2012-ci ildə Azərbaycanda hərbi quruculuq işləri davam etdiriləcək
17.02.2012 [23:51]
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməyin lazım olduğunu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın artan iqtisadi imkanları torpaqlarının 20 faizi işğal altında olan bir ölkə kimi çox vacib sahədə - ordu quruculuğu istiqamətində və müdafiə sənayesi sektorunda davamlı layihələrin həyata keçirilməsi üçün də əhəmiyyətli baza yaradıb. Bu isə son illərdə hərbi və müdafiə sənayesi sektorunda genişmiqyaslı kompleks islahatların həyata keçirilməsi, bu sahənin dinamik inkişafı üçün əlverişli imkanlar açıb.
Məlum olduğu kimi, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Təsadüfi deyil ki, ordu quruculuğu ölkə üçün prioritet əhəmiyyət daşıyan sahələrdən biri elan olunub. Yəni, müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Müstəqillik dövründə hərbi sahədə həyata keçirilən köklü islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev bir daha bu mühüm və vacib məsələyə toxunaraq ölkənin ərazi bütövlüyünün bərpasının qarşıda dayanan ən ümdə vəzifə olduğunu bildirib və Azərbaycan ordusunun qüdrətinə əminliyini ifadə edib: “Biz bölgədə ən güclü orduya malikik, maddi-texniki təchizat yüksək səviyyədədir, ən müasir silahlar, texnikalar, döyüş helikopterləri, döyüş təyyarələri, raketlər, artilleriya qurğuları, - hamısını sadalamaq çətindir, - alınır və bizimlə hərbi sahədə əməkdaşlıq edən ölkələrin coğrafiyası da genişlənir”.
Hərbi sahənin inkişafına göstərilən diqqətin göstəricisi olaraq son illərdə bu bölməyə ayrılan vəsaitin həcminin artırılmasını xüsusilə vurğulamaq lazımdır. Belə ki, son 8 ildə dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin həcmi 25 dəfəyə yaxın artırılıb. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə hərbi sahəyə büdcədən 135 milyon dollar ayrıldığı halda, 2011-ci ildə bu rəqəm 3 milyard 413 milyon dollar olub. ötən il Böyük Britaniyadakı Beynəlxalq Araşdırmalar İnstitutunun “Hərbi Balans 2011” adlı hesabatında göstərilən rəqəmlər də Azərbaycan ordusunun Ermənistan ordusu ilə müqayisədə böyük üstünlüklərə malik olduğunu və rəsmi Bakının torpaqları hərb yolu ilə azad etmək qüdrətində olduğu barədə bəyanatlarının konkret faktlara əsaslandığını təsdiq edir.
Qeyd edək ki, son illər dövlət büdcəsindən orduya aid xərclərin davamlı şəkildə artırılması hərbi qulluqçuların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin də sayını artırıb. Məsələn, 2010-cu ildə ölkə başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” imzaladığı Sərəncama əsasən xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçular üçün xidməti yaşayış evlərinin tikintisinə 5 milyon manat vəsait ayrılıb. ölkə başçısının 20 sentyabr 2010-cu il tarixdə imzaladığı digər Sərəncamla isə Müdafiə Nazirliyi, o cümlədən, digər güc strukturlarında çalışan hərbi qulluqçuların və mülki işçilərin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb. Sadalanan məsələlər dövlət rəhbərliyi səviyyəsində təkcə bir il ərzində ordu quruculuğu ilə bağlı həyata keçirilən mühüm tədbirlərin yalnız müəyyən hissəsidir. ötən ildə də bu istiqamətdə mühüm işlər görülüb. Belə ki, dövlət başçısının şəxsi tapşırığı ilə 2011-ci ildə milli ordunun 43 hərbi şəhərciyində tikinti-bərpa və yenidənqurma işləri aparılıb. Hərbi hissə və birləşmələrdə müasir tələblərə cavab verən onlarla əsgər yataqxanaları, yeməkxanalar, avtomobil və hərbi texnika parkları, tibb məntəqələri, qazanxanalar, idman şəhərcikləri, camaşırxana və hamam kompleksləri hərbçilərin ixtiyarına verilib. Bu obyektlər istilik və isti su ilə fasiləsiz təmin olunub, ən müasir texniki avadanlıqlar alınıb, yeni magistral elektrik və mühəndis kommunikasiya xətləri, transformator yarımstansiyaları quraşdırılıb. Eyni zamanda, ötən il müxtəlif hərbi şəhərciklərdə xidməti yaşayış binaları tikilərək zabit və gizirlərin ailələrinə paylanılıb.
ötən il dekabrın 28-də Prezident İlham Əliyevin imzaladığı növbəti Fərman hərbi qulluqçulara göstərilən dövlət qayğısının bundan sonra da sistemli şəkildə davam etdiriləcəyindən xəbər verir. Müvafiq sənədə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət edən hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması həyata keçiriləcək.
Beləliklə, ötən müddət ərzində ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində hüquqi baza möhkəmləndirilib, hərbi hissələrdə möhkəm nizam-intizam yaradılıb, hərbçilərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər görülüb. Sadalanan məsələlərə paralel olaraq milli ordunun maddi-texniki bazasının yerli məhsullar hesabına genişləndirilməsi də daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdafiə sənayesinin inkişafı ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi ölkəmizdə hərbi sənaye bazasının daha da möhkəmlənməsinə səbəb olub. Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ilin 16 dekabrında yaradılan Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən qısa müddət ərzində ölkədə 42 istehsal sahəsi yaradılıb, istehsal olunan müdafiə təyinatlı məhsulların çeşidləri 600-ü keçib. 2012-ci ildə qarşıda duran əsas prioritet məsələlərdən biri də Azərbaycanda partlayıcılar istehsal edən zavodların tikintisidir. MSN 2012-ci ilin sonuna qədər 60 ədəd “Aerostar” və “Orbiter-2M” tipli pilotsuz uçuş aparatları təhvil verməyi planlaşdırır.
Əlavə olaraq, Azərbaycanda silah və texnikaları sınaqdan keçirmək üçün Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ən müasir Sınaq Mərkəzi yaradılır. Sınaq-test mərkəzində yerli istehsal olan silahlar, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar yoxlamalardan keçiriləcək, mərkəzin ən müasir texnologiyalarla təchiz olunmuş laboratoriyasında dəqiq diaqnozlar qoyulacaq. Digər mühüm məqam isə ondan ibarətdir ki, NATO standartlarına cavab verən mərkəzdə gələcəkdə müraciət əsasında digər dövlətlərə məxsus şirkətlər də öz məhsullarının testlərini apara biləcəklər.
Gündən-günə güclənən Azərbaycan ordusunun müasir texnika ilə təminatı, tədrisin NATO standartları səviyyəsinə çatdırılması artıq öz bəhrəsini verir. Beynəlxalq əməkdaşlıq ordumuzun əsas inkişaf istiqamətlərindəndir. Azərbaycan dünyanın ən böyük hərbi strukturu sayılan NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi kimi iki böyük proqram üzrə ciddi əməkdaşlıq edir. Dövlət tərəfindən 30-dan çox ölkə ilə hərbi əlaqələrin normativ hüquqi bazasını təşkil edən saziş və memorandumlar, o cümlədən, müxtəlif əsas sənədlər imzalanıb, bir o qədər də ölkə ilə analoji sazişin imzalanması istiqamətində layihələrin müzakirəsi aparılır.
Onu da qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri 2011-ci ili istər mənəvi-psixoloji, istərsə də döyüş hazırlığı baxımından böyük nailiyyətlərlə yola salıb. 2012-ci ildə orduya aid xərclərin ötən illə müqayisədə bir qədər də artırılması, daha dəqiq desək, 3 milyard 474 milyon dollara çatdırılması müvafiq istiqamətdə əldə olunan uğurların miqyasını, heç şübhəsiz, daha da genişləndirəcək. Nazirlər Kabinetinin sözügedən iclasında dövlət başçısının qeyd etdiyi kimi, cari il ordumuzda həm maddi-texniki təchizatla bağlı məsələlər, həm də hərbi hissələrə aid binaların əsaslı təmiri öz həllini tapacaq: “Mən qarşıya vəzifə qoymuşam ki, bütün hərbi hissələrimizin binaları yüksək səviyyədə təmir edilsin, bəlkə də yeniləri tikilsin, yeni hərbi bazalar, hərbi şəhərciklər yaradılmalıdır. Orduda xidmət edənlər yaxşı şəraitdə xidmət etməlidirlər. Onların həm məişət, həm iş şəraiti yaxşı olmalıdır. Onlar çətin, ağır şəraitdə, bəzi hallarda soyuqda, istidə xidmət aparırlar. Bütün hərbi hissələrdə, o cümlədən, ilk növbədə təmas xəttində yerləşən hərbi hissələrdə 2012-2013-cü illərdə yaşayış, xidmət aparmaq üçün bütün infrastruktur yeniləşməlidir, yenidən yaradılmalıdır. Hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. İyirmi il qüsursuz xidmət göstərmiş gizirlər, zabitlər dövlət tərəfindən mənzillərlə təmin ediləcəklər”.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində xeyli işlər görülüb. Təsadüfi deyil ki, Azərbaycan ordusu istər maddi-texniki baxımdan, istərsə də hərbçilərin mənəvi-psixoloji hazırlıq səviyyəsinə görə, bölgədə ən güclü ordudur. Respublikamızda ötən il və ondan öncə baş tutan hərbi paradlar da bir daha bunu sübut edib ki, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş aparmaq, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətindədir.
Məsələyə münasibət bildirən ekspertlər də Azərbaycanda son illərdə, o cümlədən, 2011-ci ildə ordunun gücləndirilməsi istiqamətində aparılan islahatları və onların nəticələrini yüksək qiymətləndiriblər.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, bu gün Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən təkmilləşdirilərək davam etdirilən çox uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafı ilə yanaşı, hərbi sahədə də müsbət nəticələr əldə edilib: “Təbii ki, bizim ağrılı və həlli vacib məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağ münaqişəsinin həllindən başqa Azərbaycan bu gün bütün sahələrdə yüksək göstəricilərlə nailiyyətlər əldə edib, müxtəlif istiqamətlərdə uğurlu siyasət aparır. Nəticədə dünyanın bir çox aparıcı dövlətləri ilə müqayisə oluna biləcək səviyyədə inkişaf tempi müşahidə olunmaqdadır. Bütün bunlar 2012-ci ildə də inkişaf göstəricilərinin yüksək olacağını qabaqcadan proqnozlaşdırmağa əsas verir. O ki qaldı ordu quruculuğu məsələsinə, məlum olduğu kimi, hazırkı vəziyyətdə hökumət milli ordunun gücləndirilməsinə xüsusi önəm verir. Dünyada mövcud olan ən müasir silahlarla təchizatlandırılmasına həssaslıqla yanaşır. çünki Azərbaycan geostrateji cəhətdən elə ərazidə yerləşir ki, o, öz milli təhlükəsizliyini təmin etməyə məhkumdur. Biz qonşu işğalçı Ermənistanla müharibə şəraitindəyik. Torpaqlarımız işğal altındadır. Belə olan təqdirdə Azərbaycan dövləti milli ordunun gücləndirilməsi istiqamətində bütün vasitələrdən istifadə edəcəkdir. Bu istiqamətdə müdafiə sənayesinin yaradılması da əhəmiyyətli rola malikdir. Bu gün Azərbaycan regionda hərbi qüdrətə malik ölkədir. Bu isə yalnız Azərbaycanın ordusunda həyata keçirilən islahatlar ilə deyil, respublikamızın Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti nəticəsində əldə olunub. Həmçinin, hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır”.
Millət vəkili vurğulayıb ki, torpaqlarımızın işğaldan azad olunması üçün ən mühüm amillərdən biri milli ordunun maddi, texniki, fiziki, psixoloji cəhətdən hazırlıqlı olmasıdır ki, bu gün buna nail ola bilmişik və bu proses davam edir.
Politoloq Elşad Mirbəşiroğlu isə deyib ki, hərbi təhlükəsizlik milli təhlükəsizlik sisteminin mühüm istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu istiqamətdə dövlət tərəfindən strateji əhəmiyyətli işlər görülür: “Müstəqillik dövründə hərbi sahədə-istər hərbi təhlükəsizliyin təmin olunması, istərsə də ordu quruculuğu istiqamətlərində fundamental islahatlar həyata keçirilib. İstər Ulu öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ordunun maddi-texniki təminatı yaxşılaşdırılıb, ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində hüquqi baza möhkəmləndirilib, bu sahədə zəngin qanunvericilik bazası formalaşdırılıb, hərbi hissələrdə möhkəm nizam-intizam yaradılıb, hərbçilərin peşəkarlıq səviyyəsinin artırılmasına yönəlik əhəmiyyətli işlər görülüb. Məhz bütün bunların qanunauyğun nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib”.
Politoloq qeyd edib ki, 2012-ci ildə dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin həcminin 3 milyard 474 milyon dollar olması bu sahəyə göstərilən yüksək diqqətin nümunəsidir: “Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən və sülh yolu ilə həllinin tərəfdarıdır. Amma İrəvan özünün təcavüzkar və qeyri-konstruktiv mövqeyində israrlıdır. Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişənin sülh yolu ilə həllinin məsələsi dalana dirənib. Məhz buna görə də, danışıqların səmərə və ya nəticə verməyəcəyi son məqamda Azərbaycan silahlı müdafiə metoduna istinad edəcək. Bu, ölkəmizin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş ali hüququdur. ölkəmizin bu hüququ 1975-ci ildə qəbul edilmiş ATƏT-in Helsinki Yekun Aktında da beynəlxalq hüquq normaları və prinsipləri ilə tanınır və təsdiqlənir. Helsinki Yekun Aktında əks olunub ki, ərazi bütövlüyü beynəlxalq hüququn başlıca norma və prinsiplərinin əsasını təşkil edir. Hər hansı bir dövlətə, onun ərazi bütövlüyünə qarşı xarici təcavüzkarlıq aktı baş verərsə, bu zaman təcavüzə məruz qalmış dövlət öz təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrdən istifadə edə bilər. Məhz torpaqlarımızın işğaldan azad olunması naminə hərbi sahəyə və ordu quruculuğuna göstərilən diqqət daha da artmaqdadır”.
E.Mirbəşiroğlunun sözlərinə görə, bu gün Ermənistan ordusu güclənən, müasirləşən Azərbaycan Silahlı Qüvvələri ilə heç bir parametr və kriteriya əsasında müqayisə oluna bilməz: “Dövlətin ali səviyyəli diqqətinin və xüsusi strategiyasının fonunda Azərbaycan ordusu mütəmadi modernləşməkdədir. Dağınıq strukturu və pərakəndəliyi ilə Ermənistan ordusu bu ölkəni məhvə aparan vasitədir. Pərakəndəlik, komplektləşə bilməmək, fərarilik, intihar halları və s. işğalçı ölkə ordusunun qanunauyğun göstəriciləridir. 2012-ci ildə ölkəmizdə dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin həcmi işğalçı Ermənistanın ümumi büdcəsindən 2 dəfə çoxdur. Eyni zamanda, döyüş hazırlığı, ordunun maddi-texniki təminatı səviyyəsi, kadr resursları və digər parametrlər baxımından Azərbaycan işğalçı ölkəni dəfələrlə geridə qoyur”.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, ötən il Azərbaycan dövləti müstəqilliyinin 20 illiyi ərəfəsində iyun ayının 26-da Azadlıq meydanında möhtəşəm parad keçirməklə milli ordunun qüdrətini nümayiş etdirmiş oldu: “Hərbi paradda Azərbaycanın beynəlxalq sərgilərdə maraqla qarşılanan və dəyərləndirilən hərbi silahları nümayiş etdirilib. Təkcə silah-sursat yox, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin bütün növ qoşunlarının canlı qüvvəsi, Aviasiyası, donanma qüvvələri nümayiş olundu. Bütün bunlar dünya ictimaiyyətinə Azərbaycanın güclü və müasir orduya malik olduğunu yenidən göstərdi”.
Eyni zamanda, E.Həsənli xatırladıb ki, Azərbaycan Sülh Naminə Tərəfdaşlıq Planı çərçivəsində NATO ilə sıx əməkdaşlıq münasibətindədir. ölkəmiz beynəlxalq təhlükəsizliyə öz töhfələrini verməkdə davam edir.
Onun sözlərinə görə, müdafiə sənayesinin inkişafı və ordu quruculuğu prosesi, kadr hazırlığı daim dövlətin diqqət mərkəzindədir: “Azərbaycanda hərbi sahədə kadrların yetişdirilməsi prosesinə xüsusi önəm verilir. Bütün cəbhə boyu yeni kazarmalar tikilib istifadəyə verilib. Hərbi hospitallar yenilənib, müasir tibbi avadanlıqlar alınıb. Hərbçilər xarici ölkələrdə müxtəlif təlimlərdə iştirak edir, təcrübə mübadiləsi aparılır. Hərbçilərin sosial təminatı prioritet məsələlərdəndir. ötən il zabitlərin əməkhaqları 25 faiz artırılıb. İlin sonunda 20 ildən artıq orduda xidmət etmiş hərbçilərin mənzillə təmin olunması barədə Prezident Fərman imzalayıb. Hərbi qulluqçular mükafatlandırılıb. Bu da onu göstərir ki, dövlət başçısı Azərbaycan ordusunun qayğısına qalır və milli ordunun peşəkarlığı günü-gündən artır. Hər il hökumət tərəfindən dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin artırılması bu sahəyə dövlətin diqqət və qayğısını təsdiq edir. Səfərbərliklə bağlı yeni yaradılan qurum isə ordu quruculuğu istiqamətində aparılan islahatların davamıdır. 2012-ci ildə də bu proses davam edəcək”.
SEVİNC
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58

