Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dövlətin siyasətinin mərkəzində insan amili dayanır

Dövlətin siyasətinin mərkəzində insan amili dayanır

16.05.2012 [01:51]

Prezident İlham Əliyev: Bizim siyasətimiz sosialyönümlüdür və Azərbaycanda aparılan islahatlar, ilk növbədə, insanların rahat yaşamasına yönəldilibdir
Azərbaycanda həyata keçirilən daxili siyasət ilk növbədə, əhalinin rifah halının yüksəldilməsinə, sosial təminatının yaxşılaşdırılmasına yönəldilib. Demək olar ki, bütün sahələrdə həyata keçirilən islahatların əsasında ölkənin vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Bu məsələ Ali Qanunda da öz əksini tapıb. Belə ki, 2008-ci il referendumu ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklərə əsasən, 12-ci maddənin I bəndində “Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi” dövlətin ali məqsədləri içərisində göstərilib.
ümumiyyətlə, Azərbaycanda görülən işlərə nəzər saldıqda, respublikada sosialyönümlü siyasətin həyata keçirilməsinin, dövlətin siyasətinin əsasında insan amilinin dayanmasının bir daha şahidi oluruq. Elə son olaraq, respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlər, dövlət başçısının məsələyə göstərdiyi şəxsi diqqəti bunu təsdiq edir. Məlum olduğu kimi, mayın 7-də baş vermiş güclü zəlzələ nəticəsində ölkənin şimal-qərb rayonlarında minlərlə evə ziyan dəyib. Zəlzələ nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında üç minədək ev ya dağılıb, ya da qəzalı vəziyyətə düşüb, çoxlu sayda sosial obyektə ciddi ziyan dəyib. Fəlakətdən dərhal sonra dövlət başçısının göstərişi əsasında operativ tədbirlərin görülməsinə başlanılıb. Hadisədən sonra Prezident İlham Əliyev təbii fəlakət bölgəsinə səfər edərək görülən işlərlə, zərər çəkən vətəndaşların vəziyyəti ilə yerində tanış olub, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tapşırıqlarını verib. Zaqatala rayonunda zəlzələ ilə bağlı yaradılan qərargahda müşavirə keçirən dövlət başçısı söküləcək evlərin yerində daha geniş, insanların arzusuna uyğun evlərin tikilməsinin vacibliyini vurğulayıb, görüləcək digər tədbirlər barədə məlumat verib.
Beləliklə, vətəndaşlara göstərilən diqqət və qayğı, həmçinin, Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər insan faktoruna verilən önəmi bir daha nümayiş etdirib. Dövlət başçısı Azərbaycanın dövlət siyasətinin əsasında insan amilinin dayandığını bir daha vurğulayıb: “Bizim siyasətimizin mərkəzində insan amili dayanır. Bizim siyasətimiz sosialyönümlüdür və Azərbaycanda aparılan islahatlar, ilk növbədə, insanların rahat yaşamasına yönəldilibdir”.
Xatırladaq ki, bundan öncəki təbii fəlakətlər, sel daşqınları zamanı da zərərçəkən vətəndaşların ehtiyaclarının qarşılanması yönündə operativ işlər görülmüşdü. Lakin dövlət təkcə təbii fəlakətlər zamanı deyil, digər məsələlərdə də xalqın yanındadır. Müxtəlif sosial qrupların nümayəndələri, o cümlədən, məcburi köçkün ailələri, yoxsul vətəndaşlar, gənc ailələr, əlillər, şəhid ailələri onlar üçün müəyyənləşdirilən əlavə imkanlardan və dövlətin dəstəyindən yararlanırlar. Bundan əlavə, əhalinin rifah halının, sosial-maddi durumunun yüksəldilməsi istiqamətində digər ardıcıl tədbirlər görülür. Son illərdə əmək haqlarının və təqaüdlərin dəfələrlə artırılması, yeni iş yerlərinin yaradılması nəticəsində işsizliyin səviyyəsi ötən ildə 5,4 faizə, yoxsulluq həddi isə 7,6 faizə enib. Digər tərəfdən, təhsilin, səhiyyənin inkişafı, sosial xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması tədbirləri də sosialyönümlü islahatların tərkib hissəsidir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə infrastrukturun bərpası və yenidən qurulması, sosial obyektlərin tikintisi, kənd və qəsəbələrin qazlaşdırılması və digər tədbirlər sakinlərin rahatlığını təmin edir.
Sosial sahədə görülən işlər baxımından, gənclər siyasəti, heç şübhəsiz, dövlətin hər zamankı kimi diqqət mərkəzindədir. Gənclərin elmdə, təhsildə, dövlət idarəçiliyində və digər sahələrdə önə çəkilməsi, onların potensialını gerçəkləşdirmək imkanlarının genişləndirilməsi insan amilinə verilən qiymətin daha bir göstəricisidir. “Neft kapitalının insan kapitalına” çevrildiyi ölkəmizdə bilikli, bacarıqlı, cəmiyyətə yararlı vətəndaşların özlərinə layiqli yer tutmasına diqqət artırılıb.
Sadalanan işlərin görülməsi və iri layihələrin ardıcıl xarakter alması isə bəllidir ki, böyük miqdarda vəsait tələb edir. Azərbaycanın iqtisadi inkişaf sürəti, artan maliyyə imkanları iri layihələrin həyata keçirilməsinə imkan verir. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan hər bir çətinliyin öhdəsindən gələ bilmək gücündə olan bir ölkədir: “Bizim dövlət güclü dövlətdir, biz istənilən sınaqdan şərəflə çıxa bilirik və təcrübə də bunu göstərmişdir”.
Hülya MƏMMƏDLİ
Paylaş:
Baxılıb: 914 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30