Qərbin Şərq qapısına “empirik baxış”ı
25.11.2023 [10:40]
Böyük Britaniyadan Avropaya xəbərdarlıq...
Azərbaycanın son illərdə qazandığı uğurlar, tutduğu mövqe, ortaya qoyduğu demokratik yanaşmalar, qlobal təhlükəsizliyə verdiyi töhfələr sadalamaqla bitməz. 30 ilə yaxın Avropanın Cənub-Şərqini separatizm təhlükəsi ilə təhdid edən xuntanı ləğv etməklə, Şərq-Qərb dəhlizinin keçdiyi trayektoriyada sabitliyi formalaşdırmaqla Azərbaycan yeni siyasi-iqtisadi çağırışların axınını, məcrasını müəyyənləşdirən dövlətlərdən biri kimi çıxış etdi. Bu fikir gəlişi gözəl söz deyil - diqqət yetirsək Şərq - Qərb iqtisadi arteriyasının vacibliyindən, Orta Dəhlizin vazkeçilməzliyindən, regional əməkdaşlıqlarda yeni üfüqlərin canlandırılmasından (TDT və SPECA da daxil olmaqla), Çin-Avropa ticarət xətti üzərində təhlükəsizlik zolağının əməkdaşlıq platforması çərçivəsinə düşməsindən məhz 2020-ci il Vətən müharibəsindən sonrakı dövrdə daha çox bəhs açılır. Bu kimi qlobal layihələr sadəcə, gələcək perspektiv üçün düşünülmür - artıq bu layihələrin reallaşması istiqamətində real addımlar atılır, dəhlizlər müəyyənləşdirilir, keçid stansiyaları qurulur, infrastrukturlar dəqiqləşdirilir. Bu, bütöv bir prosesə Azərbaycanın qazandırdığı dinamika, cızdığı tablodur...
Avropanın “cənub qapısı” - təhlükəsizlik “brendi”...
Proqnozlaşdırmaq olar ki, son dövrlərdə bəzi qüvvələrin Cənubi Qafqazla bağlı planlarında fərqli variantlara müraciət etməsi də bu məsələdən qaynaqlanır. Fransanın timsalında avrosentristlərin “Aİ maraqları” adı altında bölgəyə daxil olmaq, nüfuz orbiti yaratmaq arzuları səngimir. Bu “arzuların” konturları və inkişaf dinamikası hər kəsə bəllidir - Aİ dünyanın iqtisadi mərkəzinə çevrilmə perspektivi böyük olan regionda güclənmək üçün fərqli yollar axtarır. 2023-cü ilin birinci yarısında Fransanın Azərbaycana qarşı hətta BMT TŞ çərçivəsində “beynəlxalq savaş” açmaq niyyəti də bundan qaynaqlanırdı. Hər kəs Avropanın “cənub qapısı”nda “təmsil olunmaq” arzusundadır. Amma gəlin görək necə...
Britaniya fərqi...
Məsələn, Fransadan fərqli olaraq bir digər qərb təmsilçisi - Böyük Britaniyanın məsələlərə baxışı və yanaşma olduqca fərqlidir. Söz yox ki, Azərbaycan ilə Britaniya arasında hər zaman əlaqələr ən yüksək səviyyədə xarakterizə olunub - ötən zaman ərzində iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə edilib. Dövlətimizin başçısının 2004, 2009 və 2018-ci ildə Böyük Britaniyaya üç rəsmi səfəri baş tutub. Prezidentin bu səfərlərindən 2018-ci il səfəri xüsusi əhəmiyyətə malikdir. Belə ki, 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində Azərbaycan xalqının 86.02% səsini və yenidən etimadını qazanan ölkə başçımız ilk səfərini qardaş Türkiyə dövlətinə etdikdən sonra Britaniyanın Baş naziri Tereza Meyin dəvəti əsasında Azərbaycana qayıtmayaraq Türkiyədən birbaşa Böyük Britaniyaya səfər etmişdi. Bu faktın özü münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir.
İki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də öz müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycana yatırılan investisiyanın həcminə görə liderliyi saxlamaqdadır. Ölkələrimiz neft-qaz sənayesi sahəsində uğurla əməkdaşlıq edir. BP şirkəti ilə həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir.
Və bütün bunların fonunda əlaqələrdə siyasi dialoqun inkişaf etdirilməsinə maraq ilk baxışdan diqqəti cəlb edir. Dünyanın aparıcı iqtisadi-siyasi güc mərkəzlərindən biri olan Britaniya Azərbaycan ilə münasibətlərini yeni dövrün siyasi çağırışları əsasında inkişaf etdirmək istəyini biruzə verir. Məsələnin birinci tərəfi məhz bu amildir - ikitərəfli müsnasibətlərin inkişafı yeni dövrdə qlobal iqtisadi inkişaf mərhələsinin sərhədlərini genişləndirmək iqtidarındadır. Britaniyanın bu yanaşması təqdirolunası haldır - rəsmi London məsələlərə empirik yanaşma sərgiləyir, prosesi diqqətlə izləyir və qərarlarını məhz bu təhlillərə əsaslanaraq verir. Bu baxımdan britaniyalı nazirin Bakıda səsləndirdiyi məqamlar olduqca mühüm əhəmiyyət kəsb edir...
Reallığın sözlü şəkli...
Noyabrın 22-də Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul etmişdi. Qəbul zamanı qonaq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının regional sülh və sabitliyin təmin olunmasına hər hansı bir töhfə vermək işinə müsbət yanaşdığını bildirmişdi və vurğulamışdı ki, uzun illərdir Azərbaycan ilə çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğu ilə fəxr edirlər. Leo Dokertinin bir fikri xüsusilə diqqəti cəlb edir - Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı...
Bu mesaj, bəyanat, fikir mübaliğəsiz deyə bilərik ki, Azərbaycanın Avropanın təhlükəsizliyində oynadğı rolun real tablosudur. Bəli, Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı. Bu məsələni fərqli aspektlərdə izah etmək mümkündür - Azərbaycanın Avropanın iqtisadi-siyasi inkişafında, hətta gələcək inkişafında oynadığı mühüm rolun etirafıdır - həm də Böyük Britaniya kimi məsələləri ən soyuqqanlı və rasional şəkildə təhlil edən bir dövlətin naziri tərəfindən edilmiş etirafdır...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

