Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan G-20 sammitində postsovet məkanından iştirak edən yeganə ölkədir

Azərbaycan G-20 sammitində postsovet məkanından iştirak edən yeganə ölkədir

22.02.2012 [01:34]

ABŞ, Rusiya və dünyanın digər aparıcı güclərinin daxil olduğu sammitdə iştirak ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməyin lazım olduğunu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Məlum olduğu kimi, bu günlərdə Meksikada “Böyük iyirmiliyin” (G-20) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilib. Azərbaycan bu il ilk dəfə sammitdə iştirak edib. Bu tədbirdə ölkəmizi təmsil edən xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Dövlət katibi, həmçinin, Kolumbiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Meksika, Türkiyə, İtaliya, İspaniya, Benin, çili, Cənubi Afrika Respublikasının xarici işlər nazirləri və Afrika İttifaqının nümayəndə heyətinin rəhbəri ilə görüşlər keçirib.
Sammitdə çıxış edən nazir Elmar Məmmədyarov davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması məsələlərinə toxunaraq Azərbaycanın 20 illik müstəqillik dönəmində bu sahədə müsbət nəticələrin əldə olunduğunu vurğulayıb. Azərbaycan torpaqlarının 20 faizinin hələ də işğal altında olduğunu bildirən Elmar Məmmədyarov ölkəmizin daim öz müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi üzərində çalışdığını söyləyib. O, Azərbaycanda təhsil sahəsinə böyük investisiyaların yatırıldığını da qeyd edib. Nazir, həmçinin, informasiya və kommunikasiya texnologiyaları sahəsinin də ölkəmizdə əsas inkişaf edən istiqamət olduğunu söyləyib. Təhlükəsizlik məsələlərinə toxunan E.Məmmədyarov bu sahədə qəbul olunan qərarların tətbiqedilmə mexanizminin də olmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin tətbiq mexanizminin olmaması xoşagəlməz haldır. O, BMT TŞ-nin öz qərarlarına hörmətlə yanaşmasının vacib olduğunu qeyd edərək qərarların tətbiq mexanizminin də yaradılmasının mühümlüyünü vurğulayıb. Nazirin fikrincə, bu, qlobal və regional təhlükəsizliyin təmin olunması üçün əsas şərtlərdən biridir.
G-20-də İŞTİRAK AZƏRBAYCANIN ARTAN NüFUZUNUN TƏSDİQİDİR
Qeyd edək ki, “böyük iyirmiliyə” daxil olan dövlətlər dünya siyasətində, beynəlxalq münasibətlərdə xüsusi nüfuza malik olan, öz sözünü deyən ölkələrdir. Azərbaycanın da belə bir tədbirdə iştirakı ölkəmizin dünyadakı yerini, nüfuzunu göstərən mühüm hadisədir. Bunun əsasında Azərbaycanın sürətli inkişafı, eyni zamanda, müxtəlif sahələr üzrə qlobal əməkdaşlıqda fəal iştirakı dayanır. ölkəmizin dünyada nüfuzunun artmasına səbəb olan uğurlu xarici əlaqələr milli dövlət maraqları ilə beynəlxalq əməkdaşlığın prinsiplərinin səmərəli uzlaşdırılması nəticəsində mümkün olub. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə səsləndirdiyi bəyanatda bu barədə deyib: “Bizim xarici siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını təmin edir”.
Heç şübhəsiz, Azərbaycan beynəlxalq siyasətdə sahib olduğu yerə birdən-birə gəlib çıxmayıb. Bu, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasi kursun həyata keçirilməsinin nəticəsidir. Dövlət başçısının Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində söylədiyi kimi, respublikamız artıq beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb: “20 il ərzində Azərbaycan dünya xəritəsində nəinki özünə layiq yerini tuta bilmişdir, dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini, hörmətini, inamını qazana bilmişdir”.
DüNYA BİRLİYİ AZƏRBAYCANA BöYüK öNƏM VERİR
Heç şübhəsiz, Azərbaycanın siyasi, iqtisadi sahədə regionun aparıcı dövlətinə çevrilməsi ölkəmizə olan beynəlxalq diqqəti də artırır. Respublikamız beynəlxalq münasibətlərin fəal aktoru kimi qlobal əhəmiyyətli layihələrdə yaxından iştirak edir. Bu gün bir  çox dövlətlər, o cümlədən, beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlığa böyük önəm verir. çünki respublikamız regional və qlobal miqyasda iqtisadi, siyasi, təhlükəsizlik sahəsində etibarlı tərəfdaş imici qazanıb. ölkəmizin artan nüfuzunun göstəricisi olaraq Azərbaycan ötən ilin sonlarında BMT Baş Assambleyasında keçirilən səsvermədə 155 ölkənin dəstəyini alaraq Təhlükəsizlik Şurasının 2 il müddətinə qeyri-daimi üzvü seçilib. Dünya İqtisadi Forumunun Davosda baş tutan sammitində də Azərbaycanın iştirakı maraqla izlənilib. Qeyd edək ki, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət olunması və bu yaxınlarda keçirilən mötəbər tədbirdə çıxış etməsi də beynəlxalq ictimaiyyətin Azərbaycanın dünyadakı roluna verdiyi önəmin göstəricisidir. Təsadüfi deyil ki, bir çox ölkələr Azərbaycanı özlərinin etibarlı strateji tərəfdaşı adlandırırlar.
Bütün bunlar isə onu göstərir ki, Azərbaycan fəal aktor kimi regionda və dünyada gedən proseslərdə iştirak edir. Azərbaycanın xarici siyasətində Dağlıq Qarabağ münaqişəsinin həlli, təhlükəsizlik, enerji kimi prinsipial əhəmiyyət daşıyan məsələlər mövcuddur. Bu məsələlərdə ölkəmizin mövqeyi bir sıra hallarda aparıcı dövlətlərin qərar və addımlarına təsir göstərir.
AZƏRBAYCAN GüCLü İQTİSADİ POTENSİALA MALİKDİR
Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatın inkişaf tempinə görə dünya üzrə ön pillədə dayanan ölkələr sırasındadır. Bu sahədə əldə olunan nailiyyətlər həm ölkə daxilində sosial-iqtisadi siyasətin yüksək səviyyədə həyata keçirilməsi, həm də xarici siyasi əlaqələrin iqtisadi əməkdaşlıq sferasına uğurlu transformasiyası sayəsində mümkün olub. Nəticədə, artıq Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlığın mühüm və etibarlı tərəfdaşı kimi tanınır. Respublikamızın iqtisadi gücünün artması ölkəmizə olan marağı daha da artırıb. Azərbaycan, ilk növbədə, region ölkələri içərisində Türkiyə, Gürcüstan və Rusiya ilə çoxşaxəli iqtisadi əməkdaşlığa nail olub. Enerji sahəsi başda olmaqla, yüngül sənaye, kənd təsərrüfatı məhsulları, maşınqayırma və digər sferalarda qurulan uğurlu əməkdaşlıq regionun inkişafına töhfədir. Eyni zamanda, Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən bir ölkə olaraq iki regionu siyasi, mədəni, o cümlədən, iqtisadi cəhətdən bir-birinə yaxınlaşdırır. Azərbaycan beynəlxalq miqyasda BTC, BTƏ, TRACECA və digər bir çox iqtisadi layihələr çərçivəsində fəal əməkdaşlıq edir.
Azərbaycanın maliyyə imkanlarının genişlənməsi, zəngin karbohidrogen ehtiyatlarına malik olması, əlverişli strateji-coğrafi mövqeyi  ölkəmizin iqtisadi əhəmiyyətini və rolunu daim beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlayır.
AZƏRBAYCAN HüQUQİ-DEMOKRATİK DöVLƏTDİR
Sözsüz ki, Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafı paralel olaraq respublikada insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində  də əsaslı irəliləyişlərlə müşayiət olunub. ölkəmiz demokratik inkişaf yoluna ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində görülən işlər bu gün də davam etdirilir. Son zamanlar korrupsiya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir.
Demokratiyanın ən mühüm göstəricilərindən biri kimi vətəndaş cəmiyyəti quruculuğu prosesi ölkədə uğurla davam etdirilir. Bu gün Azərbaycanda sürətlə artan vətəndaş cəmiyyəti institutları, minlərlə qeyri-hökumət təşkilatı dövlətin artan dəstəyini hiss edir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev 2011-ci il dekabrın 27-də Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Milli Fəaliyyət Proqramının hazırlanmasında məqsəd insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq-müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsidir.
Azərbaycanın demokratik siyasi sistemin formalaşmasında əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan dəfələrlə müxtəlif reytinq göstəricilərində mütərəqqi islahatların ən çox həyata keçirildiyi ölkələr sırasında yer alıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda formalaşan bugünkü hüquqi-demokratik sosial-siyasi sistem vətəndaşların hüquq və azadlıqlarınının müdafiəsini, vətəndaş cəmiyyətinin aktiv fəaliyyətini təmin edir.
AZƏRBAYCAN QƏRB İNSTİTUTLARINA UÄžURLA İNTEQRASİYA EDİR
Azərbaycan inkişaf  istiqaməti kimi Qərbə inteqrasiya yolunu tutub. Qərbə inteqrasiya dedikdə, Azərbaycanın Avroatlantik qurumlarla, Qərb dövlətləri ilə sıx əlaqələr yaratması, müxtəlif sahələrdə təcrübə mübadiləsinin aparılması, ölkədə innovasiyaların tətbiqi, siyasi, sosial, iqtisadi, hərbi sahələrdə islahatların həyata keçirilməsi baxımından ölkəmiz üçün əhəmiyyətlidir. Qərbə inteqrasiya Azərbaycanın dünya birliyinə inteqrasiyasının tərkib hissəsi kimi çıxış edir. Bildiyimiz kimi, Azərbaycan 1990-cı illərdən başlayaraq, BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, AŞPA, NATO kimi beynəlxalq qurumlarla çoxşaxəli əlaqələr qurub. Bu əməkdaşlıq çərçivəsində bir çox sahələrdə əsaslı irəliləyişə nail olub.
Lakin Azərbaycanın Qərbə inteqrasiyası heç də kortəbii bir proses kimi baş vermir. İqtisadi, siyasi sahədə Azərbaycan bütün qonşuları və digər regionların ölkələri ilə etibarlı münasibətlərdə maraqlıdır. Qərbə inteqrasiya edən Azərbaycan yeni dəyərlərin və sosial, iqtisadi münasibətlər sisteminin mənimsənilməsini yerli sosial-iqtisadi qaydalara, mənəvi prinsiplərə uyğun həyata keçirir.
öLKƏNİN XARİCİ SİYASƏTİ BEYNƏLXALQ ALƏM TƏRƏFİNDƏN DƏSTƏKLƏNİR
Azərbaycanın G-20 sammitində iştirakı ölkəmizin həyata keçirdiyi daxili və xarici siyasətin beynəlxalq səviyyədə dəstəklənməsindən xəbər verir. Bu, o deməkdir ki, Azərbaycanın beynəlxalq təhlükəsizliyin və sülhün təmin olunmasına verdiyi töhfə, enerji layihələrində fəal iştirakçıya çevrilməsi, mədəniyyətlərarası dialoqun genişlənməsi sahəsində gördüyü işlər dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə münasibətdə bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Millət vəkili, politoloq Rasim Musabəyov da Azərbaycanın G-20  sammitində iştirakını ölkəmizin beynəlxalq uğuru kimi dəyərləndirib: “Bu tədbirdə müxtəlif regionlardan olan ölkələr iştirak edir. Onlardan bəziləri iqtisadi-sosial vəziyyəti ağır olan dövlətlərdir və onların dəvət olunmasında əsas məqsəd belə ölkələrə yardımın göstərilməsi ilə bağlı müzakirələr aparmaqdır. Bəzi ölkələr isə, əksinə, geniş imkanları nəzərə alınaraq dəvət olunur. Bu baxımdan, Azərbaycan tədbirdə Norveç, Avstriya kimi ölkələrlə birlikdə imkanları olan dövlət kimi iştirak edir”.
Politoloq bildirib ki, Azərbaycanın bu sammitə qatılması ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir: “Respublikamızın rasional prinsiplərə söykənən xarici siyasət strategiyası bugünkü uğurların əldə olunmasına gətirib çıxarıb”.
Millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadənin sözlərinə əsasən, Azərbaycanın belə bir tədbirdə iştirakı ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir: “Azərbaycan ötən il 155 ölkənin səsi ilə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. Bu gün bir çox ölkələr Azərbaycanla yaxşı münasibətlər qurmağa can atır. Respublikamız üzərinə götürdüyü öhdəliklərə sadiq olan bir ölkə kimi tanınır. Beynəlxalq aləmdə Azərbaycan Ermənistandan başqa bütün ölkələrlə xoş münasibətlər qurub. ölkəmiz beynəlxalq aləmdə təhlükəsizlik və stabilliyin qorunmasına öz töhfəsini verir, çətinlikdə olan ölkələrə öz köməyini göstərir, eləcə də, bir neçə Avropa ölkəsinə infrastrukturun yaxşılaşdırılması üçün uzunmüddətli kredit verib və bu siyasət davam etdirilir. Bu tədbirə dəvət olunan hər bir ölkə böyük nüfuza malik mövqeyi nəzərə alınan ölkədir. Azərbaycan inkişaf etmiş dövlətlər içərisinə daxil olmaqdadır. Respublikamız haqqında xoş fikirlər və xoş niyyətlər bundan sonra da artmaqda davam edəcək”.
A.Mirzəzadə əlavə edib ki, Azərbaycan demokratik ölkədir, hüquqi dövlətdir: “Respublikamız təhsildə, mədəniyyətdə, səhiyyədə böyük irəliləyişlər əldə edib. Bir sözlə, Azərbaycan inkişaf edən və bütün dünya üçün açıq olan bir dövlətdir. Hesab edirəm ki, bu dəvət sonuncu deyil. Azərbaycan bundan sonra da G-20 tədbirlərində iştirak edəcək”.
Politoloq Elşad Mirbəşiroğlu Azərbaycanın son zamanlar mötəbər beynəlxalq tədbirlərdə daha sıx iştirakının müşahidə olunduğunu söyləyib: “Bir müddət öncə ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, daha sonra Azərbaycanın mühüm beynəlxalq tədbirlərdə iştirakı ölkənin artan nüfuzundan xəbər verir. Əsasən də, bu gün Azərbaycan dünya iqtisadiyyatına verəcəyi və hazırda verdiyi töhfələrlə daha çox diqqəti cəlb edir. Bu baxımdan, G-20 sammitində respublikamızın təmsil olunması son zamanlar enerji təhlükəsizliyi məsələsində Azərbaycana artan ehtiyacdan xəbər verir. Son dövrlərdə dünyada gedən bəzi proseslər Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsini daha da aktuallaşdırıb. Gələcəkdə neft və qaz ixracında Azərbaycana tələbat artacaq. Bu səbəbdən də beynəlxalq ictimaiyyət, o cümlədən, Qərb dövlətləri Azərbaycanın belə tədbirlərdə iştirakına xüsusi önəm verir”.
Hülya MƏMMƏDLİ
Paylaş:
Baxılıb: 911 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30