformatika otağında yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, bütün kompyuterlər internetə qoşulub.
Məlumat verilib ki, məktəbin inzibati otaqları rahatlığı ilə diqqəti cəlb edir. Məktəbin kitabxanasında 5 mindən artıq ədəbiyyat toplanıb. Burada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini əks etdirən guşə də yaradılıb. Məktəbdə şagirdlərin asudə vaxtlarının təşkili üçün də hər cür şərait var.
Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirib, kollektivə uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Goranboya səfəri çərçivəsində Nizami Gəncəvi adına parkın açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, park Goranboy şəhərinə Goran istiqamətindən girişdə yerləşir. Parkın giriş qapısı müasir üslubda inşa olunub. Burada dahi Azərbaycan şairi Nizami Gəncəvinin möhtəşəm heykəli ucaldılıb. Abidənin ətrafında şairin “Xəmsə”sinə daxil olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarının kompozisiyasını əks etdirən mozaik fotolar yaradılıb.
Azərbaycan Prezidenti parkı gəzib, burada yaradılan şəraitlə tanış olub. Qeyd edilib ki, 1,1 hektar ərazini əhatə edən park bir il yarım ərzində başdan-başa yenidən qurulub. Burada yaradılan 3 fəvvarə ətrafa xüsusi yaraşıq verir. Sakinlərin üstüörtülü iki istirahət guşəsindən istifadə edə biləcəkləri park uşaqların daha çox xoşuna gələcək. çünki bu istirahət guşəsində xalq nağıllarının motivlərini əks etdirən kompozisiyalar yaradılıb. Parkda müasir işıqlandırma, fəvvarələrin işləməsi və yaşıllıqların suvarılması üçün suvarma sistemləri quraşdırılıb, müasir bulaq kompleksi inşa edilib, oturacaqlar qoyulub. Parkda ümumilikdə 30 minə yaxın müxtəlif növ dekorativ ağac və gül kolları əkilib. Bir sözlə, Goranboyda yeni istifadəyə verilən Nizami Gəncəvi adına parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev parkda yaradılmış şəraiti yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58

